Balakatay rayonu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Balakatay rayonu
Балаҡатай районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°42′24″ şm. e. 58°57′29″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 3.037 km²
Hündürlük
334 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 17.992 nəf. (2021)[2]
Rəsmi sayt
Balakatay rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Balakatay rayonu (başq. Балаҡатай районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yeni Balakatay kəndidir. Ufadan 278 km məsafədə yerləşir.

Coğrafi yerləşməsi

Rayon Başqırdıstanın şimal-şərq hissəsində yerləşir. Qərbdən və cənub-qərbdən Başqırdıstanın Məsetle və Kıyğı rayonları ilə, şərqdə Çelyabinsk vilayətinin Nyazepetrovski və Kusinski rayonları ilə, şimaldan Sverdlovsk vilayətinin Artinski şəhər rayonu ilə həmsərhəddir. Sahəsi 3037 km²-dir.

Rayonun ərazisi Ufa ilə Aya çaylarının aşağı axınları arasında, dəniz səviyyəsindən 300–400 m yüksəklikdə yerləşir. Ərazisi çay vadiləri və yarğanlarla güclü şəkildə bölünür. Şərq hissəsi Uralın qərb yamacındakı inkişaf etmiş silsilələr sisteminə malikdir. Oroqrafik amilin təsiri ilə yağıntının miqdarı 550–600 mm-ə qədər artır. Şaxtasız dövr 90–100 gün təşkil edir. Boz və tünd boz meşə torpaqları üstünlük təşkil edir. Cənub-şərq hissəsində isə boz və tünd boz dağ meşə torpaqları üstünlük təşkil edir. Qarışıq meşələr çox yayılmışdır, rayonun 46,8% ərazisini tutur. Karlıxanovski və Balakatay qoruqlarıında qunduz, su samuru, digər heyvan və quşlar növlərinin qorunması üçün tədbirlər təşkil edilmişdir.

Tarixi

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin fərmanına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək 48 rayonun qurulması zamanı rayon 20 avqust 1930-cu ildə yaranmışdır.

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[3]:

2024–17,85 min nəfər.

2035–16,44 min nəfər.

Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə
ruslar — 49,6%, başqırdlar — 43,6%, tatarlar — 5,4%, digər millətlərdən olanlar — 1,4%[4].

İnzibati-ətazi vahidləri

Balakatay rayonuna 13 kənd inzibati vahidliyi daxildir[5][6].

Sosial sfera

Rayonda 38 ümumtəhsil məktəbi, o cümlədən 12 orta məktəb, VIII tipli xüsusi (islah) internat məktəbi, musiqi məktəbi, peşə məktəbi, 21 ictimai kitabxana, 42 klub müəssisəsi, mərkəzi rayon və 3 kənd xəstəxanası vardır. Rus və başqırd dillərində "Yeni Balakatay" adlı regional qəzet nəşr olunur.

İstinadlar

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Таблица 5. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населенных пунктов, сельских населенных пунктов с населением 3000 человек и более" (XLSX) (rus). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01..
  3. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-20.
  4. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  5. "Закон Республики Башкортостан от 20.04.2005 № 178-з (ред. от 01.06.2015) "Об административно-территориальном устройстве Республики Башкортостан"". 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.
  6. "Постановление Правительства Республики Башкортостан от 29.12.2006 № 391 (ред. от 09.02.2015) "Об утверждении реестра административно-территориальных единиц и населённых пунктов Республики Башкортостан"". 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-20.