Şorca — Göyçə mahalıda Çəmbərək rayonuna aid bir kənddir. (Çəmbərək rayonundan Göyçə mahalına aid olan cəmi 5 kənddən biri). Hazırda Geğarkunik marzında (vilayət) yerləşir.
Şorca | |
---|---|
40°30′11″ şm. e. 45°16′13″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.915 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1316 |
Vikianbarda əlaqəli mediafayllar |
Şorca İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Rayon mərkəzindən 13 km cənub-şərqdə Göyçə gölünün sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].
XIX əsrin 40-cı illərində kəndə ruslar (malakanlar) köçürüləndən sonra kənd həm də Nadejdino adlandırılmışdır.
Kəndin adı erməni mənbələrində Şor Əli, Şorjalı[3], rus mənbələrində Şorcalı (Şordjalu) formalarında[4] qeyd edilmişdir.
Toponim şorcalı tayfa adının əsasında yaranmışdır. Toponimin sonundakı -lı şəkilçsi sonralar ixtisar edilmiş və sənədlərdə Şorca kimi rəsmiləşmişdi. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
5 fеvrаl 1919-cu ildə erməni dаşnаk tеrrоr qrupu Şоrcа kəndinə bаsqın еtmişlər. Kənddəki bütün kişilər qılıncdın kеçirilmiş, uşаqlаrı isə təndirlərə аtmışlаr.
10 iyul 1988-ci ildə Şorca kəndindən olan, İrəvanda yaşayan mordvin oğlan Mişa öldürülür. Türklərin casusu adı altında.[5]