Fyodorovka rayonu (Başqırdıstan)

Fyodorovka (başq. Фёдоровка районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Fyodorovka kəndidir.

Fyodorovka rayonu
Федоровка районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

54°41′19″ şm. e. 56°08′10″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi
  • 1.693,24 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 16.234 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34746
Poçt indeksi 4532ХХ
Rəsmi sayt
Fyodorovka rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon Başqırdıstan Respublikasının cənub-qərbində, Uralın quraq çöl zonasında yerləşir. Qərbdən Orenburq vilayətinin Şarlıkski rayonu ilə, şimaldan Sterlibaş ilə, cənubdan Köyörqəze ilə, şərqdən Mələeuz rayonları ilə həmsərhəddir. Rayonun ümumi sahəsi 1693 km² -dir. Regional mərkəz Ufadan 230 km məsafədə yerləşir.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 15,99 min nəfər.

2035 - 13,68 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: tatarlar - 31,9 %, ruslar - 23,1 %, başqırdlar - 20 %, çuvaşlar - 12,2 %, mordvalar — 10,4 %, digər millətlərdən olanlar - 2,4 %[3]. Rusiya Federasiyasında əhalinin 10% -dən çoxunda beş millətin nümayəndəsi olan yeganə inzibati rayondur. Bu baxımından sıradakı digər 2 rayon fərqlənir: şəhər rayonları, Mahaçqala və Kaspiysk şəhər dairələri.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Nuriman rayonu ərazisinə 14 kənd inzibati vahidliyinə ümumilikdə 68 yaşayış məntəqəsi daxildir

Rayonda 40 ümumtəhsil məktəbi, o cümlədən 13 orta məktəb, uşaq incəsənət məktəbi, musiqi məktəbi, 23 kütləvi kitabxana, 32 klub və 4 xəstəxana vardır.

Rayon kənd təsərrüfatı istiqamətlidir. Sənaye və emal zəif inkişaf etmişdir. Kərpic xammalı, qum və çınqıl, tikinti daşı yataqları vardır. Kənd təsərrüfatına yararlı torpaqların sahəsi 136,2 min ha, əkin sahələri - 91,3 min ha, biçənəklər - 7,9 min ha, otlaqlar - 36.9 min ha təşkil edir.

Sterlibaş - Fedorovka - Mələuz, Fedorovka - Sterlitamak, Fedorovka - Dedovo - Ermolayevo magistral yolları rayon ərazisindən keçir.

«Aşkadarskie zori» qəzeti rus, tatar və başqırd dillərində nəşr olunur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Xabibulla Baxtiqareyeviç Abdyuşev, - Sosialist Əməyi Qəhrəmanı.

Radif Qaleeviç Akçurin - milli güləş üzrə dünya çempionu.

Nikolay Timofeyeviç Antoşkin - Sovet İttifaqı Qəhrəmanı.

Pyotr Yakovleviç Baklanov - iqtisadçı-coğrafiyaçı, Rusiya Elmlər Akademiyasının akademiki.

Qennadi Semenoviç Kazanin - geofizik, Arktik dəniz kəşfiyyat ekspedisiyasının baş direktoru.

İvan Nikolaeviç Antipov-Karataev - Sovet torpaqşünas alimi, Moskva Dövlət Universitetinin professoru (1940), Kliment Oxridski adına Sofiya Universitetinin fəxri doktoru (1947), Tacikistan SSR Elmlər Akademiyasının akademiki (1951)[4][5].

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-25.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
  4. "Антипов-Каратаев Иван Николаевич, (1888-1965), почвовед, действительный член АН Таджикской ССР (1951)" (rus). Архивы Российской академии наук. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.
  5. "Антипов-Каратаев Иван Николаевич (1888—1965)" (rus). Действительные члены АН РТ с 1951 г. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-02.