Qiymətli metal. (“Koroğlu” dastanının lüğəti)
Koroğluyam öz elimdə,
Qızıl bazmandlar qolumda,
Dəlilər sağü solumda,
Bu günümdə tez olaydı.
(“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Bozalqanlı”)
*
Qanadlar alov kimi yanır, qızıl kimi parıldayırdı. (“Alı kişi”)
Qırmızı. (“Koroğlu” dastanının lüğəti)
Qızıl almanı dişləsin,
Ətrafını gümüşləsin,
Yol düşsün, karvan işləsin,
Nigar yarın obasına.
(”Koroğlunun Qars səfəri”)
*
Canım Eyvaz, gözüm Eyvaz,
Bax o yana, bax bu yana!
Hayıfdı, qoç dəlilərim,
Boyanmasın qızıl qana!
(“Koroğlunun Qars səfəri”) (“Koroğlu-Hümmət”)