Herbert Hauptman

Herbert Aaron Hauptman (14 fevral 1917[1][2][…], Nyu-York, Nyu-York ştatı[6][4]23 oktyabr 2011[3][4][…], Buffalo, Nyu-York ştatı[4][7][…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı.

Herbert Aaron Hauptman
ing. Herbert Aaron Hauptman
Doğum tarixi 14 fevral 1917(1917-02-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 oktyabr 2011(2011-10-23)[3][4][…] (94 yaşında)
Vəfat yeri
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi
İş yeri
  • Buffalo Universiteti[d]
Təhsili
Elmi rəhbərləri Cerom Karle
Üzvlüyü
Mükafatları Kimya üzrə "Nobel" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir.

1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir.

Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.

1950-ci ildə Hauptman öz üsulu haqqında məlumatları çap etdirdikdə az sayda alimlər onun yeni üsulunu layiqincə qiymətləndirə bildilər, əksəriyyəti ilə onu açıq inamsızlıqla qarşıladılar və 15 il ərzində Hauptmanın üsulu istifadəsiz qaldı. 1985-ci ildə Hauptman "Kristalların strukturunun bir başqa təyin olunması üsulunu işlənib hazırlanmasındakı uğurlarına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Nobel mükafatı ilə yanaşı onun bir sıra təltifləri də var:

Amerika tədqiqat cəmiyyətinin mükafatı; Amerika kristalloqrafiya cəmiyyətinin A. Z. Patersonun xatirə mükafatı. O, kristalloqrafiya üzrə ABŞ-nin Milli komitəsinin və Amerika azad tədqiqatlar institutları assosiyasının üzvüdür.

1986-cı ildə Nyu-York universiteti nəzdində Siti kollecin fəxri doktoru dərəcəsinə layiq görülmüşdür.

Hauptmanın yaratdığı üsul kristalloqrafiyada ciddi uğurlara gətirib çıxarmışdır.

Hauptmanın hobbilərindən biri müxtəlif kristallardan başsındıran düzəltməkdir. Alim onları təkcə uğurla yığmır, həm də bir neçə yeni modellər yığmışdır ki, onun adı ilə adlanır.

Sosial fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1992-ci ildə "İnsanlığa Xəbərdarlıq"ı imzaladı[8].
  • 1985-ci il -Kimya üzrə Nobel Mükafatı — "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə"[9]
  1. 1 2 Herbert Aaron Hauptman // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Herbert Aaron Hauptman // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  3. 1 2 Dr. Herbert Hauptman, Nobel Prize winner, is dead at 94 (ing.). // The Buffalo News Buffalo: 2011. ISSN 0745-2691
  4. 1 2 3 4 5 6 Herbert A. Hauptman // Herbert A. Hauptman (ing.).
  5. 1 2 http://czlonkowie.pan.pl/czlonkowie/sites/WynikiWyszukiwania.html?s=HAUPTMAN,%20Herbert%20A..
  6. 1 2 Herbert Hauptman dies at 94; won Nobel Prize in chemistry (ing.). // Los Angeles Times El Segundo: 2011. ISSN 0458-3035; 2165-1736
  7. 1 2 How Did Dr. Herbert Hauptman Contribute to Medicine?. // Medical Daily 2011.
  8. World Scientists' Warning To Humanity (англ.). stanford.edu (18 ноября 1992). Дата обращения: 25 июня 2019. Архивировано из оригинала 6 декабря 1998 года.
  9. "Arxivlənmiş surət". 2023-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.