tekstoloq-tarixçi

tekstoloq-tarixçi
tekstoloq-dilçi
tekstovinit
OBASTAN VİKİ
Tarixçi
Tarixçi — tarix üzrə mütəxəssis, tarix elmi ilə məşğul olan alim, tarixşünas. Tarixçilər insan nəsli ilə əlaqəli olaraq keçmiş hadisələrin davamlı, metodik izahı və araşdırılması ilə maraqlanır; həm də bütün tarixin dövrlərini öyrənir. Əgər şəxs yazılı tarixdən əvvəlki hadisələrlə maraqlanırsa, onda o, ibtidai icma quruluşu dövrünün tədqiqatçısıdır. Bəzi tarixçilər nəşrləri və ya təcrübə ilə tanınırlar. "Tarixçi" XIX əsrin sonlarında Almaniyada və başqa yerlərdə tədqiqat universitetləri yaranan zaman peşəkar bir peşəyə çevrildi. İrvinq Penqvin Buks və Lipştadta qarşı məhkəməsi zamanı məhkəmənin kimin "obyektiv tarixçi" olmasını müəyyənləşdirməli olduğu bəlli oldu. Bu da İngilis qanunlarında ənənəvi olaraq istifadə edilən "insan Klepxem omnibus"u deyil deyə şüurlu insan standarı ilə eyni məna daşıyırdı. Bu, obyektiv bir tarixçinin David İrvinqin tətbiq etdiyi qeyri legitim metodlara qarşı əks mövqe qoymaq üçün hüquqi bir müstəvinin olması üçün lazım idi, çünki İrvinq-Pinqvinlər və Lipştadt məhkəməsindən əvvəl obyektiv tarixçi meyarını müəyyənləşdirmək üçün heç bir hüquqi presedent yox idi. Məhkəmədə hakim Çarlz Qrey böyük ölçüdə şahid-ekspert tarixçi Riçard Con Evansın tədqiqatlarına güvənirdi. Evans Holokost inkarçıları tərəfindən tarixi mənbələrin səhv təqdimatı praktikasını müəyyən olunmuş tarixi metodoloji üsullarla müqayisə etmişdir.
Antenor (tarixçi)
Antenor (q.yun. Ἀντήνωρ) — qədim yunan tarixçisi. Yaşadığı dövr dəqiq məlum deyil. Kritin tarixi haqqında bir əsər yazmışdır. Əsər mükəmməlliyinə görə "Delta" (Δέλτα) adlandırılmışdır.
Aqafangel (tarixçi)
Aqafangel (erm. Ագաթանգեղոս, q.yun. Ἀγαθάγγελος; V əsr – VI əsr) — V əsr erməni tarixçisi. Aqafangel "Ermənistan tarixi" əsərində ermənilərin xristianlığı qəbul etməsi dövründə Ermənistanın daxili vəziyyəti, xristianlığın yayılması, feodal qayda-qanunları və s. barədə məlumat verilir. Əsərdə Qafqaz Albaniyası, albanlar, həmçinin başqa Qafqaz tayfaları və xalqları haqqında da məlumat var. Gürcü və ərəb dillərində variantları qalmışdır. Əsər 1909-cu ildə Tiflisdə erməni dilində (qrabar) nəşr olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Краткая литературная энциклопедия / Гл. ред.
Fəxrəddin (tarixçi)
Fəxrəddin — XIII əsr müsəlman tarixçisi. O, 1258-ci ildə Abbasilər xilafətinin dağıdılmasına qədərki yeganə xəlifə tarixi haqqında əsər olan "Sülalələrin xronoloji tarixi"nin müəllifi olmuşdur. Bu, Fransa Milli Kitabxanasında əlyazma şəklində saxlanılır. Antuan İsaak Silvestr de Sasi ərəbdilli müntəxabatında əsərdən sitat gətimişdir. Georq Freytaq, Ogüst Şarbonno onun mühüm hissələrini tərcümə etmişdir.
Adil Məmmədov (tarixçi)
Adil Əli oğlu Məmmədov (2 dekabr 1929, Ağdam – 21 dekabr 2016, Bakı) — Tarix elmləri doktoru, professor. == Həyatı == Adil Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundov Adil Məmmədovun atası Əli Məmmədovun dayısıdır. Anası Fizzəxanım Qaryağdı dahi xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı Qafar Qaryağdının qızı idi.[mənbə göstərin] Adil Məmmədovun ailəsi 1930-cu ildə Bakıya köçmüşdür. O, birinci sinfə 1937-ci ildə Bakı şəhəri 3 nömrəli orta məktəbə getmişdir. Əli Mirzə Mehdi bəy oğlu Məmmədov 1942-1945 illərdə hərbi səfərbərlikdə olduğu müddətdə ailəsi yenidən Ağdamda yaşamışdır. Adil Məmmədov Ağdam şəhər 1 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. Müharibə qurtaran ili ailəsi yenidən Bakıya qayıtmışdır. Adil Məmmədov 1945-1947 illərdə Bakı Pedaqoji Texnikumunda oxumuş, 1947-1952 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Adil Məmmədov ali təhsilini başa vurduqdan sonra Respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir.
Akif Quliyev (tarixçi)
Akif Arif oğlu Quliyev (15 avqust 1970, Bakı) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəisi, Lahıc arxeoloji ekspedisiyasının rəisi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi, "arxeoloq.az" (http://arxeoloq.az/ot-redaktora.html) jurnalının baş redaktoru, "Azərbaycan Arxeoloqlar cəmiyyətinin" təsisçisi, Tarix elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Akif Quliyev 1970-ci il 15 avqustda Bakı şəhərində anadan olmuşdur. 1977–1987-ci illərdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 80 saylı məktəbdə orta təhsil almışdır. 1987-ci ildə Özbəkistan Respublikasının Qafur Qulam adına Sırdərya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə qəbul olmuşdur. 1989-cu ildə həmin İnstitutun ikinci kursunu bitirdikdən sonra, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və hüquq fakültəsinin üçüncü kursunda təhsilini davam etdirmişdir. O, 1992-ci ildə həmin universiteti bitirdikdən sonra Azərbaycan Milli Ordusunda hərbi qulluqda (1992–1996-cı illər) olmuşdur. 1996-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri 12 saylı Litseydə pedaqoji fəaliyyətə başlamışdır. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətə başlamışdır. 2006-cı ildə professor Məhəmməd Seyfəddininin rəhbərliyi altında "XIV-XV əsrlərdə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 80-dan artıq elmi məqalənin, 8 monoqrafiyanın (Bakı sikkələri.
Aleksandr Vasiliyev (tarixçi)
Aleksandr Aleksandroviç Vasiliyev (rus. Алекса́ндр Алекса́ндрович Васи́льев, ing. Alexander Vasiliev; 22 sentyabr (4 oktyabr) 1867, Sankt-Peterburq – 30 may 1953, Vaşinqton) — Rusiya və ABŞ tarixçisi, şərqşünası, ərəbşünası, bizansşünası, İmperator Pravoslav Fələstin Cəmiyyətinin üzvü. == Həyatı == Aleksandr Aleksandroviç Vasiliyev 4 oktyabr 1867-ci il tarixində Rusiya imperiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Onun atası podpolkovnik Aleksandr Stepanoviç Vasiliyev Sankt-Peterburq qala dəstəsinin komandiri idi. Onun atası 1880-ci ildə, anası Olqa Aleksandrovna (Çelpanova) is 1912-ci ildə vəfat etmişdir. Onun kiçik qardaşı Vladimir Vasiliyev hidravlik mühəndis olmuşdur. Vasiliyev 1887-ci ildə 1№ klassik gimnaziyadan məzun olan Vasiliyev daha sonra Sankt-Peterburq Konservatoriyasına nəzəriyyə və kompozisiya sinifinə və Sankt-Peterburq Universitetinin Ərəb Şərqinin Tarixi fakültəsinə daxil olmuşdur. O, bir ildən sonra konservatoriyanı tərk etmiş, özünü tamamilə tarix öyrənməyə həsr etmişdir. Vasiliyev 1892-ci ildə Sankt-Peterburq Universitetinin Tarix və Filologiya fakültəsini bitirmişdir.
Anar İsgəndərov (tarixçi)
Anar İsgəndərov (tam adı: Anar Camal oğlu İsgəndərov; 10 yanvar 1956, Kolatan, Masallı rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri (2024-cü ildən). == Həyatı == Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuşdur. 1973–1978-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil almışdır. 1984-cü ildən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasında çalışır. 1989-cu ildə “Azərbaycanda sovet hakimiyyətinin qurulması və möhkəmləndirilməsinin tarixşünaslığı” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə “Azərbaycanda 1917-1918-ci illərdə türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildən Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiridir. == Təltif və mükafatları == 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və "Altun" medalı ilə təltif olunub. 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə "Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin" "Qızıl döş nişanı" ilə təltif olunub. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə" 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Eldar İsmayılov (tarixçi)
İsmayılov Eldar Rafiq oğlu (30 mart 1950, Bakı – 10 mart 2014) — azərbaycanlı tarixçi. == Həyatı == Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973 – 1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1977-ci ilin dekabrında MDU-da namizədlik, 1991-ci ilin fevral ayında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Azərbacan Dövlət Universitetində çalışır. Fəaliiyətinə universititin tədris hissəsinin rəisi kimi başlamışdır. 1983-cü ildə dosent, 1992-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1986 – 1990-cı illərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi, 1991–1994-cü illərdə isə həmin suranın sədri, 1990 – 1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996 – 1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir. Uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi.
Elmar Məhərrəmov (tarixçi)
Elmar Əli oğlu Məhərrəmov (d.9 iyul 1949, Sisian rayonu, Ermənistan SSR, SSRİ) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. == Həyatı == Elmar Əli oğlu Məhərrəmov 1949-cu ildə iyul ayının 9-da keçmiş Ermənistan SSR-in Sisian rayonunda anadan olub. 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda işləyir. 2002-ci il dekabrın 25-dən İnformasiya mərkəzinin rəhbəri idi. 2004–2014-cü illərdə Tarix üzrə Problem Şurasının elmi katibi olub. Hazırda yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisidir. 2001-ci ildə tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan tarixinə dair bir sıra elmi məqalə, tezislər və dərs vəsaitinin, o cümlədən, ""Kommunist" qəzetinin yaranması və inkişafı (1920–1928-ci illər)" (rus dilində), ""Kommunist" qəzeti və Azərbaycan SSR kənd təsərrüfatının bərpası məsələləri" (1920–1928-ci illər)" (rus dilində), "Xalq qəzeti: yaranması və inkişafı tarixindən" (A. E. Məhərrəmli ilə müştərək), "Azərbaycan tarixinin bir əsrlik salnaməsi" adlı monoqrafiyaların, "Azərbaycan Respublikasının Dövlət rəmzləri" (akademik İ. H. Əliyevlə müştərək) kitabçasının, abituriyentlər üçün 3 yardımçı vəsaitin (t.e.n. R. S. Məlikovla müştərək), orta məktəblərin 9-cu sinfi üçün "Yeni tarix" dərsliyinin I hissəsinin müştərək müəllifidir, 60-dan artıq elmi məqaləsi və kitabları işıq üzü görüb.
Fuad Axundov (tarixçi)
Fuad Hüseyn oğlu Axundov (21 aprel 1968, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı jurnalist, Bakı tarixi və memarlığı üzrə tədqiqatçı, bələdçi, teleaparıcı. == Həyatı == Fuad Axundov 1968-ci il aprelin 21-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1975–1985 — Bakı şəhəri 23 nömrəli orta məktəb şagirdi. 1985–1992 — Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyub, bakalavr dərəcəsi alıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. 2000–2001 — ABŞ-ın Harvard Universitetinin Dövlət idarəetmə məktəbində oxuyub (Master in public administration, KSG, Harvard), maqistr dərəcəsi alıb. 2008–2016 — Kanadada, Toronto Universitetinin Ontario təhsil araşdırmaları institutunda oxuyub (Master in arts in education. OISE/UofT), maqistr dərəcəsi alıb. == Fəaliyyəti == 1989–1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992–1993-cü illərdə Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı, və ingilis dilini tədris etmişdir.
Fəridə Məmmədova (tarixçi)
Fəridə Cəfər qızı Məmmədova (8 avqust 1936, Zubovka – 8 dekabr 2021, Bakı) — Azərbaycan alimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan SSR Dövlət mükafatı laureatı. == Həyatı == Fəridə Məmmədova 8 avqust 1936-cı ildə Zubovkada (hazırkı Şirvan şəhəri) anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Bakı Dövlət Universitetində, ADPU-də, 1997–1998-ci illərdə Xəzər Universitetində və 1998-ci ildən Qərb Universitetində dərs demişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvüdür. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiridir. Fəridə Məmmədova 8 dekabr 2021-ci ildə 85 yaşında vəfat etmişdir.[mənbə göstərin] == Əsas elmi nailiyyətləri == İlk dəfə onun tərəfindən Albaniyada feodal münasibətlərinin genezisi problemi tədqiq olunmuşdur. F.Məmmədova tarixşunaslıqda uzun müddət hakim olmuş I–VII əsrlərdə Albaniyada ibtidai-icma qurluşunun mövcud olması fikrinin yalan olduğunu sübut etmiş, burada feodal münasibətlərinin yaranması və inkişafını elmi şəkildə əsaslandırmışdır. O, Moisey Kalankatuyskinin alban mənşəli olmasını və ilk dəfə alban hüquqi abidəsini tədqiq etmişdir. F.Məmmədova Alban dövlətinin e.ə.
Oqtay Əfəndiyev (tarixçi)
Oqtay Əbdülkərim oğlu Əfəndiyev (26 mart 1926, Bakı – 26 fevral 2013, Bakı) — Azərbaycan tarixçisi, şərqşünas, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi. Oqtay Əfəndiyev 1926-cı il martın 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan Moskva Şərqşünaslıq İnstitutunu bitirmişdir. SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. 1955-ci ildə namizədlik dissertasiyasını, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmiş, 1993-cü ildə professor elmi adını almışdır. Altmış ilə yaxın bir müddətdə AMEA Tarix İnstitutunda çalışmışdır. 2001-ci ildən etibarən AMEA-nın müxbir üzvü olmuşdur. O. Əfəndiyev Azərbaycan Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərbaycan dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. O. Əfəndiyevin araşdırmalarından əvvəl Azərbaycan dövlətçiliyinin Səfəvi dövrü demək olar ki heç tədqiq edilməmişdi.
Qabil Əliyev (tarixçi)
Qabil Əli oğlu Əliyev (13 oktyabr 1956-cı il, Merdinli, Füzuli rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasın professoru, Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin İctimai elmlər kafedrasının müdiri. 1956-cı il oktyabrın 13-də Füzuli rayonu Merdinli kəndində anadan olmuşdur. 1962–1972-ci illərdə həmin rayonun Yuxarı Seyidəhmədli kənd orta məktəbində təhsil almışdır. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin əyani şöbəsində təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Tarixçi, tarix və ictimaiyyat müəllimi ixtisasını almışdır. "Bakı-Tiflis dəmir yolunun çəkilməsi və onun Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına təsiri (XIX əsrin 80–90-cı illəri)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 21 may 1986-cı ildə müdafiə etmişdir "XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı" mövzusunda tarix elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasını 19 iyun 2003-cü ildə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 18 yanvar 1995-ci il tarixli qərarı ilə Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti elmi adı (diplom DY № 0621) verilmişdir. Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə 11 may 2005-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasında professor vəzifəsində çalışır. 1977–1981-ci illərdə təyinatla Füzuli rayonu Yuxarı Seyidəhmədli kənd orta məktəbində tarix, ictimaiyyat müəllimi vəzifəsində işləmişdir 1981-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi (1917-ci il Oktyabr inqilabına qədərki dövr) kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1982–1985-ci illərdə universitetin aspiranturasında "Vətən tarixi" ixtisası üzrə təhsilini davam etdirmişdir.
Rauf Məmmədov (tarixçi)
Rauf Ağabala oğlu Məmmədov (26 fevral 1932, Bakı – 1988) — Azərbaycan tarixçisi.[mənbə göstərin] Rauf Ağabala oğlu Məmmədov 1932-ci ildə Bakı şəhərində dünyaya göz açmış, 1951-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 1956-cı ildə oranı fərqlənmə diplomu ilə bitirən, həmin ildə Azərbaycan Tarixi Muzeyində kiçik elmi işçi vəzifəsində işə başlayan gənc tədqiqatçı “Bilik” cəmiyyətinin də üzvü olur. O dövrdə “Bilik” cəmiyyəti geniş ictimaiyyəti elmin yenilikləri ilə tanış edir, xalqımızın tarixi və mədəniyəti ilə bağlı respublikanın müxtəlif rayonlarında mühazirələr təşkil edirdi. Mühazirələrdə iştirak edən gənc alimdən daim elmi axtarışların yeni nəticələri ilə tanış olmaq, onları sadə, hamının qavraya biləcəyi dildə zəhmətkeşlərə çatdırmaq tələb olunurdu. Mühazirələr oxumaq üçün respublikanın bölgələrini qarış-qarış gəzmək, çox vaxt normal yolları, adi tələblərə cavab verən qonaq evi və mehmanxana olmayan kolxoz, kənd və qəsəbələrdə qalmaq gənc tarixçidən inadkarlıq, iradə tələb edirdi. Azərbaycanın qədim şəhərlərinin tarixilə məşğul olan Rauf Məmmədov vətən torpağının ayrılmaz parçası olan Naxçıvanın tarixini ciddi şəkildə araşdırmağa başlayır. Orta əsr Azərbaycan şəhərlərinin xarici əlaqələri üzrə tanınmış tədqiqatçı Ə.N.Hüseynovun rəhbərliyi ilə dissertant Rauf Məmmədov orta əsr mənbələrini öyrənməyə başlayır. Artıq 1962-ci ildə “Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri”ndə gənc tədqiqatçının “Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi barədə” adlı məqaləsi çap olunur. Qədim Azərbaycan torpağı Naxçıvan haqqında xarici səyyahların qeydlərinin araşdırılması vətən tarixşünaslığını yeni faktlarla zənginləşdirir. Tarix muzeyinin daimi nəşrlərindən olan “Azərbaycan tarixi üzrə materiallar” toplusunda R.Məmmədovun “Naxçıvan şəhərinin qədim dövr və orta əsr tarixindən” (1962) və “Naxçıvan şəhərinin X-XII əsrlər tarixindən” (1963) adlı məqalələri çap olunur.
Rizvan Hüseynov (tarixçi)
Saleh Əliyev (tarixçi)
Saleh Məmməd oğlu Əliyev (d. 13 dekabr 1929, Gəncə – ö. 22 noyabr 2006, Moskva) — sovet–rusiya tarixçi alimi, şərqşünas–iranşünas, tarix elmləri doktoru, professor. Saleh Əliyev 13 dekabr 1929–cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1947–ci ildən 1952–ci ilədək Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Fars dili bölməsində ali təhsil alıb. 1955–ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda aspiranturaya qəbul olunmuş, dissertasiyasının uğurlu müdafiəsindən sonra Moskvada qalaraq ömrünün sonunadək həmin elmi–tədqiqat institutunda çalışmışdır. Neft və XX əsrdə İranın ictimai – siyasi inkişafı. Moskva, 1985, 302 s. (rus.) Müasir İran: arayış kitabçası. Moskva, 1993, 428 s.
Samvel Karapetyan (tarixçi)
Samvel Karapetyan (erm. Սամվել Կարապետյան; 30 iyul 1961, İrəvan – 27 fevral 2020, İrəvan) — Ermənistan tarixçisi, araşdırmaçısı, yazıçısı və orta əsr memarlığı üzrə mütəxəssisi. O, Ermənistanın, Qarabağın və Cənubi Qafqazın digər bölgələrinin tarixi abidələrinin öyrənilməsi üzrə ixtisaslaşmışdı. Karapetyan iyirmi ildən artıq müddət ərzində erməni tarixi və memarlığının minlərlə əsərini araşdırmış və kataloqlaşdırmışdır. O, Erməni Memarlığı Araşdırmaları (EMA) QHT-sinin İrəvan şöbəsinin rəhbəri idi. Karapetyanın elmi fəaliyyəti dəfələrlə tənqid olunub. "Gürcüstanda "erməni" yoxsa gürcü kilsələri?!" kitabında gürcü alimi Bondo Arveladze qeyd edir ki, Karapetyanın 1995-ci ilin "Gürcüstandakı erməni kilsələri" istinad xəritəsində 653 gürcü kilsəsinin 80% erməni kimi təqdim olunur. Arveladze onu da qeyd edir ki, əgər Ermənistan Quqarkı zaman-zaman ələ keçirdisə, bu o demək deyil ki, Quqark S. Karapetyanın və başqaların arzuladığı kimi doğrudan da ermənidir". Karapetyana 2011 və 2015-ci illərdə Gürcüstana giriş qadağan edilib. Britaniyalı jurnalist Tomas de Vaal "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında Karapetyanın Kəlbəcər şəhəri barədə iddiaları ilə razılaşmır: "Son yüz il ərzində orada bir nəfər də erməni yaşamırsa, Kəlbəcəri hansı mənada “erməni” adlandırmaq olar?
Sevinc Əliyeva (tarixçi)
Sevinc İsrafil qızı Əliyeva (19 may 1976, Armavir (Rusiya), Krasnodar diyarı, RSFSR, SSRİ) — Rusiya və Azərbaycan tarixçisi, Tarix üzrə elmlər doktoru, AMEA Tarix İnstitutunda Azərbaycan və Şimali Qafqaz xalqların əlaqələri və Türk xalqları üzrə mütəxəssis, "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinin müdiri. Sevinc Əliyeva Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərində anadan olub. S.İ.Əliyeva 1998-ci ildə Rusiya Federasiyasının Armavir Dövlət Pedaqoji İnstitutunun tarix və dünya mədəniyyət fərqlənmə diplomu ilə bitirdikdən sonra həmin institutun "Regionşünaslıq" kafedrasında müəllim vəzifəsində işləmiş və eyni zamanda əyani aspiranturada oxuyub. 8 dekabr 2000-ci ildə RF-nin Krasnodar şəhərində Kuban Dövlət Universitetində "Şimal-Qərbi Qafqazın noqayları XVIII–XX əsrin əvvələrində tarixi proseslərdə" adlı namizədlik dissertasiyanı uğurla müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinin müdiridir.. S.Əliyeva 2004-cü il 1 mart tarixində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna elmi işçisi vəzifəsinə işə qəbul olunmuş, "Qafqaz tarixi" şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışıb. 25 iyun 2014-cü ildə "Azərbaycan və Şimali Qafqaz xalqlarının qarşılıqlı əlaqələri (XIX–XX əsrin əvvəlləri)" mövzusu üzrə doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və tarix üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 169 elmi publikasiyanın, 4 monoqrafiyanın, 4 kollektiv monoqrafiyanın və 2 braşuranın müəllifidir. Zaman zaman yerli və xarici mətbuatda müxtəlif tarixi, etnoqrafik yazıları, müsahibələri, araşadırmaları çap olunmuşdur. Ailəlidir, 2 övladı var.
Teymur Bünyadov (tarixçi)
Teymur Əmiraslan oğlu Bünyadov (20 yanvar 1928, İkinci Şıxlı, Qazax qəzası – 8 aprel 2022, Bakı) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, YAP-ın üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı., Eyni zamanda Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Arxeologiya" və "Etnoqrafiya" ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, "Şöhrət" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı, "Qızıl qələm" mükafatı laureatı, Abbasqulu ağa Bakıxanov mükafatı ilə təltif olunmuşdur. Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirmiş, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y. İ. Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T. Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, "Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli "Azərbaycan arxeologiyası oçerkləri" adlı kitabı çap olundu.
Çingiz Axundov (tarixçi)
Çingiz Səməd bəy oğlu Axundov — tarix elmləri namizədi, dosent. Çingiz Axundov 1932-ci ildə Ağdam şəhərində anadan olmuşdur. Seyidlinin Axundovlar nəslindəndir. Çingiz Axundov 1939–1949 illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxumuş, 1949–1954 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsində ali təhsil almışdır. Çingiz Axundov 1954–1958 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunda işləmiş, aspiranturada oxumuşdur. O, Respublika Komsomol təşkilatının mərkəzi komitəsində şöbə müdiri (1958–1965), Azərbaycan Respublikası Nazirlər Sovetində şöbə müdiri (1965–1969), Azərbaycan Respublikasının Xalq Təsərrüfat İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) müəllim, prorektor, partiya tarixi kafedrasının müdiri (1970–1977) vəzifələrində işləmişdir. Çingiz Axundov 1977-ci ildə Bakıda vəfat etmişdir. Çingiz Axundov 1966-cı ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 50-dən çox elmi əsərin müəllifi olmuşdur. Orxan Zakiroğlu (Baharlı).
Ümid Qurd (tarixçi)
Ümid Qurd (türk. Ümit Kurt) — Türkiyə tarixçisi. O, müasir Yaxın Şərqi araşdırır. Onun bir çox nəşrləri erməni soyqırımından bəhs edir. 2016-cı ildə Klark Universitetində erməni soyqırımı üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Qurd etnik olaraq kürd və ərəb mənşəlidir. O, Qaziantepdə doğulub boya-başa çatmışdır. Kurt, Ümit. "Türk'ün Büyük, Biçare Irkı" Türk Yurdu'nda Milliyetçiliğin Esasları (1911-1916) [The Great, Hopeless Turkish Race: Fundamentals of Turkish Nationalism in the Turkish Homeland, 1911-1916] (türk). Iletişim.
Lətifə Əliyeva (tarixçi)
Lətifə Əliyeva (1947, Bakı) — Tarix elmləri doktor. 4 kitabın tərtibatçısı, 4 monoqrafiyanın, 1 dərs vəsaitinin, 2 proqramın, 40-dan çox elmi məqalənin müəllifidir. == Həyatı və fəaliyyəti == 1947-ci ildə Bakıda hərbçi ailəsində anadan olub. 1954–1965-ci illərdə Sabirabad şəhər rus orta məktəbində oxuyub. 1965–1969-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxuyub. 1969–1989-cu illərdə Azərbaycan KP MK-nın elmi şöbəsi olan Partiya Tarixi İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1989–1998-ci illərdə Bakı Dövlət Universitetinin Siyasi tarix kafedrasında kabinet müdiri və müəllim vəzifəsində işləyib. 1998-ci ildən BDU-nun tarix fakültəsinin Azərbaycan tarixi kafedrasında (humanitar fakültələr üzrə) baş müəllim, dosent vəzifəsində çalışır.2000–2010-cu illərdə həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim işləyib. L. A. Əliyeva 2007–2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. === elmi fəaliyyəti === 1997-ci ildə "70-ci illərdə Azərbaycan sənayesində ixtiraçılar və səmərələşdirçilər hərəkatı (1969–1982-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
İsmayıl Hüseynov (tarixçi)
İsmayıl Abbas oğlu Hüseynov (15 dekabr 1910 – 8 noyabr 1969, Bakı) — Azərbaycan alimi, akademik, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı (1947), AEA-nın həqiqi üzvü (1958), Azərbaycan SSR Əməkdar elm xadimi. İsmayıl Hüseynov 15 dekabr 1910-cu ildə anadan olmuşdur. 1928-1933-cü illərdə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin Hüquq şöbəsində təhsil almışdır. 1933-cü ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun Tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur. İsmayıl Hüseynov 1941-1944 və 1958-1960-cı illərdə AEA Tarix İnstitutunun direktoru vəzifəsini icra etmişdir. O, 1960–1966-cı illərdə isə AEA İctimai elmlər bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmişdir. İsmayıl Hüseynov 1949-cu ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. Habelə akademik 1944–1948-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Dövlət Universitetinin SSRİ Tarixi kafedrasına rəhbərlik etmişdir. İsmayıl Hüseynov 1941-ci ildə fəlsəfə doktoru, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur. Alim yüzə yaxın elmi əsərin müəllifidir.
Kamal Əliyev (tarixçi)
Kamal Həsən oğlu Əliyev (11 yanvar 1927, Bakı – 28 dekabr 2012, Bakı) — Azərbaycan-sovet tarixçisi, albanşünas-alim, tarix elmləri doktoru (1982). == Həyatı == Kamal Əliyev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə Leninqrad Dövlət Universitetini bitirmişdir. Həmin ildən Azərbərbaycan SSR EA Tarix İntitutunda çalışmışdır. Qafqaz Albaniyasının tarixi ilə bağlı məsələləri araşdırmışdır. 300-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiyanın müəllifidir. == Elmi əsərləri == Кавказская Албания. Б., 1974 Античные источники по истории Азербайджана. Б., "Эльм", 1987, 132 с. Античная Кавказская Албания.