Sevda İbrahimova
Sevda Mirzə qızı İbrahimova (28 noyabr 1939, Bakı – 17 iyul 2022) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor (1994).
== Həyatı ==
Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitirib.
S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olmuşdur.
Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat etmişdir.
Görkəmli tarzən Qurban Primovun nəvəsidir.
Görkəmli yazıçı,dramaturq Mirzə İbrahimovun qızıdır.
== Əsərləri ==
Operalar
Nənəmin nağılları (opera) (1982) — qədim hind dastanı əsasında, libretto Hikmət Ziyanındır
Biri vardı (opera)
Vokal əsərləri
solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990) — M.Dilbazi və M.İbrahimovun sözlərinə
səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997) — H.Ziyanın sözlərinə
"Əbədi yurdum" vokal silsiləsi (1999) — B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin sözlərinə
mahnı və romanslar (1990 – 2001) — Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə
İnstrumental əsərləri
Orqan və simli orkestr üçün Konsert (1990)
Qoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991)
Skripka və kamera orkestri üçün musiqi (1992)
Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993)
2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994)
"Gənc pianoçuya" pyeslər silsiləsi (1994)
Piano üçün pyeslər (1995)
2 piano üçün pyeslər (1996)
2 piano üçün silsilə pyeslər (1997)
Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999)
Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000)
Piano üçün pyeslər (1999 – 2001)
Simli orkestr üçün "Vətən düşüncələri" (2001)
== Filmoqrafiya ==
Əzim Əzimzadə (film, 1967)
Yazıçının bir günü (film, 1971)
Peşimançılıq (film, 1974)
Min bir xəzinə (film, 1976)
Nar (film, 1981)
Odlu ürək (film, 1981)
Bəstəkar Sevda İbrahimova (film)
== İstinadlar ==
== Xarici keçidlər ==
Nadir Bədəlov.