Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi.[2]
Azərbaycan Milli Elmlər Akademiyası AMEA | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılıb | 23 yanvar 1945 |
Əvvəlki adı | Azərbaycan SSR Elmlər Akademiyası |
Digər məlumatlar | |
Prezident | İsa Həbibbəyli[1] |
İşçi sayı | 3510 |
Ünvan | Bakı, İstiqlaliyyət küç., 30 AZ1001 |
Telefon |
(+994 12) 5392693 (+994 12) 5108659 |
Sayt | science.gov.az |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[3]
Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir.
1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi.
1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.
1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R. Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər – F. Y. Levinson-Lessinq, İ. M. Qubkin, A. A. Qrossheym, N. Y. Marr, İ. İ. Meşşanov, A. N, Derjavin, İ. Q. Yesman, ilk Azərbaycan alimlərindən Bəkir Çobanzadə, Vəli Xuluflu, M. Əfəndiyev, Abdulla Tağızadə, Salman Mümtaz, Ağamir Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.
1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ. M. Qubkin, sonralar isə akad. S. S. Namyotkin oldu.
SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətinə Ü. Hacıbəyov, S. Vurğun, M. İbrahimov, Y. Məmmədəliyev, M. Qaşqay, A. A. Qrossheym, S. Dadaşov, İ. Q. Yesman, M. Mirqasımov, Ş. Əzizbəyov, Ə. Əlizadə, M. Topçubaşov, M. Hüseynov, H. Hüseynov və İ. İ. Şirokoqorov daxil oldu. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013), Akif Əlizadə (2013–2019), Ramiz Mehdiyev (2019–2022) Akademiyanın prezidenti olmuşlar. 2022-ci il 25 oktyabrda akademik İsa Həbibbəyli prezident seçilmişdir.[4]
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.
İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır. AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsidir. 10 Noyabr 2022-ci ildən 2024-cü ilə qədər şöbəyə texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseynov Hüseyn Cəlil oğlu təyin olunmuşdur.[5]. 2024-cü ildən şöbəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri təyin olunub.[6]
AMEA-nın Rəyasət Heyəti aparatının şöbələrindən biri İctimaiyyətlə əlaqələr və informasiya şöbəsisidir. Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.[7]
19 yanvar 2023-ci ildə AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılıb.[8] “Elektron Akademiya” şöbəsinə rəis AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin əməkdaşı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov təyin olunub.[9]
Aşağıdakı siyahıda Azərbaycan Elmlər Akademiyasının yarandığı gündən bu günə kimi bütün prezidentlərinin siyahısı verilmişdir.
# | Prezidentin adı | Başlama tarixi | Bitmə tarixi | Qeyd |
---|---|---|---|---|
1 | Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov | 31 mart 1945 | 1947 | vəfat edib |
2 | Yusif Heydər oğlu Məmmədəliyev | 1947 | 1950 | 1-ci dəfə |
3 | Musa Mirzə oğlu Əliyev | 1950 | 1958 | vəfat edib |
4 | Yusif Heydər oğlu Məmmədəliyev | 1958 | 1961 | 2-ci dəfə |
5 | Zahid İsmayıl oğlu Xəlilov | 1961 | 1967 | vəfat edib |
6 | Rüstəm Hacıəli oğlu İsmayılov | 1967 | 1970 | vəfat edib |
7 | Həsən Məmmədbağır oğlu Abdullayev | 1970 | 1983 | vəfat edib |
8 | Eldar Yunis oğlu Salayev | 1983 | 1997 | vəfat edib |
9 | Fəraməz Qəzənfər oğlu Maqsudov | 1997 | 2000 | vəfat edib |
10 | Mahmud Kərim oğlu Kərimov | 2001 | 10 fevral 2013 | vəfat edib |
11 | Akif Ağamehdi oğlu Əlizadə | 25 aprel 2013 | 22 oktyabr 2019 | |
12 | Ramiz Ənvər oğlu Mehdiyev | 23 oktyabr 2019 | 14 fevral 2022 | |
- | Arif Məmməd oğlu Həşimov | 19 fevral 2022 | 25 oktyabr 2022 | Prezident vəzifəsinin icraçısı[16] |
13 | İsa Həbibbəyli[17] |
25 oktyabr 2022 | Hal-hazırda |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |