Yılayır rayonu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yılayır rayonu
Йылайыр районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

52°22′ şm. e. 57°39′ ş. u.


Ölkə
İnzibati mərkəz Zilair[d]
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 5.773,99 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 15.087 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34752
Poçt indeksi 4536ХХ
Rəsmi sayt
Yılayır rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yılayır rayonu (başq. Йылайыр районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Yılayır kəndidir.

Coğrafiyası

Rayonun sahəsi 5774 km²-dir. Rayon Başqırdıstan Respublikasının Baymak, Böryən, Ziançurinski, Kuqərsen və Xaybulla rayonları ilə həmsərhəddir. Başqırd Uralının cənub hissəsində yerləşir. Rayonun ərazisi Barakal, Zilair, Bolşoy Suren və Böyük İkanın yuxarı axınları — Avaşla, Berdyaş, Tekal çaylarının kanyon yaradan vadiləri ilə kəsilmiş Zilair yaylasında yerləşir. Ağcaqayın, şam meşələri çox yayılmışdır. Rayonun qərb kənarından palıd, cənub-şərq kənarında ağcaqayın və şam meşələri zolaq şəkilində yayılmışdır. Torpaqlar: dağ qartatorpaqları, dağ boz-meşə və qaratorpaq.

Tarixi

Rayon 20 avqust 1930-cu ildə mərkəzi Yılayır kəndi olmaqla qurulur. Bu Berdyaş, Vasilyevsk, Erovçinski, Yılayır, İvano-Kuvalatski, Kananikolski, Novo-Aleksandrovski, Novo-Nikolski, Petrovski, Urkasski, Uspenski və Çuyunçi-Çupanovski kənd icmalarından ibarət idi. Sahəsi 5783 km², əhalisi: 30304 nəfərdir. 1954-cü ildə təşkili planlaşdırılan Maqnitoqorsk rayonunun bir hissəsi olmalı idi. Müasir sərhədlər daxilində rayon 1965-ci ilin noyabr ayında formalaşır.

Böyük Vətən müharibəsi illərində 7585 nəfər vətənini qorumaq üçün rayonu tərk edir. Qəhrəmanlıq və cəsarətə görə 8 nəfər Sovet İttifaqı Qəhrəmanı adına, fədakar əməyinə görə, iki nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.

Əhalisi

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024–14,78 min nəfər.

2035–14,06 min nəfər.

Milli tərkib 2010-cu il Ümumrusiya siyahıyaalmasına görə
başqırdlar — 56,5%, ruslar — 36,2%, tatarlar — 3,2%, çuvaşlar — 2,8%, digər millətlərdən olanlar — 1,3%[3]. Dini baxımından əhalisi provaslav və müsəlmandır.

Yerli özünü idarəetmə

Durtöylö rayonu ərazisinə 13 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 57 yaşayış məntəqəsi daxildir.

Tanınmış şəxsləri

Nikolay İvanoviç Volkov — Sovet İttifaqı Qəhrəmanı.

Hamid Nurislamoviç Gizatullin — Rusiya Elmlər Akademiyasının müxbir üzvü.

İşmulla İşkleeviç Dilmuxhametov — aktyor, müğənni, bəstəkar, dramaturq, Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, RSFSR-in əməkdar artisti, Salavat Yulaev adına Respublika mükafatı laureatı.

Nikolay Romanoviç İrikov — Sovet İttifaqı Qəhrəmanı.

Leonid Mixayloviç Kuvşinov — Sovet İttifaqı Qəhrəmanı.

Nikolay İvanoviç Lazarev — Sovet İttifaqı Qəhrəmanı.

Vasili İvanoviç Maslov — Sovet İttifaqı Qəhrəmanı.

Pyotr Eqoroviç Pavlov — Sovet İttifaqı Qəhrəmanı.

Andrey İqnatiyeviç Serkov — Sovet İttifaqı Qəhrəmanı.

Valentin Vasilieviç Sorokin — şair, publisist, Rusiya Dövlət Mükafatı laureatı.

Saqdiy Axmadeyeviç Sultanov — geoloq.

George Andreviç Xaçin — Sovet İttifaqı Qəhrəmanı.

Sosial sfera

Rayonda 1 peşə məktəbi, 48 ümumtəhsil məktəbi, o cümlədən 13 orta, 20 kütləvi kitabxana, 43 klub müəssisəsi, mərkəzi rayon və 2 rayon xəstəxanası fəaliyyət göstərir. "Kənd işıqları" — "Auyl Uttars adlı qəzet rus və başqırd dillərində nəşr olunur.

İstinadlar

  1. "Таблица 5. Численность населения России, федеральных округов, субъектов Российской Федерации, городских округов, муниципальных районов, муниципальных округов, городских и сельских поселений, городских населенных пунктов, сельских населенных пунктов с населением 3000 человек и более" (XLSX) (rus). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01..
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-21.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.