təsviyyəçilik
təşbehli
OBASTAN VİKİ
Təşbeh
Təşbeh — əşyanın müəyyən əlamətə görə özündən daha qüvvətli başqa əşyaya oxşadılmasına bənzətmə, yaxud təşbeh deyilir. İki cür təşbeh olur: Mükəmməl və Müfəssəl Müfəssəl Təşbehdə 4 ünsür iştirak edir: Bənzəyən tərəf Bənzədilən tərəf Bənzətmə qoşması Bənzətmə əlaməti Mükəmməl təşbehdə 2 ünsür iştirak edir: Bənzəyən tərəf Bənzədilən tərəf Məsələn: Qarpız bal kimi şirindir. Ürəyin buztək soyuqdur. Burada Qarpız bənzəyən tərəf, bal bənzədilən tərəf, kimi bənzətmə qoşması, şirin isə bənzətmə əlamətidir. Oxşarı, təşbehi, kölgəsi deyil; Dünyada hər şeyin özü gözəldir. B. Vahabzadə Bənzətmə qoşması və bənzətmə əlamətinin iştirak etmədiyi, yəni yalnız bənzəyən və bənzədiləndən ibarət olan təşbeh mükəmməl təşbeh nümunəsidir. Bədii əsərdə bir hadisəni, adamı və ya şeyi başqa bir hadisəyə, adama və ya şeyə bənzətməkdən ibarət məcaza da təşbeh deyilir. Mirzə İbrahimov Molla Pənah Vaqifin yaradıcılığı haqqında qeyd edir ki, "realizm və xəlqilik Vaqifin seçdiyi mövzularda, dil və təşbehlərdə də özünü göstərir." Məsələn: Ağ günə təşbehdir sənin cəmalün; Eşqindən salmışam aləmə bir ün. Osman Sarıvəlli xalq şairi Səməd Vurğunun dili haqqında aşağıdakı fikri qeyd edir: "Səmədin o dövrdəki ədəbi dili təşbehlər, idiomlarla dolu canlı xalq dilidir.

Digər lüğətlərdə