Adatəpə (Krasnoselo)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adatəpə
Ölkə

Adatəpəİrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.[1]

Tarixi

Rayondakı Ardanış kəndinin yaxınlığında, Ardanış və Şorca kəndləri arasında, Şorca kəndindən 3–4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.

XIX əsrin əvvəllərində ləğv edilmişdir. Səhv olaraq Ardanış kəndi ilə eyniləşdirilir[3].

Erməni mənbələrində Adatəpənin Adavəngin adı əsasında yarandığı göstərilir[3].

Toponim Azərbaycan dilində "hər tərəfi su ilə əhatə olunmuş quru sahə" mənasında işlənən ada sözü ilə "alçaq dağ" mənasında işlənən təpə sözünün[4] birləşməsindən əmələ gəlmişdir.

Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

İstinadlar

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.6
  3. 1 2 Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.28
  4. 254, s.18