Regional Təhlükəsizlik Sistemi
Regional Təhlükəsizlik Sistemi (abr. RTS, ing. Regional Security System, abr. RSS) — Şərqi Karib regionunun mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq saziş. Regional Təhlükəsizlik Sistemi 1982-ci ildə regionun 1970-ci illərin axırları və 1980-ci illərin əvvəllərində sabitliyinin təhlükə altında olmasına görə yaradılmışdır. Həmin ilin 29 oktyabr tarixində Şərqi Karib Dövlətləri Təşkilatının 4 üzvü (Antiqua və Barbuda, Dominika, Sent-Lüsiya və son olaraq, Sent-Vinsent və Qrenadin) Barbados ilə ölkəni "istək üzrə qarşılıqlı yardım" təmin etmək üçün bir Anlaşma Memorandumu imzalamışdır. Müqaviləni imzalayan tərəflər milli fövqəladə, qaçaqmalçılığın qarşısının alınması, axtarış və xilasetmə, immiqrasiya nəzarəti, balıqçılıq hüquqlarının mühafizəsi, gömrük və aksiz nəzarəti, dəniz polisçiliyi vəzifələri, offşor qurğuların qorunması, ətraf mühitin çirklənməsinə nəzarət, təbii fəlakətlər və digər təhlükələrin baş verməsi vəziyyətində bir-birlərinə yardım göstərmək üçün ehtiyat planları hazırlamağa razılaşmışdılar. Sent-Kits və Nevis 1983-cü ildə müstəqillik əldə etdikdən sonra, Qrenada isə 1985-ci ildə ABŞ və RTS-in birgə əməliyyatından sonra sistemə qoşulmuşdur. Anlaşma Memorandumu 1992-ci ildə yenilənmişdir. Sistem Qrenadanın paytaxtı Sent-Corces şəhərində imzalanmış müqaviləyə əsasən, 5 mart 1996-cı il tarixində hüquqi status əldə etmişdir.