Azərbaycan İntibahı

Azərbaycan intibahı və ya renessansıAzərbaycan mədəniyyətinin müxtəlif dövrləri üçün istifadə edilən ifadə. Buna baxmayaraq, əsasən Azərbaycan milli oyanışı üçün istifadə edilir.

Tarixi-mədəni arxa plan

[redaktə | mənbəni redaktə et]

Digər mədəniyyətlərin çiçəklənməsində iştirak

[redaktə | mənbəni redaktə et]

XIV əsrin sonlarından XVI əsrin əvvəllərinə qədər Mərkəzi Asiyada incəsənət və elmin dirçəlişi (Teymuri intibahı) baş vermiş, bu hərəkat bütün İslam dünyasına yayılmışdır.[1] XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Teymuri şairi Əlişir Nəvainin çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.[2]

XVI–XVII əsrlər Osmanlı Türkiyəsində elmi və mədəni çiçəklənmə dövrü idi.[3] XVI əsrin əvvəllərində Səfəvilər imperiyasının qurulması və XVII əsrin əvvəllərində Şah I Abbasın qısamüddətli Osmanlı hakimiyyətindən sonra Şirvan və İran Azərbaycanını geri alması nəticəsində sünni fars, azərbaycanlı və kürd elm adamları Osmanlı imperiyasına köçmüşdür. Bu hadisə Osmanlı imperiyasında fəlsəfi elmlərə marağın artmasına gətirib çıxartmışdır.[4][3] Səfəvilər imperiyasından qaçan bu alimlər özləri ilə Osmanlı imperiyasına məntiqi elmlər sahəsində yeni elmi əsərlər gətirdilər və bacarıqlı müəllimlər kimi şöhrət qazandılar.[5]

Əsas dövrlər

[redaktə | mənbəni redaktə et]

Milli oyanış dövrü

[redaktə | mənbəni redaktə et]
XX əsrin əvvəllərində Tağıyevin Teatrının səhnəsi

XIX əsrin II yarısı—XX əsrin əvvəllərində Azərbaycanda baş verən mədəni intibah XI–XIII əsrlərin qızıl dövründən və digər təsirlərdən bəhrələnirdi. İncəsənət və təhsilin himayə edilməsi artan neft gəlirləri ilə mümkün idi. Azərbaycanda incəsənətin çiçəklənməsi Rusiya imperiyasında və xaricdə müsəlman türkləri ilhamlandırdı, İslam dünyasında ilk dəfə teatr və opera binalarının yaradılması kimi bir sıra hadisələrə səbəb oldu. Bu dövrdə vacib rol oynayan şəxslər Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyov, Hüseyn Cavid idi. Ancaq bu renessansa qarşı çar və sovet hökuməti ruslaşdırma və repressiya siyasətindən istifadə etdi.[6]

Azərbaycan mədəni intibah dövrü xadimləri və ziyalılarına yazıçılar, bəstəkarlar, jurnalistlər, müəllimlər, mühəndislər və həkimlər daxil idi. Onların çoxu Bakıda qalırdı, ancaq azı əslən Bakıdan idi. Çoxu Rusiya universitetlərində, bir hissəsi Avropa (xüsusilə, Paris) və ya İstanbulda təhsil almışdı. Onların Qafqazda başlatdığı mədəni intibah bütün Türk dünyasını, Türkiyə, Krım, Volqa-Ural regionu, Azərbaycan və Türküstanı qucaqlayırdı. Türk dünyasında bu dövr tarix, ədəbiyyat və fəlsəfənin yenidən kəşf edilməsi, siyasət, sosial dəyişikliklər, din, mənəviyyat və tarixi kimlik barəsində debatlar ilə səciyyələnirdi. Azərbaycan türkləri bu əlaqələrdə vacib rol oynayırdı.[7]

Mir Yaqub Mehdiyevin 1933-cü ildə nəşr edilmiş "Qafqaz problemi" kitabında "Azərbaycan türklərinin intibahı" adlı yarım sərlövhə mövcuddur.[8][9]

İkinci Dünya müharibəsi sonrası dövr

[redaktə | mənbəni redaktə et]

1950-ci illərdə Xruşşovun yumşalma siyasəti dövründə Azərbaycan mədəniyyətinin yenidən dirilməsi baş verdi. Stalin repressiyası qurbanlarının əsərləri yenidən çap edildi.[6] Azərbaycan ziyalıları 1960-cı illəri mədəni intibah dövrü olaraq görürlər. Bu dövr dərinləşmiş milli özünüdərk və ifadə etmə ilə özünü göstərirdi.[10] Bu mədəni intibah dövrü Azərbaycan dilinin siyasət və mədəniyyətdə yerini güclənməsi üçün mübarizə ilə, ya da İkinci Dünya müharibəsindən sonrakı dövrdə Azərbaycan incəsənət və mədəniyyətinin çiçəklənməsi ilə təyin edilə bilər.[11]

1970–1980-ci illərdə Moskvanın mədəni sahədə maneələri azaltması nəticəsində mədəniyyətin yenidən dirilməsinin başqa bir mərhələsi baş verdi. Milliyyətçi əsərlərə, məsələn, Əzizə Cəfərzadənin "Bakı 1501" əsərinə icazə verildi.[6]

Müxtəlif mədəniyyət sahələrinin çiçəklənmə dövrləri

[redaktə | mənbəni redaktə et]
  • Türk və fars dillərinin ədəbi intibahı. Şah Qasım Ənvarın (1356–1433) Xorasanda qaldığı müddət ərzində Azərbaycan dilində şeirlər yazması Səfəvi ordenini təbliğ etməsi ilə və ya bu dövrdə türk dilinin ədəbi intibahı ilə izah edilə bilər.[12]
  • XVI əsr. Mehmed Fuad Köprülüyə görə, bu dövr aşıq sənətinin qızıl dövrüdür. Aşıq sənəti birincisi, Qafqaz və İranda (Azərbaycan aşıq sənəti), ikincisi isə Anadoluda olmaqla, 2 istiqamətdə inkişaf etmişdir.[13]
  • XIX əsrin sonu—XX əsrin əvvəlləri. Azərbaycan muğam sənətinin çiçəklənmə dövrüdür. XIX əsrdə muğam kompozisiyasının təşkilinin dövr prinsipləri formalaşdırılandan və sabitləşdirildikdən sonra çiçəklənmə dövrü başlamışdır.[14][15]
  1. Subtelny, Maria Eva. "Socioeconomic Bases of Cultural Patronage under the Later Timurids". International Journal of Middle East Studies. 20 (4). November 1988: 479–505. doi:10.1017/S0020743800053861. 13 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 November 2016.
  2. Demirci, 1998. səh. 3-4
  3. 1 2 El-Rouayheb, 2006. səh. 264
  4. El-Rouayheb, 2008. səh. 210
  5. El-Rouayheb, 2008. səh. 196
  6. 1 2 3 Curtis, Glenn E. (1995). Armenia, Azerbaijan, and Georgia : country studies (1st ed.). Washington, D. C.: Federal Research Division. pp. 109–110. ISBN 0-8444-0848-4. OCLC 31709972
  7. Altstadt, 1992. səh. 50-51
  8. D.Əhməd. "Bir ildən yüz ilə". Bakı: TEAS Press. 2018. səh. 77-82. ISBN 978 9952 310 47 4.
  9. Əsgər Əliyev. "Fədakar istiqlalçı Miryaqub Mehdiyev və onun fransızca əsərləri haqqında qeydlər" (azərb. ‎). 525.az. 02.02.18. 2 fevral 2018 tarixində arxivləşdirilib.
  10. DeHaan, 2021. səh. 177
  11. DeHaan, 2021. səh. 184
  12. Lornejad, Doostzadeh, 2012. səh. 151
  13. Guliyev, 2017. səh. 266
  14. Абдуллаева, 2000. səh. 362
  15. Бабаев, 1983. səh. 104