Con Çarlz Polani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Con Çarlz Polani
Doğum tarixi 23 yanvar 1929(1929-01-23)[1][2][…] (95 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları "Kanada" ordeninin üzvü Order of Ontario
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Çarlz Polani (23 yanvar 1929[1][2][…], Berlin[1][3][…]) — Kanada kimyaçısı, Nobel üzrə mükafata layiq görülmüşdür.

Həyatı

Con Çarlz Polani 1929-cu ilin yanvarın 23-də Berlində (Almaniya) anadan olmuşdur. 1949-cu ildə Mançester Universitetini bitirmişdir. 1952-ci ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, məşhur kimyaçı Maykl Polaninin oğludur. 1933-cü ildə ailəsi Almaniyadan İngiltərəyə, Mançesterə köçmüşdür.

1952-1954-cü illərdə Ottavada Kanada Dövlət elmi-tədqiqat şurasında işləmişdir. Eyni zamanda Herxard Xerşberqin (1971-ci ildə Nobel mükafatına layiq görülmüşdür) laboratoriyasında işləmiş, burada yod molekulunda titrəyişli və fırlanma həyəcanlanmasını yoxlamaq üçün spektroskopik qurğu yığmışdır. 1954-1956-cı illərdə Prinston Universitetində təcrübə keçmişdir. 1956-cı ildə Toronto Universitetində müəllimliyə başlamış, 1962-ci ildə professor seçilmişdir.

Əsas elmi işləri kimyəvi kinetikaya aiddir. 1960-1970-ci illərdə elementar kimyəvi proseslərin dinamikası sahəsində yeni istiqaməti inkişaf etdirmişdir.

Qeyd edək ki, elementar kimyəvi proseslərin dinamikası sahəsində işlərin əsasını onun atası XX əsrin 30-cu illərində və D.R. Herşbax 60-cı illərdə qoymuşdu.

Con Polani reaksiya məhsullarının energetik vəziyyətlərini ayrı-ayrı molekul ların olduqca zəif infraqırmızı şüalanması hesabına müəyyən etmək üsulunu işləyib hazırlamışdır. Aktivasiya səddini keçərkən reagentlərin energetik ehtiyatlarının müxtəlif rolunu müəyyən etmişdir.

Polani 1986-cı ildə “Kimyəvi elementar proseslərin dinamikası” üzrə işlərinə görə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar