Əlşəy rayonu (başq. Әлшәй районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Əlşəy rayonu | |||||
---|---|---|---|---|---|
Әлшәй районы | |||||
|
|||||
54°01′00″ şm. e. 54°57′22″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 31 yanvar 1935 | ||||
Sahəsi | 2411,42[1] km² | ||||
Hündürlük | 110 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Raevski kəndidir.
Başqırdıstanın cənub-qərbində yerləşir. Dyoma çayının orta axarında qərarlaşır. Rayonun ərazisi 2415 km² təşkil edir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.
Əlşəy rayonu 31 yanvar 1935-ci ildə təşkil edilmişdir.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Əlşəy rayonu ərazisin milli tərkibi: başqırdlar — 39,3 %, tatarlar — 32,4%, ruslar — 22,7 %, ukraynalılar — 2,5 %, çuvaşlar — 1,6 %, digər millər — 1,8 %[3].
Əlşəy rayonunda 3 şəhər tipli qəsəbə (Raevski, Aksiyanovo, Şafranovo) və 122 kənd var. 2005-ci ildən rayonda 20 kənd inzivati vahidliyinə 104 yaşayış məntəqəsi daxildir[4]
Əlşəy rayonu əsasən sənaye-aqrar rayondur. Ərazisindən neft çıxarılır. Bu işi «Aksakovneft» İB həyata keçirir. Burada Süd, Yem, Şəkər, Tərəvəz konservi, Yerli Tikinti materialları, Dəmirbeton zavodları fəaliyyət göstərir. 5 kalxoz, 6 sovxoz, 37 fermer təsərrüfatına sahibdir. Kənd təsərrüfatının atçılıq və arıçılıq sahərəri inkişaf etmişdir.
Rayon ərazisində 62 ümumtəhsil mərkəzi, 22 orta məktəb; Əlşəy Kənd Təsərrüfatı Teknikumu, Raevskoe və Şafranovskoe peşəkar Uçilişi, 33 kütləvi kitabxana, 43 klub, 6 xəstəxana, A. P. Çexov adına və «Şafronova» müalicəvi mərkəzi fəaliyyət göstərir. Burada tatar, rus və başqırd dillərində «Pobeda» «Alışeevski xəbərləri» qəzet buraxılır.