Əlik kəndi

ƏlikAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd, Əlik bələdiyyəsinin mərkəzi.

Əlik
41°10′39″ şm. e. 48°14′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.679 m
Saat qurşağı
Əhalisi
Əhalisi 372 (2009) nəfər
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Əlik xəritədə
Əlik
Əlik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlik oykonimi - sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın (Qudyalçayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub-qərb ətəyindədir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan qrupların məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Tədqiqatçıların fikrincə, oykonim xakas, tuvin, Şor və Sibir türklərinin dilində "kənd, aul, ulus" mənalarında işlənən al sözünə kiçiltmə bildirən -ik şək.-sini əlavə etməklə, yaxud "hündürlük, yüksəklik, zirvə" mənasında işlənən alık sözündən yaranmışdır. Digərlərinə görə, Əlik kənd adı türk dillərində "dağlarda çuxur, çökək" mənalarında işlənən alık sözü ilə bağlıdır. Bu fikir kəndin coğrafi mövqeyinə uyğundur.[1]

2011-ci ilin aprel ayında Azərbaycanın Şimal bölgəsinə yağan güclü yağışlardan sonra Qubanın Əlik kəndində yenidən torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi kəndin böyük bir ərazisini əhatə edib. Sürüşmə nəticəsində kənddə olan 58 evdən 5-i tamamilə uçub, 10-dan çox evdə qəzalı vəziyyət yaranıb. Həmçinin, Quba Rayon Mərkəzi Kitabxana Sisteminin Əlik kənd kitabxana filialının binası da yararsız hala düşüb. Kəndin yuxarı hissəsindəki təpəlikdə baş verən sürüşmə çay tərəfə irəliləməyə başlayıb. Həmin ərazidə 2010-cu ildə də sürüşmə hadisəsi baş vermişdi[2].

1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
Əlik kəndinin dağları

Əlik Quba rayonu ərazisində çay. Çay öz adını ərazisindən axdığı Əlik kəndinin adından almışdır[4].

Kəndin əhalisinin etnik tərkibini "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən əliklilər təşkil edir. Əliklilər Azərbaycanın milli etnik nümayəndələridir. Əliklilərin ana dili əlik dilidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 372 nəfər əhali yaşayır.[5]

Təhsilin vəziyyəti

[redaktə | mənbəni redaktə et]
  • Kənddə ümumtəhsil məktəbi fəaliyyət göstərir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

XIX yüzillikdə Əlikdə yun şal istehsalı çox geniş yayılmışdı[6]. Kənddə məskunlaşmış əhalinin çox böyük əksəriyyəti hazırda qışlaq və yaylaq şəraitindən istifadə etməklə heyvandarlıqla məşğul olur. Onlar ilin bir yarısını qışlaqda, digər yarısını isə yaylaqda keçirməyə adət edib. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Qubada torpaq sürüşməsi: 5 ev uçdu. lent.az 26 aprel 2011 Arxivləşdirilib 2011-04-29 at the Wayback Machine  (az.)
  3. S. Quliyev. "Yaxın, uzaq dalğalar", "Kommunist" qəzeti, Bakı, 22 may 1986.  (az.)
  4. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  6. Rasim Əfəndi. Azərbaycan incəsənəti. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 227
  • Məclis Şəmsəddinov. "Şah dağın ziynət kəməri". Bakı, "Nasir" nəşriyyatı, 2002, 116 səhifə.  (az.)