UYĞUN

I. s. 1. (ölçü) fitting; (xüsusən rənginə və xarici görünüşünə görə) matching, matchable; agreeable; suitable, proper, appropriate; harmonious; ~ söz a proper word; ~ alət a proper tool; 2. harmonic; ~ ana right moment; ~ işçi, iş üçün ~ adam person suitable for the work, the right man* for the job; ~ gəlmək / olmaq 1) to do* (for); (ölçüyə görə) to fit (d.); (yaraşmaq) to suit (d.), to become* (d.), to match up; (həmahəng olmaq) to be* a good match; to go* very well (with); to match well; 2) to correspond (to, with), to conform (to); to be* in keeping / life (with); 3) to harmonize (with), to be* in keeping (with), (həmahəng) to go* (with); 4) to favour (d.), to be* favourable (to); fakta ~ gəlmək / olmaq to correspond to the facts, to be* true; şəraitə ~ olmaq to meet* / to fit the situation; bir şeyə ~ olaraq in accordance / conformity / compliance with smth.; Şərait / mühit mənə uyğundur The situation favours me, The situation is favourable to me; Xalça ilə divar kağızı yaxşı uyğun gəlir The carpet and wall-paper match well

II. z. suitably; fittingly; ~ cavab vermək to answer suitably; ~ geyinmək to be* suitably dressed

UYDURULMAQ
UYĞUNLAŞDIRILMAQ
OBASTAN VİKİ
Uyğun
Uyğun (özb. Uyg‘un, əsl adı — Rəhmətulla Ataquzuyev (özb. Rahmatulla Otaqo‘zi); 1 (14) may 1905, Merke, Cambul vilayəti – 22 aprel 1990, Daşkənd) — Özbək şairi və ictimai xadimi. Uyğun müasir özbək ədəbiyyatında lirik şeirin və dramaturgiyanın inkişafında xüsusi xidmətləri olan sənətkarlardandır. O, 1905-ci ildə Cənubi Qazaxıstanın Mark kəndində anadan olmuşdur. Uyğun onun təxəllüsüdür. Əsl adı və familiyası Rəhmətulla Ataqazıyevdir. Elmə olan maraq onu Daşkənd şəhərinə gətirmişdir. O, 1923-1925-ci illərdə K.Marks adına Daşkənd təlim-tərbiyə texnikumunda təhsil almışdır. 1925-1927-ci illərdə isə Daşkənd Pedaqoji Texnikumunu bitirmişdir.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş
Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş (AASQHMUHS) — Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin Soyuq müharibədən sonrakı versiyası. 19 noyabr 1999-cu ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İstanbul sammitində imzalanmışdır. == Vəziyyət == === İmzalayanlar === 30 dövlət: Azərbaycan, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Ermənistan, Danimarka, Fransa, Gürcüstan, Kanada, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Qazaxıstan, Lüksemburq, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, Türkiyə, Ukrayna, Birləşmiş Krallıq və ABŞ. Sonradan NATO-ya daxil olan Sloveniya, Litva, Estoniya və Latviya müqaviləni imzalamamışdır. === Təsdiq edənlər === 4 ölkə: Belarus, Qazaxıstan, Rusiya (2007-ci ildə dayandırılmışdır), Ukrayna.
Azimutal qeyri-uyğunluq
Elektromaqnit uyğunluq
Elektronmaqnit uyğunluq 1. Başqa qurğudan gələn xarici elektromaqnit maneəsinin və sahəsinin (qəsdən törədilməmiş) təsirinə baxmayaraq elektron avadanlığın normal işləyə bilməsi; məsələn, kompüterin yanında olan televizor maneəsiz işləməlidir. 2. Qurğunun öz elektromaqnit şüalanmasını başqa qurğuların işinə təsir etməmək səviyyəsinədək məhdudlaşdırması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017.
Həddən artıq uyğunluq (film, 2016)
Həddən artıq uyğunluq — Rejissor Ülviyyə Könülün filmi. == Məzmun == Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?
Qarşılıqlı birqiymətli uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq - bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin. Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun. Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar. İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onlar eyni gücə malikdir. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Soyadların Azərbaycan dilinə uyğunlaşdırılması
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hal-hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.
Uyğunluq (film)
Uyğunluq (ing. Coherence) — 2013-ci ildə ekranlara çıxan ABŞ filmi. Səkkiz dost axşam təşkil etdikləri qonaqlıq üçün bir araya toplaşıb. Bu xoş gün zamanı yerin yaxınlığından keçən komet gözlənilməz nəticələrə səbəb olur. Emily Foxler — Em Maury Sterling — Kevin Nicholas Brendon — Mike Lorene Scafaria — Lee Hugo Armstrong — Hugh Elizabeth Gracen — Beth Alex Manugian — Amir Lauren Maher — Laurie coherencethemovie.com — Uyğunluq rəsmi saytı Coherence — Internet Movie Database saytında.

Digər lüğətlərdə