TURİSTİK ÜS

turist bazası
TURFANDA
TURNUVA
OBASTAN VİKİ
Turistik
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. == Tarixi == Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Üs (Val-d'Uaz)
Üs (fr. Us) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.247 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji bələdiyyəsinin 10 km şimal-qərbində yerləşir.