TƏKALTI

Ulaqla bağlı, qaltaq, tərlik, üzlük, tapqır, üzəngi, quşqun, sinəbənd, təhlim, bo­ğazaltı, burunluq, çul, alıq, palan, yüyən, kəm, kəlləlik, qancığa və s. sözlər işlədilir. Qaltaq yəhərin ağac hissəsidir, tərlik keçədən olur və qaltağın altına qoyulur, sinəbənd yəhərin geri sürüşməsinin, quşqun isə qabağa getməsinin qarşısını alır, tapqır yəhəri ata bağlamaq üçündür, təhlim sinəbəndlə qantarğanı birləşdirən 2 nazik qayışdır (atın baş aparmasının qarşısını alır). Yəhərdə təkaltı 7 qat keçədən, tumacdan düzəldilir və qaltağın atın belinə toxunmasının qarşı­sını alır. Təkaltı, yerin təki sözlərindəki tək kəlməsi “aşağı” mənasını verir, deməli, təkaltı sinonimlər birləşməsidir: uzundraz, hoqqabaz, yığcam tipli sözlərin qəlibi üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TƏK-TÜK
TƏKƏ

Значение слова в других словарях