Sterlitamak rayonu (başq. Стәрлетамаҡ районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Sterlitamak şəhəridir (rayon ərazisinə daxil deyildir.)
Sterlitamak rayonu | |||||
---|---|---|---|---|---|
Стәрлетамаҡ районы | |||||
|
|||||
53°37′59″ şm. e. 55°57′00″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Sterlitamak | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 3473 | ||||
Poçt indeksi | 4531ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati ərazisi 2221.6 km²-dir. Rayon ərazisi Pribelskaya təpəli düzənliyində yerləşir. Yeraltı ehtiyyatlardan neft, natrium xlorid, əhəng daşı, sement gili, gips, odadavamlı gil, plitələr üçün gil, genişlənmiş gil, kərpic xammalı, qum və çınqıl, aqronom filizləri ilə təmsil olunur. İqlimi mülayim kontinental, isti və qurudur. Hidroqrafik şəbəkə Aqidel çayı və onun qolları Aşkadar, Sterl, Kuqanak ilə meydana gəlir. Çay düzənliyində rayon ərazisinin 5,1% -ni tutan palıd, cökə və qarağat qarışığı olan yamac meşələri yayılmışdır. Qara və tünd boz meşə torpaqları geniş yayılmışdır.
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən kantonlara bölünmə ləğv edildikdə, rayon 20 avqust 1930-cu ildə qurulur.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 47,25 min nəfər.
2035 - 54,06 min nəfər.
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 35,6 %, tatarlar - 23,2 %, başqırdlar - 21,6 %, çuvaşlar — 12,3 %, ukraynalılar — 2,6 %, mordvalılar — 2 %, digər millətlərdən olanlar - 1 %[3].
Nuriman rayonu ərazisinə 20 kənd inzibati vahidliyinə ümumilikdə 111 yaşayış məntəqəsi daxildir.
Rayon iqtisadiyyatı şaxələndirilir. Bununla belə üstünlük təşkil edən sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatı əraziləri 189 818 hektar ərazini əhatə edir. Bunun 129 312 hektarı əkin sahəsidir. Bitkiçilikdə ixtisaslaşma: taxılçılıq, günəbaxan, kartof və tərəvəz becərilməsi. Heyvandarlıq ətlik və südlük maldarlıq, quşçuluq ilə təmsil olunur.
1 yanvar 2015-ci il tarixinə rayonda 1395 təsərrüfat subyekti qeydiyyata alınıb və fəaliyyət göstərir. Sahibkarlıq subyektlərinin ümumi sayı: 18 orta müəssisə, 82 kiçik, 261 mikro-müəssisə, 78 kəndli təsərrüfatı və 957 fərdi sahibkarlıq təsərrüfatı.
Rayonun 18 məktəbində 22 uşaq bağçası və 22 məktəbəqədər qrup fəaliyyət göstərir. Rayon məktəb sistemi 29 ümumtəhsil məktəbi (15 filial daxil olmaqla), 1 ibtidai məktəb, 1 ibtidai məktəb-uşaq bağçası ilə təmsil olunur. Uşaqlar üçün əlavə təhsil müəssisələri (uşaq incəsənət məktəbi, 2 uşaq gənclər idman məktəbi, gənc texniki işçilər üçün stansiya, regional uşaq yaradıcılıq evi) öz fəaliyyətlərini 7 əsas istiqamətdə həyata keçirir. Rayon məktəblərinin bazasında uşaqlar üçün 152 əlavə təhsil dərnəkləri fəaliyyət göstərir. Ərazidə Kuqanak uşaq evi və Kolos uşaq sağlamlıq düşərgəsi fəaliyyət göstərir. 4000-dən çox tirajı olan "Selskie Niva" qəzeti rus və tatar dillərində buraxılır. Bölgədə 15 dini icma fəaliyyət göstərir:8 müsəlman, 7 xristian.