Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yaqub Cavad oğlu Məmmədov (3 mart 1941, Əliismayıllı, Gədəbəy rayonu) — azərbaycanlı alim və sabiq siyasətçi; tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1989),[1] Azərbaycan Ali Sovetinin sədri (1992), Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (1992); millət vəkili.
Yaqub Məmmədov | |
---|---|
5 mart 1992 – 18 may 1992 | |
Əvvəlki | Elmira Qafarova |
Sonrakı | İsa Qəmbər |
6 mart 1992 – 14 may 1992 | |
Əvvəlki | Ayaz Mütəllibov |
Sonrakı | Ayaz Mütəllibov |
Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru | |
1983 – 1992 | |
Əvvəlki | Zəhra Quliyeva |
Sonrakı | Əhliman Əmiraslanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1941 (83 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, həkim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Yaqub Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub.
1966-cı ildən Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasında azərbaycan və rus bölmələrində praktik məşğələlər aparır və mühazirələr oxuyurur.
"Ürəyin öyrənilməsi" üzrə Beynəlxalq Cəmiyyətin, Beynəlxalq Patofizioloqlar və Limfoloqlar cəmiyyətinin, həmçinin "Ekstremal və terminal vəziyyətlər" Beynəlxalq elmi komissiyasının üzvüdür.
Azərbaycanda siyasi təlatümlərin hökm sürdüyü bir vaxtda Azərbaycan Tibb Universitetinin o vaxtkı rektoru olan Yaqub Məmmədov parlamentin mart ayının 5-də Dağlıq Qarabağda etnik Azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş növbədənkənar iclasında Azərbaycan Milli Məclisinin sədri seçilir. O, Azərbaycanın Qarabağ regionu üzrə parlamentdəki nümayəndəsi və eyni zamanda da parlamentin sədri olan Elmira Qafarovanın istefasından sonra bu vəzifəyə təyin edilmişdir.[2] Mart ayının 6-da prezident Ayaz Mütəllibov istefaya getməyə məcbur edilmiş və o vaxtkı Azərbaycan konstitusiyasına əsasən, parlamentin sədri olan Yaqub Məmmədov yeni seçkilərə qədər prezidentlik vəzifəsinin və səlahiyyətlərinin icrasını öz üzərinə götürmüşdür.[3][4] Məmmədov Azərbaycan prezidentinin vəzifələrini icra edərkən İranın vasitəçiliyi ilə sülh danışıqlarına başlamaq üçün Tehranda Levon Ter-Petrosyanla görüşmüşdür. Mayın 8-də Ter-Petrosyan və Məmmədov arasında Tehran Kommünikesi imzalandığı zaman erməni qüvvələri Şuşanı tutmuşdurlar.[5] Məmmədov vermiş olduğu müsahibələr zamanı hər zaman Şuşanın itirilməsinə görə məsuliyyət daşıdığını inkar etmişdir.[6]
May ayının 14-də keçmiş prezident Mütəllibov parlamentin onu Xocalı qətliamına görə məsuliyyətdən azad etməsindən sonra hakimiyyətə geri qayıtmış, lakin may ayının 15-də Azərbaycan Xalq Cəbhəsinin başçılıq etdiyi silahlı üsyan nəticəsində yenidən devrilmişdir. Yaqub Məmmədov 18 may 1992-ci ildə parlamentin sədri vəzifəsindən də istefa vermiş və onun yerinə bu vəzifəyə İsa Qəmbər təyin edilmişdir.[7][8]
Yaqub Məmmədov 370-dən artıq elmi əsərin müəllifidir. Onlardan 205-i xaricdə çap olunub. Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 38-dir. Onun rəhbərliyi altında 24 elmlər namizədi və 8 elmlər doktoru elmi iş müdafiə etmişlər.
Elmi-tədqiqat işləri əsasən praktik limfologiyanın fundamental problemlərindən birinə – limfa mayesinin laxtalanması və onların müxtəlif xəstəliklər zamanı korreksiyası məsələlərinə həsr olunmuşdur. Aparılan elmi-tədqiqatlar nəticəsində, nəzəri və praktik təbabət üçün böyük əhəmiyyəti olan laxtalanma, əks-laxtalanma və fibrinoliz sistemlərinin humoral-nəqlolunmanın (qan, toxumaarası, maye, limfa) bütün şöbələrində funksiyada vəhdədliyi haqqında yeni elmi konsepsiya irəli sürülmüşdür.
Bu istiqamətdə 4 doktorluq və 20-dən çox namizədlik dissertasiyası müdafiə olunmuş və Azərbaycanda ilk dəfə bütöv bir "Limfoloqlar" məktəbi yaranmışdır.
Belə ki, elmdə ilk dəfə olaraq müəyyən olunmuşdur ki, limfa mayesinin damar daxilində laxtalanması, onun ən mühüm funksiyasının, drenaj funksiyasının pozulmasına səbəb olur. Bu da bir sıra ağır xəstəliklərin – venoz trombozun, postreanimasion xəstəliyin, miokard infarktının, peritonitin, pnevmoniyanın və s. patogenetik strukturuna daxildir və onların həm gedişinə, həm də nəticəsinə mənfi təsir göstərir. Bunları nəzərə alaraq limfatrop təsir xüsusiyyətinə malik, həm Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından hazırlanmış bioloji fəal maddələrdən, həm də məlum dərman preparatlarından hazırlanmış müxtəlif qarışıqlardan ibarət müalicə vasitələri təklif olunmuşdur.
Hazırda klinik şəraitdə limfoloji müalicə üsulları tədbiq edilərkən bir qayda olaraq qan və limfa mayeləri arasındakı bu cür münasibət, o cümlədən limfanın laxtalanma qabiliyəti mütləq nəzərə alınır.
Onun təşəbbüsü ilə keçmiş SSRİ-də ilk dəfə limfatrop dərman preparatlarının hazırlanması və limfa sisteminin ümumi patologiyada rolunun öyrənilməsi ilə məşğul olan "Eksperimental limfologiya" PETL-i yaradılmış və burada Azərbaycanın təbii bitki və mineral ehtiyatlarından alınmış limfotrop təsir xüsusiyyətinə malik 40-a qədər bioloji fəal maddə aşkar edilmişdir. Bunlardan 2-si nikomorfolin və qlisiram klinikalarda müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.