Azərbaycan mədəniyyətinin xronologiyası

Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikasıLəkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir.[1] Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin, baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir.[2] Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.[3] XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.

Dilin inkişaf xronologiyası

[redaktə | mənbəni redaktə et]

Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür:

  • XIV–XVI əsrlər — ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr.
  • XIX əsrin ikinci yarısı—XX əsrin əvvəlləri — ədəbi Azərbaycan dilinin canlı danışıq dilinə çevrildiyi və milli ədəbi dil normalarını əldə etdiyi dövr.
  • Oktyabr inqilabından sonra — Azərbaycan dilinin "Azərbaycan sosialist milləti"nin dilinə çevrildiyi dövr.[4]

İranikaya görə Azərbaycan türkçəsi ədəbiyyatının tarixi dörd mərhələdən ibarətdir:

  • XIII əsrdən 1828-ci ildə Şimali Azərbaycan xanlıqlarının İranın Rusiya tərəfindən məğlub edilməsi nəticəsində Rusiyanın tərkibinə qatılmasına qədərki dövr.
  • 1828-ci ildən 1920-ci illərdə Sovet və Pəhləvilərin Rusiya və İranda hakimiyyətə gəlməsinə qədərki dövr (Məşrutə dövrü (1905–1911) də buna daxildir).
  • Pəhləvi dövrü (1925–1979). SSRİ və Böyük Britaniya qoşunlarının Cənubi Azərbaycanda qaldığı 1941–1946-cı illər istisna olmaqla bu dövr Azərbaycan dilində nəşrlər qadağan edildi, bu dilin İranda rəsmi dil kimi istifadə edilməsi çətinləşdirildi.
  • İran İslam İnqilabından indiyə qədərki dövr. Bu dövrdə Azərbaycan dilində nəşriyyat qadağan edilməsə də, İran azərbaycanlılarının öz dillərində təhsil alma istəkləri qarşılanmadı.[5]

Mədəni hadisələrin xronologiyası

[redaktə | mənbəni redaktə et]
Şah İsmayılın Azərbaycan dilində divanı
  • XIX əsrin sonu – XX əsrin əvvəlləri. Azərbaycan milli oyanışı ilə Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması prosesi baş vermişdir. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.[15]
  • Şimali Azərbaycan və Cənubi Dağıstan arasındakı tarixi-mədəni əlaqələrin artması Dağıstan müəlliflərinin Azərbaycan dilində yazılmış əsərlərinin artmasına səbəb oldu.
  • Mirzə Sadıq tərəfindən təkmilləşdirilən Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar oldu.
  • 1841-ci il - Abbasqulu ağa Bakıxanov yazdığı "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoydu.[16]
  • 1873-cü il - ilk Azərbaycan peşəkar teatr performası (Sərgüzəşti-vəziri-xani-Lənkəran" pyesi) baş tutdu.
  • 1875-ci il - ilk Azərbaycan qəzeti olan "Əkinçi" işıq üzü gördü.
  • 1896-cı il - Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan "Müsibəti-Fəxrəddin"i yazdı.[17]
  • 1898-ci il - Azərbaycan kinematoqrafiyasının əsası qoyuldu.[18]
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının afişası
  • 2000-ci il – Sovet dövründən qalma anti-sodomiya qanunu ləğv edildi.
  • 2001-ci il – Azərbaycan Avropa Şurasının üzvü oldu.
  • 2011-ci il – Eldar QasımovNigar Camalın ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın Avroviziyada ilk qalibiyyəti olaraq yarışmanın tarixinə düşdü.[26]
  • 2012-ci il – Neftçi Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu.
  • 2015-ci il – Bakıda Avropa tarixində ilk dəfə olaraq Avropa Oyunları keçirildi.
  • 2017-ci il – Firəngiz ƏlizadəAlim Qasımovun ifa etdikləri albom Qremmi mükafatına layiq görüldü.[27]
  • 2020-ci il – İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra azad edilmiş şəhərlərin bərpası və bölgənin azərbaycanlı əhalisinin geri qaytarılması ("Böyük Qayıdış") üçün işlər başladıldı.
  • 2021-ci il
    • Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində mədəniyyət sahəsində əməkdaşlıq, tarixi və mədəni irsin qorunması, Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi nəzərdə tutuldu.[28]
    • Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
  • 2022-ci il – Azərbaycanla Rusiya arasında imzalanan Moskva Bəyannaməsində mədəniyyət və incəsənət sahələrində əlaqələrin dərinləşdirilməsi məsələsi qeyd edildi.[29]
  1. The Grove Encyclopedia of Islamic Art and Architecture, 2009. səh. 237
  2. Svante Kornel. "The Politicization of Islam in Azerbaijan" (PDF). 2013-04-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2016.
  3. ""Популярная художественная энциклопедия." Под ред. Полевого В. М.; М.: Издательство "Советская энциклопедия", 1986". 2010-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-08.
  4. Баскаков Н. А. Тюркские языки. — М.: Издательство восточной литературы, 1960. — С. 140.
  5. 1 2 H. Javadi and K. Burrill. "AZERBAIJAN x. Azeri Turkish Literature". iranicaonline.org. December 15, 1988. 2013-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-10.
  6. G. Doerfer. "AZERBAIJAN viii. Azeri Turkish". Iranica. December 15, 1988. 2019-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-20.
  7. Баку, губернский город Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  8. Togan, 1981. səh. 272 e-g
  9. А. Ю. Казиев. О видах народного бытового искусства // Искусство Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1954. — Т. IV. — С. 31.
  10. Anthology of Ashiq Arxivləşdirilib 2013-11-05 at the Wayback Machine
  11. Siawosh AZADI; Latif KERIMOV; Werner ZOLLINGER. Azerbaijani-Caucasian Rugs. — Switzerland Ulmke Collection, 2001. — p. 135. — ISBN 3-925813-10-1 / 9783925813108 Arxivləşdirilib 2016-07-31 at the Wayback Machine
  12. Britannica Encyclopedia. Iran. Shah Abbas. Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine
  13. Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. — "Элм", 1990. — 304 с. — ISBN 5-8066-0177-3.
  14. Hasan Javadi. Azeri publications in Iran // Critical Middle Eastern Studies. — 1996. — P. 79—88.
  15. Suleymanli, M. (2021). Modernization and culture in Azerbaijan: second half of the XIX century: beginning of the XX century. Linguistics and Culture Review, 5(S1), 125–138. https://doi.org/10.37028/lingcure.v5nS1.1324
  16. Ахмедов Э. М. А. К. Бакиханов: эпоха, жизнь, деятельность. — Б.: Элм, 1989.
  17. "АЗЕРБАЙДЖАНСКАЯ ЛИТЕРАТУРА". ФЭБ "Русская литература и фольклор".
  18. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812
  19. The Past Days Arxivləşdirilib 2007-03-22 at the Wayback Machine by Manaf Suleymanov. 1990
  20. Mattew O'Brien. Uzeir Hajibeyov and His Role in the Development of Musical Life in Azerbaijan. — Routledge, 2004. — С. 211. — ISBN 0-415-30219-6, 9780415302197
  21. Charles van der Leeuw. Azerbaijan: A Quest for Identity. — Palgrave Macmillan, 2000. — С. 102. — 256 с. — ISBN 978-0-312-21903-1. (eng.)
  22. Шнирельман, В. А. (2003), Войны памяти: мифы, идентичность и политика в Закавказье, ISBN ISBN 5-94628-118-6
  23. C. E. Bosworth. Azerbaijan — Islamic history to 1941. Iranica.
  24. ВЫДАЮЩИЕСЯ МУЗЫКАЛЬНЫЕ ДЕЯТЕЛИ Arxivləşdirilib 2011-03-22 at the Wayback Machine, Азербайджанский Музыкальный Портал
  25. "Documenting the Horrors of Karabakh". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  26. "Azerbaijan wins the Eurovision Song Contest". BBC. May 14, 2011. May 14, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 14, 2011. (#invalid_param_val)
  27. "Yo Yo Ma's Silk Route Ensemble wins Grammy for 'Sing Me Home'". 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  28. Şuşa Bəyannaməsinin TAM MƏTNİ Arxivləşdirilib 2021-06-16 at the Wayback Machine İstifadə tarixi: 16.06.2021
  29. "Россия и Азербайджан укрепили «союз» перед самым вторжением в Украину". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
  • Togan, Zeki Velidi. Ümumi türk tarihine giriş (cilt I). İstanbul: Enderun Kitabevi. 1981. səh. 538.