Tatar

I der; -en, -en Tatar II das; -s döyülmüş inək ətindən bişirilmiş xörək
Tat
Tatarin
OBASTAN VİKİ
Ersin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Krım-tatar dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım-tatar əlifbası
Krım-tatar dilində iki əlifba istifadə olunur – latın və kiril əlifbaları Krım-tatar latın əlifbası 1992-ci il II Krım-tatar Milli Qurultayı tərəfindən təsdiqləndi. O, 31 hərf və 1 işarədən ibarətdir. Â â işarəsi ayrı bir hərf deyil. Önünde duran tutuq səsi yumşaldan işarə olaraq istifadə olunur. Bu hərflərin tələffüzü belədir: Krım-tatar kiril əlifbası 1938-ci il Sovet hökuməti tərəfindən təsdiqləndi. Amma kiril əlifbası bu gün də çox sıx istifadə olunur. Bu əlifba 37 hərfdən ibarətdir. гъ, къ, нъ və дж ayrı hərflərdir (sözlərin əlifba sırası ilə düzmək üçün mühüm təsiri var, məsələn, lüğətlərdə).
Krım Tatar dili
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Tatar
Kəndlər Tatar (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Tatar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Tatar (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Digər Tatarlar — Tatarıstanda yaşayan türk xalqı. Tatar dili — tatarların milli dili, Rusiyada yayılmasına görə rus dilindən sonra ikinci dil. Krım tatarları - Kramda yaşayan türk xalqı. Kırımtatar dili — Kırım tatarlarının ana dili. Tatar (Kəbirli) — Qarabağ xanlığının Kəbirli mahalında oba.
Nur Tatar
Nur Tatar Askari (16 avqust 1992, Van) — Kürd əsilli ilk Türkiyə milli taekvondoçusu. Nur Tatar 16 avqust 1992-ci ildə Türkiyənin Van bölgəsində anadan olmuşdur. O, Vəli Həydər bəy lisesinin məzunu olmuşdur. İdmançı lisedə oxuduğu müddətdə taekvonda üzrə Türkiyə birinçisi olmuşdur. O ilk medalını 15 yaşında qazanmışdır. Nur Tatar 2 dəfə kiçik yaşlılar arasında keçirilən Avropa çempionatında iştirak etmişdir və Avropa çempionu olmuşdur. Avropada A sinif çempionlarına medalları o təqdim etmişdir. Rusiyada Sankt-Peterburqda 2010-cu ildə Avropa Taekvondo Çempionatında gümüş və Birləşmiş Krallıqda, Mançestrda 2012-ci ildə keçirilən Taykfando Çempionatında isə qızıl medal qazanmışdır. Ankarada Ankara İllər bankına transfer olmadan əvvəl TSE Spor klubunda Tatar, Cüneyt Gülçək ilə birlikdə işləmişdir. 2012-ci ildə Yaz Olimpiyadasında Türkiyəni təmsil edən komanda da yer alan Andrea St bernard, Paige Mcpherson, Carmen Martona qalib gəlmiş, finalda Kyung Seon Hwang oyamış, ancaq ona uduzaraq gümüş medal əldə etmişdir.
Tatar (Cəbrayıl)
Tatar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Tatar kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqdə köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğalları zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ilə 14 toponim qeyd edir.
Tatar (Maku)
Tatar (fars. تاتار‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (7 ailə).
Tatar (Qubadlı)
Tatar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Tatar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Tatar kəndi Xocahan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Oykonim özündə türk tayfalarından olan tatarların adını əks etdirir. Erkən orta əsrlərə aid Orxon-Yenisey yazılı abidələrində də tatarların adı çəkilir. Tatar etnonimi ilk dəfə VI-IX əsrlərdə Baykal gölündən cənub-şərqində köçəri həyat sürən monqol tayfalan arasında qeydə alınmışdır. XIII əsrdə monqol işğalları dövründə tatarların adı avropalılara da məlum oldu. Həmin bu dövrdən başlayaraq monqol işğal Ian zamanı Azərbaycana gəlmiş tatarlann bir qismi burada məskunlaşdılar. Monqol tarixinin tədqiqatçısı Rəşid-əd-Din monqol yürüşlərində türkdilli tayfaların iştirakından danışarkən Qafqazda tatar etnoniminin iştirakı ile 14 toponim qeyd edir.
Tatar (Zəngilan)
Tatar — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. Tatar kəndi dağətəyi ərazidədir. Keçmış adı Kosakan Tatar olmuşdur. Əhali arasında Tatar Kosalar, Əhmədbəy Tatar da adlanır. Yaşayış məntəqəsini XIX əsrdə Qubadlı rayonunun Tatar kəndindən gəlmiş ailələr Kosakan adlı kəndin ərazisində məskunlaşaraq salmışdılar. Bu kəndin əvvəlki sakinləri isə vaxtilə Cənubi Azərbaycan ərazisinə köçərək orada məskunlaşmışlar. Oykonim qədim türk dillərindəki kosak (bağlanmış, birləşmış) sözlərindən və -an (yer, məkan) şəkilçisindən düzəlib, insanların oturaq həyata keçməsi ilə əlaqədar yaranmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1886 - cı ilin ailə siyahılarından çıxarılmış Zaqafqaziya vilayəti əhalisinin sayına dair statistik məlumatlara əsasən, Yelizavetpol quberniyasının Zəngəzur qəzasının 2-ci Zəngilan kənd dairəsi, Tatar kəndində 75 tüstü və 345 nəfər şiə təriqətli müsəlman azərbaycan türkü yaşayırdı (mənbədə - "tatarlar").
Tatar ağcaqayını
Tatar ağcaqayını (lat. Acer tataricum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Rusiyanın Avrоpa hissəsinin mеşə-çöl zоnasında, Qafqazda, Qərbi Avrоpanın cənub-şərqində, Balkanda, İranda, Türkiyədə yayılmışdır. Hündürlüyü 9 m-ə qədər оlan, gеniş оvalşəkilli çətirə malik iri kоl və ya kiçik ağacdır. Gövdəsinin qabığı hamar, tünd bоz və ya qara rəngdə оlub, qırmızımtıl və ya qəhvəyi rəngli cavan budaqlara malikdir. Tumurcuqları yumurtaşəkilli və ya yumru, uzunluğu 4 mm-ə qədərdir, tumurcuq pulcuğu qırmızı-qоnur, kənarları ağ tüklüdür. Yarpaqları yumurtavari, еnli yumurtavari və dairəvi оlub, 6-10 sm uzunluqda, 3-7 sm еnindədir. Yarpaq ayasının üst səthi tünd-yaşıl, alt səthi bir qədər açıqdır, damar bоyu tükcüklərlə örtülüdür, qaidəsi ürəkvari və ya dairəvi, üçdilimlidir. Çiçəkləri ağ və ətirlidir, salхım çiçək qrupuna yığılmışdır. Çiçək qrupu 5-7 sm uzunluğunda, vəziciklərlə örtülü saplaqlı başcıqlardır.
Tatar boğazı
Tatar boğazı - Avrasiya materikini Saxalin adasından ayırır. Oxot dənizinı isə Yapon dənizi ilə birləşdirir. Boğazın sularında Amur limanı yerləşir və üstəlik boğazı Saxalin körfəzinin suları yuyur. Yaponiyada Mamiya Rinzonun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo) kimi tanınır. Uzunluğu 663 km, eni isə cənubda 324 km, simalda 40 km təşkil edir. Ən dar yeri 7,5 km-dir. Boğaz Yapon dənizinin ən soyuq hissəsiidir. Belə ki dənizin donan hissəsinin 90% buranın payına düşür. Boğaz cənub hissədə 40-80 gün, şimalda isə 140-170 gün buzla örtülü olur. Buz örtüyünün qalılığı isə 1,5 m catır.
Tatar damotu
Tatar damotu (lat. Leonurus tataricus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Tatar dili
Таtar dili (tatar. татар теле / tatar tele, татарча / tatarça) — tatarların milli dili, Rusiya Federasiyasının Tatarıstan Respublikasının dövlət dili, yayılmasına görə Rusiyada rus dilindən sonra ən yayqın ikinci dil. Türk dillərinin qıpçaq qrupunun Volqaboyu-qıpçaq yarımqrupuna aiddir. Leksikasına görə daha çox başqırd, qazax, noqay və nisbətən qaraqalpaq, qaraçay-balkar, qumuq, özbək, azərbaycan və türk dillərinə yaxındır. Ахатов Г.Х.. Язык сибирских татар. Фонетические особенности (монография). Уфа, 1960. Ахатов Г.Х. Диалект западносибирских татар (монография). Уфа, 1963.
Tatar doqquzdonu
Tatar doqquzdonu (lat. Lonicera tatarica) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. Cənubi Sibirdə, Orta Asiya dağlarında, Tyan-Şanda, Altada bitir. Hündürlüyü 1,5-2,5 m-ə qədər olan koldur. Gövdəsinin qabığı bozumtul rəngdə olub, tədricən soyulur. Cavan zoğları hamar, sarımtıl-qonur rənglidir, zoğun ucunda yumurtavari, qarşı-qarşıya yerləşmiş tumurcuqları olur. Yarpaqları 6 sm uzunluqda və 3 sm enində olmaqla yumurtavarı və ya neştərvarı formalıdır, ucdan sivriləşmiş, bəzi hallarda iridir, yarpaq qoltuğunda cüt-cüt yerləşir, ləçəkləri ağ və ya tünd çəhrayı rənglidir. Meyvəsi 7 mm diametrində, qırmızı və ya sarımtıl rəngli, kürəvidir, avqust ayında yetişir, acıdır, yeyilmir, budaqlar üzərində cüt-cüt sərbəst və ya azacıq bitişik halda olur. Təbii halda meşə-çöl zonasında, çay vadilərində, qayalarda, meşə yaruslarında kölgəli ərazilərdə bitir. Böyük Qafqazda, Kür-Araz ovalığında və Cənub böıgəsində rast gəlinir.
Tatar iksiolirionu
Tatar ixsiolirionu (İxiolirion tataricum (Pall.) Schult.et Schult.fil. (ixiolirion montanum (Lasill) Herbert.) ya da xiyar gülü- İksiolirionkimilər fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. 15—25 mm hündürlüyündə soğanağı olan çoxillik ot bitkisidir. 9-12 (17) mm enində, ovalşəkillidir. Gövdə 35(45) sm-dir. Yarpaqları dar xətvari, çiçəkləri, seyrək, salxım və qalxançiçək qrupunda toplanmışdır. Çiçəkyanlığı 6 bölümlü, uzunsov qıfşəkilli, mavi və ya göydür. Çiçəkyanlığı hissələri 3—4 sm uzunluğunda, üçdamarlı, 3 xarici hissə qısa olub, sivriləşmiş, daxildəkilər bir qədər kütdür.
Tatar ixsilerionu
Tatar ixsilirionu
Tatar mətbəxi
Tatar mətbəxi (tatar. Татар милли ризыклары, Tatar milli rizıkları)— Türk xalqlarından biri olan Tatarların ənənəvi yeməkləri. Ataları qıpçaq və idil bolqar olan İdil tatarlarının ənənəvi mətbəxidir. İdil (Volqa) tatarlarının mətbəxi öz mənşəyini əvvəllər köçəri olmuş, ancaq təxminən 1500 il öncə əkinçiliyə keçmiş və yerli əkinçilik toplumlarına assimilyasiya edilmiş İdil Bolqarlarının mətbəxindən götürür. Tatar mətbəxindən təsirlənən yaxınlıqdakı əsas mətbəxlər Rus , Mari və Udmurt mətbəxləridir. Tatar mətbəxi Orta Asiya xalqlarının , xüsusən də özbəklərin mətbəxlərinin izlərini daşıyır. Tatarlar uzun müddət rus mətbəxinin bir çox elementləri ilə tanış olublar. Bununla birlikdə, kulinariya təsirləri və məhsulların daha çox şaxələndirilməsi Tatar mətbəxinin əsas etnik xüsusiyyətlərini dəyişdirmədi, əksinə daha zəngin bir müxtəliflik yaratdı. Tatar mətbəxinin formalaşmasında coğrafiya və təbiət önəmli rol oynadı. Tatarların iki coğrafi bölgəsinin sərhədində (quzey ormanlarında və güney çöllərində) və eyni zamanda iki böyük çay İdil (Volqa) və Kama hövzələrində aparılan alış-veriş fəaliyyətinin təsiri ilə ölkənin mətbəxi önəmli dərəcədə zənginləşmişdir.
Tatar qarabaşağı
Tatar qarabaşağı (lat. Fagopyrum tataricum) — qarabaşaq cinsinə aid bitki növü. Fagopyrum dentatum Moench Fagopyrum rotundatum Bab. Fagopyrum subdentatum Gilib.
Tatar çatılotu
Tatar çatılotu (lat. Euphrasia pectinata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Tatar çayırçiçəyi
Tatar çayırçiçəyi (lat. Aster tataricus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çayırçiçəyi cinsinə aid bitki növü.
İstvan Tatar
İstvan Tatar (24 mart 1958 — 2 yanvar 2017) — Beynəlxalq yarışlarda Macarıstanı təmsil edən sprinter. O, 1980 Yay Olimpiya Oyunları və 1988 Yay Olimpiya Oyunlarında 100 metr və 4 × 100 metr məsafəyə qaçış yarışlarında iştirak etmişdir.
Ərsin Tatar
Ersin Tatar (7 sentyabr 1960, Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir. Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur. Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.
Monqol-tatar boyunduruğu
Monqol-tatar boyunduruğu (rus. Монголо-татарское иго), orda hökmranlığı (rus. ордынское владычество), sovet tarixşünaslığında Monqol-tatar zülmü (azərb-kiril. Монгол-татар зүлмү) — Rusiyada monqol-tatar feodallarının XIII–XV əsrlərdə Rus torpaqlarında hakimiyyət sistemi. Rusiyada qurulan bu sistem işğal olunmuş yerləri ağır vergilər və soyğunçu yürüşlər vasitəsilə müntəzəm istismar etmək məqsədini güdürdü. Rus knyazlıqları bilavasitə Monqol feodal imperiyasına daxil deyildi. Onlara baskaklar və monqol-tatar xanlarının digər nümayəndələri nəzarət edirdilər. Monqol-tatar boyunduruğu formal surətdə 1243-cü ildə, knyaz Yaroslav Vsevolodiviçin monqol xanından Böyük Vladimir knyazlığına yarlıq alması ilə bərqərar oldu. XIII əsrin 60-cı illərinədək rus torpaqları Böyük Monqol, sonra isə Qızıl Orda xanlarının hakimiyyəti altında idi. Monqol-tatarların vergi və mükəlləfiyyətlərinin 14 növü var idi.
Dərband rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Euphrasia tatarica
Tatar çatılotu (lat. Euphrasia pectinata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Fagopyrum tataricum
Tatar qarabaşağı (lat. Fagopyrum tataricum) — qarabaşaq cinsinə aid bitki növü. Fagopyrum dentatum Moench Fagopyrum rotundatum Bab. Fagopyrum subdentatum Gilib.
Gülablı rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Gəncə rus-tatar məktəbi

Həştərxan tatarları
Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır. XV—XVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir. 1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi.
Kadom tatarları
Kadom tatarları — Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatar xalqının bir hissəsi kimi etnosinf qrupu. Kadom tatarları Kadom şəhərində və ona bitişik ərazidə (hazırda Ryazanın şimal-şərqində və Nijni Novqorod vilayətlərinin cənub-qərbində) yaşayan tatarlardır. Etnik qrup genişlənən Rusiya dövlətinin tərkibinə daxil olan Orda əhalisinin ərazisi əsasında XV-XVIII əsrlərdə xidmət edən tatarlardan formalaşmışdır. Nə ərazi, nə də inzibati cəhətdən onların qonşu Qasım xanlığı (1452-1681) ilə əlaqəsi yoxdur. Lakin onlar hərbi xidməti çox vaxt Qasım tatarları ilə birlikdə keçirdilər. Sərhəd xidməti, bir qayda olaraq, isti mövsümdə növbə ilə iki qrup (“yarım”) tərəfindən həyata keçirilirdi. Hərbi yürüşlərdə hər iki "yarım" qrup eyni vaxtda çağırıla bilərdi. Ayrı-ayrı şəxslər tərcüməçi, katib, səfir kimi xidmət edən "inzibati xidmət"də çalışırdılar. Kadom tatarlarından ruslar Krım, Qazan və Həştərxan xanlıqları ilə danışıqlarda tərcüməçi kimi istifadə edirdilər. Üstəlik, bu fəaliyyət kadom tatarlarına o qədər doğma olub ki, irsi xarakter alıb.
Kiprian Tatarușanu
Anton Çiprian Teteruşanu (rum. Anton Ciprian Tătărușanu; 9 fevral 1986, Buxarest, Buxarest, Rumıniya) — rumıniyalı futbolçu, "Milan" klubunun və Rumıniya millisinin qapıçısı. 12 sentyabr 2020-ci ildə oyunçu, 500 000 avro müqabilində İtaliyanın Milan klubuna keçib.
Krım-tatarca Vikipediya
Krım-tatarca Vikipediya (krımtat. Qırımtatarca Vikipediya) — Vikipediyanın Krım-tatar dilində olan bölməsidir. 13 iyul 2024 tarixinə qədər Krım-tatarca Vikipediyada 28298 məqalə yaradılıb.
Krım Tatar Akademik Musiqi və Dram Teatrı
Krım Tatar Akademik Musiqi və Dram Teatrı (krımtat. Къырымтатар девлет академик музыкалы драма театри, Qırımtatar devlet akademik muzıkalı drama teatri) — Krımdakı yeganə türkdilli teatr (əvvəllər Ukraynada), dünyada Krım tatarlarının yeganə teatrı. Bu teatrın ənənələri, ehtimal ki, XIV–XV əsrlərdə Krım xanlarıı sarayında teatr nümayişlərindən qaynaqlanır. Krım tatarlarının peşəkar teatrlar tarixi isə başlanğıcını 1901-ci ildə Səyyar Krım tatar teatrının işə başlanmasından götürür. 1901-ci ildə Krım tatarlarının səyyar teatrının binası açıldı. O dövrdə bütün müsəlman dünyasında olduğu kimi rolları yalnız kişilər oynayırdı. Hətta qadın rollarını belə kişilər ifa edirdi. 1922-ci ildən başlayaraq Krım tatar teatrının sürətli inkişafı start götürdü. Teatr mütəxəssisləri bu dövrü "Krım tatar İntibahı Dövrü" adlandırırlar. Teatrda Vilyam Şekspir və Molyer, İpçi və Lətif-zadə, Qoldoni və Bomarşe, Tolstoy və Tatyana Trenevin pyesləri səhnələşdirilirdi.
Krım Tatar Milli Məclisi
Krım Tatar Milli Məclisi (krımtat. Qırımtatar Milliy Meclisi, Къырымтатар Миллий Меджлиси, ukr. Меджлiс Кримськотатарського Народу) — Krım Tatar Qurultayının icra orqanı. 2014-cü ildə, Krımın Rusiya tərəfindən işğalından sonra, Məclis Ukrayna Ali Radasının tərəfindən Qurultayın iclaslarının arasında Krım tatar xalqının Ukrayna ərazisində ali təmsilçi orqanı kimi tanınıb. 2016-ci ildə isə Ruisya Məclisi ekstrimist qrupların siyahısına salıb, qadağan etmiş. Krım Tatar Milli Məclisi 1991-ci ildə keçirilən II Krım Tatar Qurultayının qərarı ilə yaradılmış. Qurultayın iştrakçılardan 33 adam məclis üzvü seçilib. O cümlədə, Mustafa Əbdülcəmil Qırımoğlu Məclisin sədri, Refat Çubarov isə onun müavisi kimi seçilib. Məclisin ilk iclası həmin ilin iyulun 6-da baş tutub. Orada onun quruluşu müəyyən edilmişdir.
Krım Tatar Milli Qurultayı
Krım Tatar Milli Qurultayı (krımtat. Qırımtatar Milliy Qurultayı, Къырымтатар Миллий Къурултайы) — Krım tatar xalqının nümayəndə orqanı və 1917-ci ildə Krım Xalq Respublikasının müstəqilliyini bəyan edərək onun parlamenti olan qurum. Rusiyada 1917-ci ilin martın 25-də baş vermiş Fevral inqilabından sonra Simferopol şəhərində Krımın şəhərləri və qəsəbələridən 1500 nümayəndədən ibarət olan Bütövkrım Müsəlman Qurultayı baş verib. Həmin ilin oktyabrın 1-2 arasında müsəlman icra komitəsinin başçısı Noman Çələbi Cihan komitənin keçirdiyi Krım tatar qurumların toplantısında Krım Tatar Milli Qurultayını təsis etməyə təklif edib. Təklif yekdilliklə qəbul olunub. Sovet dövründə törədilən deportasiyalara görə, 1950-ci və 60-cı illərdə Krım tatarların milli hərəkatı SSRİ boyu mərkəzsiz bir şəbəkə yaradıb, Özbəkistanda iclaslarını gizli şəkildə aparmağa məcbur idi. 1970-ci və 80-ci illərdə birgə məqsədləri, amma müxtəlif taktikaları olan qruplar formalaşıb. 80-ci illərin ortasında yeni təşkil üsulları üçün imkan yaradılıb. Sovet dövründəki fasilədən sonra Qurultay yenidən 1991-ci ilin iyunun 26-da toplaşmağa başladı. Qurultay Krım Tatar Milli Məclisinin 33 üzvünü seçib.
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi
Krım Tatar Mədəni və Tarixi İrs Muzeyi (krımtat. Qırımtatar medeniy-tarihiy miras müzeyi, Къырымтатар медений-тарихий мирас музейи ) — Krım tatar xalqının tarixini, mədəniyyətini və mədəni irsini qoruyan, təbliğ edən və araşdıran mədəni mərkəz. Muzey Simferopol şəhərində yerləşir. Muzey 2015-ci ilə qədər Krım Tatar İncəsənət Muzeyi və yaxud Simferopoldakı Muzey adlanıb. 1992-ci ildə "Krım Tatar Mədəniyyəti Fondu" ictimai təşkilatının nəzdində Krım Tatar Milli Qalereyası olaraq yaradılmışdır. Kolleksiyanın əsasını 1990-cı ilin mart-aprel aylarında Krım Rəssamlar Evində keçirilən (19 mart 1990-cı ildə açılmış) Krım Tatar rəssamlarının ilk Ümumittifaq sərgisindən seçilmiş Krım Tatar rəssamlarının əsərləri təşkil edirdi. Sərgi Krım Tatar Mədəniyyətinin Dirçəliş Koordinasiya Mərkəzi və Ukrayna Rəssamlar Birliyinin Krım Təşkilatı tərəfindən təşkil edildi. İ.A.Zaatov və M.Y.Çorlu sərginin təşəbbüskarları idilər. 1993-cü ildən başlayaraq Krım Tatar Milli Qalereyası Krım Tatar Rəssamları Dərnəyinin tərkibinə keçir. Gələcəkdə Qalereya fondlarının formalaşdırılması və sərgi fəaliyyəti Dərnəyin rəhbərliyi altında həyata keçirildi.
Krım Tatarcası
Krım-tatar dili (Qırımtatar tili, Къырымтатар тили) və ya krım dili (Qırım tili, Къырым тили) — Krım tatarlarının danışdıqları doğma dil. Türk şivələrinin qıpçaq ləhcəsinə daxildir, tarix boyunca oğuz dillərinin təsirinə məruz qalıb. Krım-tatar dilində danışan biri azərbaycanca danışa bilməsi mümkündür. Krımtatar dili latın və kiril əlifbası ilə yazılır.
Krım tatarları
Krım tatarları (krımtat. qırımtatarlar, къырымтатарлар) — tarixi vətənləri Qara dənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun qıpçaq yarımqrupuna aiddir. Krım Tatarları məclisinin sədri rəsmi olaraq Refat Çubarovdur. 13 aprel 1944-cü ildə SSRİ silahlı qüvvələri Faşist Almaniyasının hərbi hissələri qarşısında üstünlük qazanaraq onları Krım yarımadasından çıxardılar. 1944-cü ilin 10 may tarixində Lavrenti Beriya Krım tatarlarını Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda və "vətənə xəyanətdə" ittiham edərək İosif Stalinə onların sərhədyanı bölgələrdən ittifaqın daxili hissələrinə — Orta Asiyaya sürgün olunması fikrini rəsmən yazılı şəkildə təklif etdi. Tezliklə Serov və Tabulov tərəfindən 18–22 may tarixlərini əhatə edəcək deportasiya planı tam şəkildə hazırlandı. Beləliklə, 18 may sübh tezdən Krım tatarlarının məcburi köçürülməsi başlandı. Mayın 20-nə 180,014 nəfər artıq köçürülmüşdü. Nəhayət 22 may tarixində yekun hesablamalara əsasən 194,155 nəfər Krım tatarı deportasiya olunmuşdu. Onlardan 151,083 nəfər Özbəkistan SSR-da (təxm.
Krım tatarlarının bayrağı
Krım tatarlarının bayrağı yuxarı sol küncündə sarı daraq damğası olan göy parçadan ibarətdir. Bayraq ilk dəfə 1917-ci ildə Rusiyada Fevral inqilabından sonra Krım Tatar Milli Qurultayı tərəfindən qəbul edilmişdir. 30 iyun 1991-ci ildə təzədən qurulan Qurultayda bayraq yenidən milli simvol olaraq qəbul edildi. 2010-cu ildən bəri 26 iyun Krım tatarları tərəfindən Krım Tatar Bayrağı Günü kimi qeyd olunur. 22 iyul 2012-ci il tarixində V çağırış Krım Tatar Xalqının Qurultayı qərar aldı ki, Krım Tatar Xalqının Məclisi, VI çağırış Krım Tatar Xalqının Qurultayının təsdiqlməsi üçün Krım Tatar xalqının milli bayrağının təsviri, rəsmi istifadə qaydası və hüquqi qorunması məsələsini həll edən "Krım Tatar Xalqının Dövlət bayrağı haqqında" əsasnaməni hazırlasın.
Krım tatarlarının deportasiyası
Krım tatarlarının deportasiyası (krımtatar dili: Qırımtatar halqınıñ sürgünligi; ukrayn dili: Депортація кримських татар; rus dili: Депортация крымских татар) — 18–20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir. Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlər və Qırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi. Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. Çünki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var idi və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Nasistlər əvvəllər Krım tatarlarına qarşı neqativ yanaşma sərgiləsə də, Sovet qoşunlarının güclü müqaviməti ilə qarşılaşdıqdan sonra onlar bu siyasətlərini dəyişməyə məcbur oldular.
Krım tatarlarının milli futbol yığması
Krım tatarlarının futbol yığması — futbol üzrə beynəlxalq turnirlərdə Krım tatarlarını təmsil edən yığma. Yığma NF-Boardun üzvüdür. Krımtatar futbol ittifaqı tərəfindən idarə edilir. Krım tatarlarının futbol yığması 2006-cı ildə ELF Cup yarışmasında iştirak etmək məqsədi ilə Şimali Kipr Türk Cumhuriyyətinin futbol federasiyası tərəfindən təşkil edilmişdir. Komanda yarışda beş oyun keçirmişdir. Üstəlik turnirin finalına belə çıxmışdır. Final yarışmasında yerli komandaya 1:3 hesabı ilə məğlub olmuşlar. Onlar yarım finalda isə FİFA-nın üzvü olan Qığızıstan milli futbol yığmasını məğlub edə bilmişlər. Komandaya Rüstəm Osman rəhmərlik etmişdir. Onun komandasıns daxil idi: Qapıçılar: Narmin Rustemoviç Osmanov (Neftçi Fərqanə), Nəriman Yaqubov (Krımteplisa), Səid-Dövlət Əbdürrəhmanov (Medik Simferopol); Müdafiyəçilər: Arsen İsmailoviç Mustafaev (Feniks-İliçeves), Fevzi Sitsilmanoviç Əbukərimov (Krımgeofizika), Rizvan Reşatoviç Ablitarov (Dnepr Dneprpetrovsk), Denis Aleksandroviç Qolaydo (Tavriya; milliyətcə tatar deyildir.
Kurmış tatarları
Kurmış tatarları — Kurmış vilayətinin və Nijni Novqorod vilayətinin Kurmış şəhərinin hərbi xidmətdə olan tatar xalqının subetnos qruplarından biri (Rusiya ordusunda süvari alaylarında). Kurmış tatarları Moskva knyazlığının şərqindəki Kormış vadisi ərazisində, İdil bulqarları dövləti ilə sərhəddə yerləşən Kormış şəhəri yaxınlığında (indiki Nijni Novqorod vilayətinin Kormış rayonunda kənd) yaşayan türkdilli xalqı idi. Vladimir, Nijni Novqorod və Moskva knyazlıqları burada yaşamış bulqar, macar, bərtaş, mordva, çermeş, mişər xalqlarının varisləri hesab edilir. Kurmış tatarları XV-XVIII əsrlərdə Rusiya hökumətinə, ondan əvvəl isə saray əyanlarına, yəni Qızıl Orda xanlarına xidmət etmiş türk knyazlarının nəslindən sayılırlar. XVII əsrin ilk iyirmi ilində Kurmış vadisində Knyaginino və Kurmış yolları boyunca gözətçi məntəqələri funksiyasını yerinə yetirən 8 tatar kəndi var idi. Onların arasında Mokloka, İşeevo, Anda və Vakaevo (indiki Urqa) kəndlərində uzun müddət yaşayış olub. Usad və Andosovda, Şkoverka çayı yaxınlığında türk elementlərinin taleyi fərqli idi. Sonrakı sənədlərdə qeyd olunmadığı üçün onlar XVII əsrin birinci yarısında yoxa çıxıblar. Fominkaların tatar əhalisi etnik cəhətdən daha sabit idi. Lakin onun da ruslaşması XIX əsrin ortalarında başa çatdı.
Kənd-i Tatar (Xudabəndə)
Kənd-i Tatar (fars. کند تاتار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (20 ailə).
Leonid Tatarinov
Leonid Petroviç Tatarinov (12 noyabr 1926, Tula - 14 avqust 2011, Moskva) — Sovet və rus paleontoloqu. Biologiya elmləri doktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1981), Rusiya Elmlər Akademiyasının məsləhətçisi. Onurğalıların müqayisəli anatomiyasının, ümumi təkamül məsələlərinin araşdırılması ilə məşğul olmuşdur . L.Tatarinov 1943-cü ildə orta məktəbi bitirdikdən sonra bioloq olmaq istəsə də, alman faşizminə qarşı mübarizəyə səfərbər olunmuşdur. Ağır xəstəliyə görə ordudan tərxis olunan L.Tatarinov Moskva Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş və 1949-cu ildə həmin universitetin biologiya-torpaqşünaslıq fakültəini bitirmişdir. O, 1954-1973-cü illərdə Rusiya Elmlər Akademiyasının Paleontologiya İnstitutunda laboratoriya müdiri, 1975-1992-ci illərdə Paleontologiya İnstitutunun direktoru vəzifələrində işləmiş, 1992-2011-ci illərdə Rusiya Elmlər Akademiyasının məsləhətçisi olmuşdur. 250 məqalənin və 6 monoqrafiyanın müəllifidir. "Şərəf nişanı" ordeni (1975) Qırmızı Əmək Bayrağı ordeni (1986) "Qütb ulduzu" ordeni (Monqolustan, 1982) IV dərəcəli "Vətən qarşısındakı xidmətlərə görə" ordeni (1999) "Dostluq" ordeni (Monqolustan, 1977) Gümüşdən hazırlanmış Ləyaqət nişanı (Almaniya, 1985) SSRİ Dövlət mükafatı (1978) L. P. Tatarinov. Pages of memoirs. Paleontological Journal.

Значение слова в других словарях