Təteşle rayonu (başq. Тәтешле районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yuxarı Təteşle kəndidir.
Təteşle rayonu | |||||
---|---|---|---|---|---|
Тәтешле районы | |||||
|
|||||
56°20′ şm. e. 55°51′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi |
|
||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34778 | ||||
Poçt indeksi | 4528ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Başqırdıstanın şimal hissəsində, Perm vilayəti ilə sərhəddə yerləşir. 1935-ci ildə qurulan rayonun ərazisi 1376 km²-dir.
Rayonun ərazisi Pribelskaya təpəli düzənliyi daxilindədir. İqlimi mülayim kontinental, rütubətlidir. Rayonun şərq kənarından Bıstrı Tanıl çayı, şimal-qərbdən isə Arey çayı ilə axır. Açıq boz meşə torpaqları 51,6 min ha (rayonun 37%) ərazisini əhatə edən enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük təşkil edir. Faydalı qazıntıları neft, kərpic gili, qum yataqları ilə təmsil olunur.
31 yanvar 1935-ci ildə Yanaul və Baltas rayonlarının bir hissəsindən meydana gəlir. 1 fevral 1963-cü ildə ləğv edilir və Yanaul rayonua birləşdirilir. 30 dekabr 1966-cı ildə yenidən bərpa edilir.
Rayonun mövcud olduğu ilk aylarda partiya və sovet orqanları quruluir. 24 fevral 1935-ci ildə tatar dilində regional qəzet və həmin ilin oktyabrın 1-dən udmurt dilində başqa bir qəzet nəşr olunmağa başlayır.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:
2024 - 21,32 min nəfər.
2035 - 18,04 min nəfər.
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 60,1 %, udmurdlar - 21,5 %, tatarlar - 14,9 %, ruslar - 1,9 %, maerilər — 1,3 %, digər millətlərdən olanlar - 0,3 %[3]. 2010-cu il siyahıyaalmasına görə əhalinin 62,8% -i üçün ana dili tatar, 21.1% udmurt, 11.5% başqırd, 3.1% rus və 1.2% maridir[4].
Təteşle rayonu ərazisinə 14 kənd inzibati vahidliyinə ümumilikdə 75 yaşayış məntəqəsi daxildir[5][6].
Rayonda 53 ümumtəhsil məktəbi, o cümlədən 16 orta, 26 kütləvi kitabxana, 51 klub müəssisəsi, mərkəzi rayon və 2 kənd xəstəxanası fəaliyyət göstərir. Tatar dilində - "Tәтəşле хәбәрләре" , udmurt dilində "Oşmes" qəzetlər nəşr olunur.
Rayonda kənd təsərrüfatı inkişaf etmişdir. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 75,4 min ha-dır (rayon ərazisinin 54,7% -i):əkin sahələri - 60,9 min ha, biçənək sahələri - 1.7 min ha, otlaqlar - 12.6 min ha. Kənd təsərrüfatının əsas ixtisaslaşma sahəsi: maldarlıq və taxılçılıq. Rayon ərazisində respublikada 4000 başlıq böyük mal-qara yemləmə kompleksi var.