Dövləkən rayonu (başq. Дәүләкән районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon.
Rayon | |||||
Dövləkən rayonu | |||||
---|---|---|---|---|---|
Дәүләкән районы | |||||
|
|||||
54°13′00″ şm. e. 55°01′59″ ş. u.HGYO |
|||||
Ölkə | |||||
İnzibati mərkəz | Davlekonovo | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 20 avqust 1930 | ||||
Sahəsi | 1907,31[1] km² | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | 34768 | ||||
Poçt indeksi | 4534ХХ | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Rayonun inzibati mərkəzi Dövləkən şəhəridir.
Başqırdıstanın cənub-qərbində yerləşir. Rayonun ərazisi 1 907 km² təşkil edir. İqlimi mülayim-kontinental, isti və quraqdır. Ərazisindən Dim, Kiçik Üydürək, Ürşək çayları axır. Burada Asılıkul gölü yerləşir. Torpaq örtüyü əsasən qaradır. Güçlü küləklərə məruz qalır. Ərazisindən neft, gil, qum, qum-çınqıl qarışı çıxarılır. Rayonun ən gözəl və görməli yerlərindən biri Asılıkuldur. Başqırdıstanın mirvarisi hesab edilir. 1993-cü ildə milli park statusu almışdır.
Aurqazin rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Davlekanovski rayonu ərazisinin milli tərkibi: başqırdlar — 36,3 %, ruslar — 36,1 %, tatarlar — 17,5 %, çuvaşlar — 3,4 %, ukraynalılar — 3,3 %, digər millər — 3,4 %[3].
Rayonda 16 kənd inzivati vahidliyinə 92 yaşayış məntəqəsi daxildir.
Aqrar-sənaye rayonudur. Dövləkəndə yeyinti və yüngül sənaye sahələri inkişaf etmişdir. Burada dəmir-beton məmulatları hazırlanır və kənd təsərrüfatı texnikası təmir edilir. Dövləkən süd və kərpiç zavodları fəaliyyət göstərir. Ətlik-südlük istiqamətli maldarlıq, qoyunçuluq və donuzçuluq inkişaf etmişdir. 162,4 min ha ərazi (rayonun 85,2 % ərazisi) kənd təsərrüfatına cəlb edilmişdir. Bunun 34,6 min hektarı otlaq sahəsidir. Meşələr rayonun 5,2 % ərazisini tutur.
Rayon ərazisindən Çelyabinsk — Moskva və regional Şişmə — Qırğız-Meyəkə və Büzdək— Tolbazı avtomagistralı keçir.
Rayon ərazisində 52 ümumtəhsil mərkəzi, 14 orta məktəb, Davlekanovo peçəkar uçilişi, 28 kütləvi kitabxana, 52 klub, mərkəzi rayon xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində «Asılıkul» — «Balkantau» qəzetləri buraxılır.