QUMROVLU
QUMSAL
OBASTAN VİKİ
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.
Qumru Teymurova
Qumru Nərimanova
Qumru Molla Məhəmməd qızı Nərimanova — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş tanınmış qadın pedaqoq, maarifçi, Bakı şəhər Sovetinə deputat 1892-ci il noyabrın 3-də Tiflisdə anadan olmuşdur. Dövlət xadimi N. Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir. O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olmuş, hətta "Lenin" ordeninə layiq görülmüşdür. Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müəyyən rolu və xidmətləri var. Sabir Gəncəlinin işləyib hazırladığı "Qadın, Gözəllik və Ülviyyət" adlı ensiklopedik toplunun "Nərimanovlar soyadının davamçıları" adlı bölməsində Q. Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilmişdir. 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirmişdir. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A. S. Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir. Digər arxiv sənədində göstərilirdi ki, o 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini, Almaniyada ali mühəndis təhsili almış Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub və bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlib. Onlar Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışmış, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs demişlər. Qumru xanım Nərimanova H. Z. Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərmişlər.

Digər lüğətlərdə