Azərbaycanda qəza məktəbləri
Qəza məktəbləri — 1829-cu il nizamnaməsinə əsasən XIX əsrin 30-cu illərində Azərbaycanda ilk dünyəvi təhsil verən məktəblər.
== Tarixi ==
Zaqafqaziyanın baş hakimi general A. P. Yermolov XMN-nə yazırdı ki, hal-hazırda Cənubi Qafqaz daxilindəki Azərbaycan xalqları ilə, həmçinin xarici qonşu hökumətlərlə saysız-hesabsız əlaqələr Azərbaycan dilini bilən bacarıqlı adamlar, təcrüməçilər olmadan mümkün deyil. Məhz bunun nəticəsi idi ki, hələ XIX əsrin əvvəllərində Tiflis Nücəba Məktəbində Azərbaycan dili də tədris edilməyə başlandı.
Admiral Mordvinovun 1816-cı il iyunun 19-da mərkəzi hökumətə müraciəti bu cəhətdən xarakterikdir. O yazırdı:
Cənubi Qafqazı gəzən general-adyutant Sipyagin yazırd:
Tiflis hərbi qubernatoru, general-adyutant Sipyagin 1827-ci ildə Cənubi Qafqazın bir sıra şəhərlərində, o cümlədən, Nuxada (indiki Şəkidə), Qazax distansiyasında, Şamaxı, Şuşa, Bakı və Qubada qəza məktəbləri açmaq fikrini irəli sürdü. Sonralar həmçinin Naxçıvan və Ordubadda da belə məktəblər açmaq zərurəti meydana çıxdı. Bu məktəblərdə yerli dillərin tədrisi, həmçinin kənd təsərrüfatı kursu və bağçılıq peşəsi öyrədilməsi də lazım bilinirdi. Məktəblərin hər birinə 2 müəllim təyin edilməsi, bunlardan baş müəllimə ildə gümüş pulla 300 manat, kiçik müəllimə isə 250 manat maaş təyin edilməsi məsləhət görülürdü.
Rusiya xalq maarif naziri Sişkov 1825-ci ilin aprelində general Yermolova göndərdiyi xüsusi məktubunda onu əmin edirdi ki, maarif və məktəb vasitəsilə yerli əhalidə Rusiyaya rəğbət oyatmaq üçün ondan asılı olan hər şeyi edəcəkdir. O, həmçinin Yermolovun məktəb üçün pul vəsaiti tələbini ödəməyi öhdəsinə götürürdü.