qaçaq-quldur

qaçaq-quldur
qaçaq-qiyamçı
qaçaqaç
OBASTAN VİKİ
Qaçaq
Qaçaq—Qaçaq hərəkatının üzvü. Məhəmməd Əmin Rəsulzadə yazır: "İstilaya uğrayan, istismar olunan, əsarətdə yaşayan və məhv edilən xalqla, istismar edən, məhv edən rus imperialist rejimi arasında tarix boyunca mübarizə davam etmişdir. Lakin istismarçı və zalım rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Passiv mübarizə yolu olsa da, bəzən məhkum xalq imperialist idarəsinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, məcburi işlərdən boyun qaçırmaqla öz etirazlarını bildirmişdir. Bəzi hallarda da idarə məmurlarını öldürməklə bunu həyata keçirmişdilər. Biz “Azərbaycanda kəndli hərəkatı” bölümündə bu hadisələrdən misallar vermişik. Azərbaycanda rus işğalçılarına qarşı üsyanlar əsasən Azərbaycan çar üsul-idarəsi tərəfindən işğal edildikdən sonra başlamışdır. Bu barədə biz “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik. Kəndli həyəcanları və üsyanları xüsusilə 1840-cı ildə çar tərəfindən təhkimçilik rejimi Azərbaycanda tətbiq edilərək bəylər torpağın tam sahibi, kəndlilər isə torpağa bağlı kölə olduqdan sonra ardı-arası kəsilmədən davam etmişdir. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir.
Qaçaq Camal
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır. Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış.
Qaçaq Fərzalı
Fərzalı İmamqulu oğlu təxminən 1878-ci ildə Zəngəzur qəzasının (indiki Zəngilan rayonunun) Qaradərə kəndində — bir adı da Taydolaq Baharlıdır — anadan olub. Çarın kazak dəstələri ilə Araz çayı üzərində atışaraq bir neçə kazakı öldürdükdən sonra dağlara çəkilib qaçaqlığa başlamışdır. Bəhlul Əfəndi, Sultan bəy kimi igidlərlə əl—ələ verərək erməni quldurlarının Zəngəzurda törətdikləri türk-müsəlman qırğınının qarşısını almışdır. Nuru Paşanın ordusunun qarşılanmasında iştirak etmiş, yerli özünümüdafiə dəstələrinin rəhbəri olmuşdur. Məşhur Baharlı tayfasından olan Qaçaq Fərzalı Sovet hökuməti qurulandan sonra da silahı yerə qoymamış, bolşeviklərlə döyüşmüşdür. M.C.Bağırovun Bartaz meşəsində onunla şəxsən görüşməsi və ona vəzifə təklif etməsi də bu el qaçağını şirnikləndirməmişdir. Yalnız el-obasının, kəndinin əhalisinin sürgün olunacağı təhdidindən sonra silahı yerə qoyaraq təslim olmuşdur. 1928-ci ildə Bakıya gətirilərək Nargin adasında güllələndiyi güman olunur. Dörd övladı vardı. (Oğlu Rəhim , qızları Tavar, Naran, Təzəgül ) Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs etmiş, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” kitab yazıb nəşr etdirmişdir.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Qaçaq Kərəm
Qaçaq Kərəm (1860, Qıraq Kəsəmən – 1909, Tehran) — XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qan düşməni olmuşdur. On beş il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Molla Zalın nəvəsi, Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin (Molla Zalın qardaşı) qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İsgəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdir, lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdür. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də, bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. M. Qorki haqlı olaraq yazırdı; "Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir". Zaqafqazyanın müxtəlif guşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardır; "Kərəm körpüsü", "Kərəm payası", "Kərəm bazarı"; "Kərəm çalası", "Kərəm yolu", "Kərəm payı", "Kərəm bulağı", "Kərəm meydanı" və s.
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
Qaçaq Mehdiqulu
Qaçaq Məmmədqasım
Qaçaq Məmmədqasım (1897 – 1967, Türkiyə) — Gəncə üsyanının təşkilatçılarından biri. 1897-ci ildə Gəncə quberniyası Samux nahiyyəsinin Tomulu kəndində anadan olub. Qaçaq Məmmədqasım yazırdı:”1920-ci il mayın 24-də bolşevik hökumətinə qarşı ilk üsyan Gəncədə alovlandı.Şəhərdə yerləşən bolşevik qərəgahını ələ keçirtdik. Yalnız ermənilərin himayəsi ilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mən Samuxdan 250 nəfər könüllü toplayaraq Gəncəyə qayıtmaq istəyirdim. Qarasaqqal ətrafında bolşeviklərin 500 nəfərlik dəstəsi ilə üzləşdik. İki saatlıq qanlı döyüşdə bolşeviklər darmadağın edildi. Bu döyüşdə 420 bolşevik əsgəri məhv edildi. Gəncəyə gəlib üsyançılarla birləşdik. Üsyanı Şeyx Cahangir bəy, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər.
Qaçaq Nəbi
Qaçaq Nəbi (1854, Aşağı Mollu, Qubadlı rayonu – 1896) — Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı. Qaçaq Nəbi 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonununda) anadan olmuşdur. Bəzi mənbələrə görə o, mənşəcə kürddür, digərlərinə görə isə türkdür. 1896-cı ilin mart ayında Nəbi Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində rus casusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olmuşdur. Nəbinin xatirəsi indi də Azərbaycan xalqının qəlbində yaşayır. Onun qəhrəmanlığını əks etdirən dastanlar, nəğmələr, şeirlər söylənilir. Nəbi Yuxarı Mollu kəndindən olan Həcər xanımla ailə qurmuşdur. Həcər xanım da öz həyat yoldaşı Nəbi ilə çiyin-çiyinə, at belində haqsızlığa qarşı mübarizə aparmışdır. Nəbinin həyat yoldaşı Həcər xanımla yanaşı baldızı Mehri xanım da bu mübarizədə yaxından iştirak etmişdir. Qaçaq Nəbinin atası Alı kişi ailəsindəki çətinlikləri nəzərə alaraq onu Aşağı Mollu kəndindəki bir varlıya muzdur verir.
Qaçaq Nəcəf
Qaçaq Nəcəf - Məşhur bəy və qaçaq. Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Qazax rayonunun Aslanbəyli kəndinin Nəcəflilər soyunun ulu babasıdır. Qaçaq Nəcəf 19-cu əsrin 10-cu illərində Cənubi Azərbaycanın Xoy şəhristanında anadan olmuşdur. Nəcəfin ulu babaları 18-ci əsrin əvvəllərində qaçaqlıq edərək Qazax sultanlığının Kəsəmən kəndindən (indiki Ağstafa rayonu Qıraq Kəsəmən ərazisindən) Cənubi Azərbaycanın Xoy ərazisinə köçmüşlər. 100-120 il orada məşkunlaşmış və ad-san qazanmışlar. Bir çox düşmənləri olan Nəcəf və 5 qardaşı babaları İskəndər bəyin məsləhəti ilə 19-cu əsrin 30-cu illərində öz ata-baba yurdları olan Qazax elinə qayıdırlar. Qazax rayonunun Aslanbəyli kəndində yaşamışdır. Mərdliyinə, igidliyinə görə böyük hörmət qazanmışdır. Soyu Aslanbəylidə Nəcəflilər kimi tanınır.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Qaçaq Səfəralı
Qədirli Səfəralı Nəcəfqulu oğlu (Qaçaq Səfəralı) — qaçaq, xalq qəhrəmanı. Qaçaq Səfəralı 1867-ci ildə Cəbrayıl qəzasının Yağlıvənd kəndində anadan olmuşdur. Rus istilasına qarşı uzun illər mübarizə aparmış, 1891-ci ildə Sibirə sürgün edilmişdir. On ilə yaxın bir müddətdən sonra Sibirdən qaçmağı bacarmışdır. Həbsxanadan qaçdıqdan sonra mübarizəsini davam etdirmiş, ömrünün son günlərini İranda keçirmişdir. Tağı Kərimlinin "Yağlıvəndin repressiya qurbanları" kitabı.
Qaçaq İsaxan
Qaçaq İsaxan (1897, Qarayazı rayonu – 1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq. Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir. Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi Azərbaycan və Gürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.
Erməni quldur dəstələri
Erməni quldur dəstələri (qərbierm. Ֆէտայի («fedayi»), şərqierm. Ֆիդայի («fidayi»)) həmçinin erməni nizamsız birləşmələri, erməni milisləri — cinayətkarlar, kürd tayfaları və həmidi süvariləri tərəfindən ermənilərin kütləvi qırğınlarına və erməni kəndlərinin talanına cavab olaraq özünümüdafiə qüvvələrinə qoşulmaq üçün könüllü olaraq ailələrini tərk etmiş erməni mülki əhalisinin təşkil etdiyi silahlı birliklər. Osmanlı imperiyasında partizan təşkilatları yaratsalar da, bu qüvvələrin əksəriyyəti erməni milli hərəkatının üzvləri kimi xidmət edirdi. Onlar II Əbdülhəmid dövründə kürd tayfa qüvvələrinə və Həmidiyyə əsgərlərinə qarşı vuruşmuşlar. Erməni quldur dəstələri erməni əhalisinin sıx yaşadığı ərazilərdə Osmanlı imperiyasının fəaliyyətinə qarşı mübarizə aparırdılar. 1 1876-1909-cu illərdə sultan II Əbdülhəmidin hakimiyyəti dövründə mübarizənin məqsədi öz ölkələrinə Armenakan partiyasının üzvlərinin müdafiə etdiyi muxtariyyət və ya ideologiya səviyyədən asılı olaraq Ermənistan İnqilabi Federasiyası və Sosial Demokrat Hunçak Partiyasının nümayəndələri tərəfindən dəstəklənən ermənilərə xaricdən edilən təzyiqlər fonunda müstəqillik əldə etmək idi. Öz aralarında razılığa gələn Erməni İnqilabi Federasiyasının rəhbərləri 1905-1911-ci illərdə Məşrutə inqilabı baş verərkən orada iştirak etmişlər. “Fədai” sözü ərəbcə "fidai" (ərəb. فدائيون, fidā'īyīn‎, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) sözündəndir.
Stasionar quldur nəzəriyyəsi
Stasionar quldur nəzəriyyəsi — Amerika alimləri Martin Makquayr (ing. Martin C. McGuire) və Mansur Olson tərəfindən hazırlanmış dövlətin mənşəyi nəzəriyyəsi. Bu nəzəriyyədə dövlət müəyyən bir ərazidə möhkəmlənmək, onu fərdi şəkildə idarə etmək və uzunmüddətli perspektivdə əhalidən gəlir əldə etmək (quldurluq etmək) qərarına gələn "oturaq (stasionar) quldur" ilə eyniləşdirilir. Məqsədi qısa müddətdə maksimum fayda əldə etmək olan "gəzən quldurlar" və ya "qastrol quldurlarından" fərqləndirən budur. "Oturaq quldur" tərəfindən həyata keçirilən soyğunçuluqlar adi vergitutma formasını alır, ağlabatan "oturan quldur" isə elə vergitutma qurur ki, bu zaman əhali investisiyaların toplanması və sonradan istehsal həcminin artırılması üçün istifadə oluna bilən resursların bir hissəsini özündə saxlayır və müvafiq olaraq , kənardan vergiyə cəlb olunan mənfəət "oturan quldur". Bundan əlavə, "oturan quldur" iqtisadi fəaliyyəti stimullaşdırır və ərazinin iqtisadi inkişafında maraqlıdır Avtokrat üçün əsas problem, ya inqilab nəticəsində, ya da "köçəri quldur"un işğalı nəticəsində baş verə biləcək hakimiyyətin itirilməsi təhlükəsidir. Tarixdə bu problemin həlli sülalə idarəçiliyi formasının qurulması ilə bağlıdır; belə bir həllin mümkün olmadığı hallarda böyük ehtimalla "oturan quldur" öz gücünün davamlılığına inamsız olaraq "köçəri quldur"a çevrilir, öz rifahını yüksəltməyə can atır, heç bir qayğıya qalmır. əhalinin tələbatının ödənilməsi və davamlı iqtisadi artımın təmin edilməsi. Demokratiya, bəzi müəlliflərə görə, iqtisadi baxımdan ən əlverişli rejimdir. Lakin M. Olson öz nəzəriyyəsində o qədər də aydın deyil və həm müsbət, həm də mənfi cəhətləri qeyd edir.
Azərbaycanda qaçaq hərəkatı
Azərbaycanda qaçaq hərəkatı — Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri. == Qaçaq hərəkatının səbəbləri == XIX əsrdə Azərbaycanda qaçaqçılıq hərəkatını doğuran əsas səbəb 1828-ci il fevralın 10-da bədnam Türkmənçay müqaviləsi əsasında Şimali Azərbaycanın Rusiya tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə qarşı və onlara rüşvət verməklə əlbir olub xalqa zülm edən yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları gördükləri xeyirxah əməllərə görə Azərbaycan xalqı onları sevmiş, tərifləmiş və qorumuşlar. Erməni qırğınları zamanı ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar istibdad üsul-idarəsinə qarşı narazılıqların əsas səbəblərindən biri də təhkimçi rus kəndlisi ilə azad azərbaycanlı kəndlisi arasındakı fərqi görməyən komendantların fəaliyyəti idi.
Qaçaq Kərəm (Ağstafa)
Qaçaq Kərəm — Azərbaycan Respublikasının Ağstafa rayonunun Xətai kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Xətai kənd Sovetinin ərazisindəki yaşayış məntəqəsi Qaçaq Kərəm kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Qaçaq Kərəm (roman)
Qaçaq Kərəm — Fərman Eyvazlının Qaçaq Kərəmdən bəhs edən romanı. Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı... Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur... Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbliğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır. Əsər ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1986, 1987, 1990-cı illərdə, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2015-ci ildə Bakı Kitab Klubunda 2 hissədə nəşr edilib. 2-ci kitaba ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsi və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir. Goodreads-də Qaçaq Kərəm Series "Qaçaq Kərəm (2‐ci hissə)" ( (az.)). bbclub.az.
Qaçaq Nəbi (Axundov)
Qaçaq Nəbi — Əhliman Axundovun tərtib etdiyi və ilk dəfə 1941-ci ildə nəşr edilən Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbidən bəhs edən dastan. Azərbaycan xalq qəhrəmanı 19-cu əsrin ikinci yarısında Azərbaycanda "Qaçaq Hərəkatı"nın fəal iştirakçısı olan Alı oğlu Nəbi Zəngəzur və Naxçıvanda (Zəngəzur qəzası) qorxmadan partizan müharibəsi aparan qaçaqlardan biri olmuşdur. Kitab xalq qəhrəmanının həyatı,qaçaqlıq fəaliyyəti haqqında dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir. "Qaçaq Nəbi" dastanı həyatını və qısa ömrünü xalqına, onun azad yaşamasına həsr etmiş və bu yolda həlak olmuş Nəbi Alı oğlu haqqındadır. Dastan ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1941-ci ildə, 2-ci dəfə 1961-ci ildə Azərnəşrdə çap edilib. Latın qrafikalı Azərbaycan əlifbası ilə 2009-cu ildə Çıraq nəşriyyatında 440, 2016-cı ildə Bakı Kitab Klubunda 504 səhifədə çap edilib. Qaçaq Nəbinin tarixi "Qaçaq Nəbi" ( (az.)). bbclub.az. 2019-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-31.
Qaçaq Nəbinin tarixi
Qaçaq Nəbinin tarixi — Bəhlul Bəhcətin yazdığı və Qaçaq Nəbi haqqında ilk elmi araşdırma olan tarixi-tədqiqat kitabı. Arxivdə saxlanılan bu əsər (əlyazması, ərəb əlifbası ilə 266 səh., latın qrafikası ilə 370 səh.) Qaçaq Nəbinin həyatı, qaçaqçılıq fəaliyyəti haqqında tarixi məlumatlarla zəngindir. Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı onu 296 səhifə həcmində çap etmişdir. Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 il arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı ilk dəfə 2011-ci ildə çapdan çıxıb. Qaçaq Nəbi (Axundov) Həcər (xalq qəhrəmanı) "12 Mart Qaçaq Nəbinin Ölüm Günüdür" ( (az.)). mediaforum.az. 2011-03-11, 12:15:00. İstifadə tarixi: 2014-10-09. "Qaçaq Nəbi haqqında 1930-cu illərdə yazılmış tədqiqat işıq üzü görüb" ( (az.)). mediaforum.az.
Qaçaq Nəbinin tarixi (kitab)
Qaçaq Nəbinin tarixi — Bəhlul Bəhcətin yazdığı və Qaçaq Nəbi haqqında ilk elmi araşdırma olan tarixi-tədqiqat kitabı. Arxivdə saxlanılan bu əsər (əlyazması, ərəb əlifbası ilə 266 səh., latın qrafikası ilə 370 səh.) Qaçaq Nəbinin həyatı, qaçaqçılıq fəaliyyəti haqqında tarixi məlumatlarla zəngindir. Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı onu 296 səhifə həcmində çap etmişdir. Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 il arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı ilk dəfə 2011-ci ildə çapdan çıxıb. Qaçaq Nəbi (Axundov) Həcər (xalq qəhrəmanı) "12 Mart Qaçaq Nəbinin Ölüm Günüdür" ( (az.)). mediaforum.az. 2011-03-11, 12:15:00. İstifadə tarixi: 2014-10-09. "Qaçaq Nəbi haqqında 1930-cu illərdə yazılmış tədqiqat işıq üzü görüb" ( (az.)). mediaforum.az.
Əlibaba və 40 quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (dəqiqləşdirmə)
Əlibaba və qırx quldur - "Min bir gecə" nağıl toplusu içində ən tanınmış nağıllardan biri. Əlibaba və qırx quldur - 1905-ci ildə çəkilmiş səssiz Fransa filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş ABŞ filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş Türkiyə filmi. Əlibaba və qırx quldurun sərgüzəştləri - 1979-cu ildə çəkilmiş sovet-hind filmi. Əlibaba və qırx quldur - 1990-cı ildə sovet, çexoslovak və qərbi-alman kinematoqrafçılarının birgə çəkdiyi film-balet. Bəstəkarı Roland Baumqartnerdir. Əlibaba və qırx quldur - Arif Məlikovun 1973-cü ildə yazdığı eyniadlı baleti. Əlibaba və qırx quldur - Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı eyniadlı baleti.

Digər lüğətlərdə