Əynazur

Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2]

kənd
Aynazur
39°47′01″ şm. e. 45°13′41″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Dərələyəz mahalı
Rayon Keşişkənd rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.610 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.890 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aynazur xəritədə
Aynazur
Aynazur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir.

Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə[3], türk dilində «yarğan» mənasında işlənən car sözünün[4] əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur.

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür[5].

Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır [6].

1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. Радлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1, СПб, 1893. s.17
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s. 178-179
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.158
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.90-91