Krasnokama rayonu

Krasnokama rayonu (başq. Краснокама районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Nikolo-Berezovka kəndidir.

Krasnokama rayonu
Краснокама районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

56°07′50″ şm. e. 54°10′20″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930, 31 mart 1972
Sahəsi
  • 1.594,92 km²[1]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 26.145 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34759
Poçt indeksi 4539ХХ
Rəsmi sayt
Krasnokama rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

20 Avqust 1930-cu ildə Nikolo-Beryozovski rayonu adı ilə Başqırd Muxtar Sovet Sosialist Respublikasının tərkibində meydana gəlir. Buraya Novo-Kabanovskaya və Birsk rayonunun Kaleqin və Novo-Kainlıkovski volostları daxil idi. 20 fevral 1932-ci ildə Nikolo-Beryozovski rayonu ləğv edilir və ərazisi Kaltasin rayonuna verilir.

31 yanvar 1935-ci ildə rayon Krasnokama rayonu adı ilə yenidən qurulur. Rayona Arlanov, Karyakin, Kasevski, Korievsi, Kutlin, Muzyakov, Nikolo-Beryozovski, Nikolski, Novo-Aktanışbaşevski, Novo-Kabanov, Novo-Kainlıkovski, Novo-Muştinski, Novo-Urazaevski, Novo-Yazziqov, Staro-Kuzqovski, Staro-Muştinski və Staro-Yanziqitovski kənd icmaları daxil idi. 1962-ci ilin dekabrında Krasnokama rayonu ləğv edilir və ərazisi Yanaul rayonuna birləşdirilir. 31 mart 1972-ci ildə Krasnokama rayonu yenidən bərpa edilir. Rayon daxil idi: Neftekamsk şəhərinin inzibati tabeliyindən verilmiş Nikolo-Berezovka işçi qəsəbəsi, habelə Arlanovski, Karievski Muzyakovski, Nikolski, Novo-Burinski, Novo-Kabanov kənd sovetlikləri və Kaltasin rayonundan Novo-Kainlıkovski, Novo-Naqayevski, Redkinski, Sauzbaşski, Staro-Muştinski, Staro-Yanziqitovski və Şuşnurski. 26 dekabr 1974-cü ildə Neftekamsk şəhərinin inzibati tabeliyindən Krasnokama rayonuna Kuyanovski yarımstansiyası verilir[3].

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[4]:

2024 - 27,18 min nəfər.

2035 - 25,99 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 31,3%, marilər - 26,5%, tatarlar - 25,8%, ruslar - 14,7 %, digər millətlərdən olanlar - 1,7%[5]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Durtöylö rayonu ərazisinə 14 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 68 yaşayış məntəqəsi daxildir.

İqtisadiyyatın əsas sahəsi kənd təsərrüfatıdır. Rayonun kənd təsərrüfatı sahələrinə Ətlik və südlük maldarlıq, donuzçuluq, quşçuluq, tərəvəzçilik, kartofçuluq və taxılçılıq daxildir. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 95,5 min ha-dır: əkin sahələri 56,4 min ha, otlaq sahələri - 18,2 min ha, biçənəklər sahələri - 10.8 min ha.

  1. http://www.gks.ru/dbscripts/munst/munst80/DBInet.cgi?pl=8006001.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  3. "Справка по истории административно-территориального деления Краснокамского района". 2013-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-12.
  4. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
  5. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.