SİTE
SİVA
OBASTAN VİKİ
Norveç Krallığının hüquq sitemi
== Norveç Krallığının hüquq sistemi == Norveçin hüquq sistemi müstəqil Skandinaviya hüquq sisteminə daxil olmaqla, alman-roman və həm də ingilis-amerikan sistemləri ilə ahənglik təşkil edir. Norveç adət hüquqlarının ilk yazıları XII əsrə aiddir. Bu dövrdə ölkənin bütün ərazisi vahid krallıq hesab edilsə də, dörd tinqə ayrı-ayrı klan nümayəndələrinin yığıncaqları ilə birləşmiş və dayanıqlı hüquqi adətləri və ənənələri olan klanlara bölünmüşdü. Bu iki birliyin-"Qulatinq qanunları" və "Frostatinq qanunları" hüquqi adətlərinin məcmuələri bizim günlərə qədər demək olar ki, tam məzmunda saxlanılmışdır və orta əsrlərin hüquq tarixi üzrə qiymətli sənədlərdir. Bu məcmuələr əsasında "qanunların yaxşılaşdırıcısı" adını almış kral Maqnusun hakimiyyəti dövründə ilk ümumilli "Torpaq qanunu" külliyyatı nəşr olunmuşdur ki, onun da əsasında kilsələrin hüquqi vəziyyətinə aid olan məsələlər tənzimlənir, cinayət, torpaq və ticarət hüququ normaları şərh olunurdu. Qanun külliyyatının təsiri o vaxtlar Norveçə məxsus olan ərazilərə — Qrenlandiya, Farer, Orkneysk və Şetland adalarına şamil edilirdi. "Torpaq qanunu" külliyyatına əlavə olaraq, "Şəhərlər qanunu" (1276-cı il) nəşr edildi ki, bu da yerli şəhər adətləri məcmuələrini ümumilli ticarət və dənizçilik qaydaları ilə əvəz etdi. Sistemləşdirilmiş qanun külliyyatlarının ayrı-ayrı müddəaları yeni qanunlarla əvəz edilsə də, bir neçə yüzilliklər ərzində öz qüvvəsini saxladı. Ölkənin Danimarka tərəfindən istila edilməsindən sonra (1380-ci il), Norveç hüququnun inkişafı Danimarka hüquq adətlərinin güclü təsiri altına düşdü. Əsas hakim vəzifələrini danimarkalılar tutur, yerli məhkəmələr tərəfindən çıxarılan qərarlardan şikayətlər Danimarka Ali Məhkəməsinə verilirdi.
гонио́метр дозва́ниваться захвали́ть кома́рник специфи́чески теплу́шка турни́к грузово́й де́ланность кре́кинговый обчи́ститься ознамено́вываться патери́к приостанови́ться регистри́рование сбра́сывать сократи́ться числи́тельный agar-agar cigarette hew hitched pudding дифференцирование скопляться