Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kumandılar (özlərini къуманды, къубанды, къуўанды, къувандыг adlandırırlar) — xalq olaraq, Rusiyanın Altay diyarı, Altay Respublikası və Kemerovo vilayəti ərazisində yayılmışlar.
Ümumi sayı | |||
---|---|---|---|
2900 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Qohum xalqlar | |||
2002-ci ildə Kumandılar müstəqil xalq olaraq qeydə alınmışdır. 1926-cı ildə RSFSR dönəmində aparılan siyahıya alınma zamanı burada cəmi 6327 Kumandı aşkarlanmışdır. Onların hamısı Sibir diyarı ərazisində yaşayırdılar. Onlar əsasən Biyski dairəsində 4948 nəfər, Oyrat muxtar vilayətində isə 1384 nəfər təşkil edirdi. Bu siyahıya alınma zamanı onlar Altaylılara aid bir qrup hesab edilirdi.
2000-ci ildə Rusiya hökuməti tərəfinfən Kumandılar 24 mart № 255 qərarla Rusiya ərazisində yaşayan köklü xalq olduğu təstiqlənir.
Xromosonları: Y-xromoson. Subpapulyasiyası isə R1b-M73 (49%) mutansiyasına aid edilir. Bundan əlavə R1a, N1b və N1c qrupları müəyyən edilmişdir[1].
2002-ci ildə aparılan siyahıya alınma görə sayları:
Bütün Rusiyada — 3114 nəfər.
Yaşayış yerlərinə görə yerləşmələri:[2]
Biysk şəhəri: 658 nəf.;
Krasnoqorskoye kəndi: 217 nəf.;
Solton kəndi: 136 nəf.
Qorno-Altaysk: 438 nəf.
Kumandin dili Altay dil ailəsinin Türk qrupuna aid edilir. Bu dil Şimali-Altay dillərinə daxildir. Bəziləri isə bu dili Şimali-Altay dillərinin bir dialekti hesab edirlər. Rəsmi olaraq Kimandılar və onların dili müstəqil dil, xalq olaraq tanınmışdır. Bəzi alimlər isə onları Altaylılara aid edərək altaylıların formalaşmasında iştirak edən etnos, dillərini isə dialekt hesab edirlər[3]
1990-ci illərdə kumandılar müstəqil xalq olması təstiqləndikdən sonra milli ərazi icmaları yaradılır. Bunlara misal kimi Krasoqorski və Solton rayonunda Şatobalski milli kənd sovetləri yaradılır. 1999-ci ildə Qorno-Altaysk şəhərində «Kumandılr xalqının dirçəlişi» adlı ictimai hərəkat başlayır.
Altay diyarı ərazisində «İstok» (Biysk) və «Kаrdаş» (Barnaul) icmaları yaradılır. Buna baxmayaraq bütün Kumandılar bir təşkilatda birləşməmişlər. Xalqın yox olma təhlükəsi yüksəkdir. 2007-ci ildə Qorno-Altayskda «Şimali Altay xalqlarının mədəniyyəti» adlı konfrans keçirilmişdir.