SORUŞTURMA
SOSYETE
OBASTAN VİKİ
Sosyal qrup
Sosial qrup — tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan insanların nisbətən sabit məcmusudur. == Qrup anlayışı == Qrup anlayışını kəmiyyət və keyfiyyət baxımından səciyyələndirmək olar. Kəmiyyət baxımından qrup üzvlərinin sayı 2–3 nəfərdən 20–30 nəfərə qədər olur. Qrup müəyyən adamlar çoxluğudur. Lakin eyni bir sosial şəraitdə iki və ya üç nəfərin sadəcə olaraq iştirak etməsi onların sosial-psixoloji cəhətdən qrup yaratması hesab olunmur. == Kəmiyyətə görə qrup təsnifi == Qrup üzvlərinin miqdarına, tanışlıq və yaxınlıq səviyyəsinə görə qrupları böyük və kiçik olmaqla iki yerə bölürlər. == Böyük qrup == 30–40 – dan artıq insan birliyidir. Böyük qrupun üzvləri bir-birini tanımaya, bir-biri ilə görüşməyə bilərlər. Məsələn: çoxsaylı tələbə və müəllim kollektivi olan universitetləri, böyük şirkətləri, dövlətləri, millətləri və s. Ən böyük insan birliyi bəşəriyyətdir.
Sosyal təcrid
Sosial təcrid, sosial kənarlaşdırılma və ya sosial marginallaşdırma — cəmiyyətdə rast gəlinən maneələri və cəmiyyətdən kənarlaşdırılma vəziyyətini izah edən bir termindir. Avropada geniş yayılmış olan bu termin ilk dəfə Fransada istifadə edilmişdir. Təhsil, sosiologiya, psixologiya, siyasət və iqtisadiyyat kimi müxtəlif sahələrdə istifadə olunur. Sosial təcrid cəmiyyət daxilindəki bəzi qrup üzvlərinə, şəxslərə və ya qruplara malik olduğu və həmin qrupla sosial vahid olması üçün şərt olan mənzil, iş, sağlamlıq, vətəndaş hüquqları, demokratik proseslərdə iştirak etmək hüququ və bərabər məhkəmə hüququ kimi müxtəlif hüquqlara, imkanlara və mənbələrə sistematik şəkildə girilməsinə qoyulan qadağa prosesidir. Sosial təcrid nəticəsində vətəndaş hüquqlarından kənarlaşdırma və ya məhrum olmaq sosial siniflərə görə tətbiq olunma halları olur. İrqi, dərinin rəngi, təhsil səviyyəsi, yaşayış və ya geyim tərzi ilə əlaqəli ola bilər. Bu cür ayrı-seçkilik formaları əlillərə, azlıqlara, LGBT icmasına, narkotik istifadəçilərinə, yaşlılara və ya gənclərə də tətbiq edilə bilər. Bir cəmiyyətdə qəbul edilən sosial normalardan kənara çıxan hər kəs bu səbəbdən qeyri-müəyyən və ya açıq bir şəkildə həmin cəmiyyətdən kənarlaşdırıla bilər. Sosial təcriddən təsirlənən şəxslərin və ya qrupların nəticədə iqtisadi, sosial və siyasi həyata tam inteqrasiyasının qarşısı alınır. Bunun baş verməməsi üçün müasir zamanımızda cəmiyyətlərin inklüziv şəkildə qurulması üçün tədqiqat işləri davam etməkdədir.