Salavat rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Salavat rayonu
Салауат районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

55°13′17″ şm. e. 58°09′00″ ş. u.


Ölkə
İnzibati mərkəz Maloyaz[d]
Tarixi və coğrafiyası
Yaradılıb 31 yanvar 1935
Sahəsi
  • 2.182 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 24.273 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34777
Poçt indeksi 4524ХХ
Salavat rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salavat rayonu (başq. Салауат районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Malayaz kəndidir.

Coğrafiyası

Rayon Başqırdıstanın şimal-şərq hissəsində, Çelyabinsk vilayəti ilə həmsərhə yerlıəşir. Rayonun sahəsi 2182 km²-dir. Ərazinin əsas hövzəsini Yuruzani və Ay çayları təşkil edir. Cənub-şərq hissəsində Uralın qərb yamacının ətəkləri (Suleia, Başqırd İlçikeyevo) uzanır. Karatau silsiləsi şimaldan yüksəlir, Ufa yaylası isə şimal-qərbdə yerləşir. Orta səth hündürlüyü 370 m-dir. Rayonda yerləşən Yangantau dağı, Kuselyarovski hidrogen sulfid bulağı, Korqazak bulağı, Laklinskaya mağarası, İzris mağarası təbii abidələr elan edilmişdir. Boksit (Novoe, Ayskie), əhəng daşı (Mursalimkinskoye, Çebarkulskoye, Yazqi-Yurtovskoe), sement gilləri (Yaqodnoye), qum və çınqıl (Yalan-Kulskoye), aqronom filizləri (Meşçerovskoysk) kimi zəngin ehtiyyatlara sahibdir. Ümumi sahəsi 600 hektar olan kiçik torf bataqlıqları (Meşeqarovskoye, Ak-Şişminskoye, Laqerovskoye və s.) vardır. İqlimi mülayim kontinentaldır.

Qara və tünd boz meşə torpaqlarına sahibdir. Meşələr 63,9 min ha ərazini (ərazinin 31,6%) əhatə edir. Ümumi meşə ehtiyatı təqribən 9 milyon kubmetrdir (o cümlədən ağcaqayın - 4,5 milyon kubmetr, əsməqovaq - 1,8 milyon kubmetr, şam - 1,1 milyon kubmetr, cökə - 0.8 milyon kubmetr). 107,9 min hektar ərazi kənd təsərrüfatı təyinatlıdır. 66,9 min hektar ərazi əkin sahələri, 26,6 min hektar otlaq sahələri və 14.3 min hektar isə biçənəklərdir.

Tarixi

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən kantonlara bölünmə ləğv edildikdə, rayon 20 avqust 1930-cu ildə qurulur.

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 23,67 min nəfər.

2035 - 22,09 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: başqırdlar - 66,6 %, tatarlar - 22,4 %, ruslar - 10 %, digər millətlərdən olanlar - 1 %[3].

Yerli özünü idarəetmə

Nuriman rayonu ərazisinə 16 kənd inzibati vahidliyinə ümumilikdə 60 yaşayış məntəqəsi daxildir.

Təhsil və mədəniyyət

Rayonda 49 ümumtəhsil məktəbi, o cümlədən 18 orta məktəb, musiqi məktəbi, Maloyazdakı peşə məktəbi, 25 kütləvi kitabxana, 48 klub müəssisəsi, mərkəzi rayon və 4 kənd xəstəxanası və Yanqantau kurortu vardır. "Yuryuzan" və "Salavat torpağında" adlı qəzetlər başqırd və rus dillərində nəşr olunur.

İstinadlar

  1. "Таблица 5. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населенных пунктов, сельских населенных пунктов с населением 3000 человек и более" (XLSX) (rus). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01..
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-24.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.