"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı

"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 14 iyul 2023-cü ildə təsis edilmişdir.

"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı

Ölkə
Tip yubiley medalı[d]
Təltif edir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Status təqdim olunur
Statistika
Təsis tarixi 14 iyul 2023

Tarixi və əsasnaməsi[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 986-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]

Yubiley medalı ilə Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.[2]

Medala layiq görülən şəxslər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi tərəfindən təltif edilirlər.

"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenmedalları olduqda onlardan sonra taxılır.

Təsviri[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.[3]

Medalın ümumi təsviri

  • "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfi

  • Medalın ön tərəfində tünd qızılı rənglə konturlanmış qızılı rəngli xarici dairənin orta hissəsində tünd mavi rəngli daxili çevrə yerləşdirilmişdir. Çevrənin daxilində səkkiz guşəli ulduz təsviri yaradan 8 ədəd rombşəkilli ornament və paralel 3 istiqamət üzrə üzü sağa tərəf hərəkət görüntülü 4 şüa təsviri verilmişdir. Çevrənin mərkəzində üzü yuxarı baxan ay və kənar nöqtələri ayın təsvirinə toxunan səkkiz guşəli ulduz əks olunmuşdur.
  • Qızılı rəngli xarici dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublıkasının" sözləri, aşağı hissəsində qövs boyunca "xüsusi̇ rabi̇tə və i̇nformasi̇ya təhlükəsi̇zli̇yi̇ orqanlari" sözləri yazılmışdır.
  • Bütün yazılar və təsvirlər qabarıqdır. Bütün yazılar tünd mavi, təsvirlər tünd qızılı rəngdədir.

Medalın arxa tərəfi

  • Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində tünd qızılı rəngdə "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" sözləri həkk olunur.
  • Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Medalın elementləri

  • Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.
  • Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

Təltif edilənlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu". president.az. 4 avqust 2023. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  2. ""Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə". president.az. 4 avqust 2023. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2023.
  3. ""Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" (PDF). president.az. 14 iyul 2023. 2023-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 avqust 2023.