Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm[1][2][3]— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş.
Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır[4]. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir:
Xalq məni sevir, mən bununla bağlı heç nə edə bilmirəm. Bu yaxınlarda Gəncə Şəhər İcra Hakimi abidəmi icra hakimiyyətinin binası qarşısına qoymaq qərarına gəldi. Mən onu çağırdım, bunu etməməli olduğunu bildirdim. Uzun müddət müqavimət göstərdi. Amma ona dedim: "Bax öldükdən sonra onu qoyarsan…»[4]
Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur[5] Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi[6][7]. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur.
«Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir[8]. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir. Bir publisist və yazıçı olan Seymur Baycan hesab edir ki, Azərbaycanda lideri tanıtmaq cəhdi, digər diktaturalardan heç bir fərqi yoxdur[9].
«Azadlıq» qəzetinin yazdığına görə Avropa oyunlarında Azərbaycanda Heydər Əliyev şəxsiyyətinə pərəstiş xaricilərdən gizlədilməyə çalışılmışdır. Beləki Bakının mərkəzi küçə və prospektlərindən Heydər Əliyevin portretləri sökülmüşdür[10].
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Ədalət Qasımovun rəhbərliyi altında 13 alimin iştirakı ilə Əliyevşünaslıq bölməsi fəaliyyət göstərir. Kafedra 2008-ci il aprelin 2-də Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə yaradılmış və əvvəlcə "Heydər Əliyev irsini öyrənən şöbə" kimi fəaliyyət göstərmişdir. 2010-cu ildən etibarən kafedraya "Əliyevşünaslıq"adı verilmişdir[11]. Bölmə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənir və iki cildlik bioqrafik kitab üçün arxiv materiallarını seçir. Nəhayət 2013-cü ilin fevralında Heydər əliyevin 1993-2003-cü illər həyat və fəaliyyətinin əks olunduğu bir cildlik bioqrafik əsər çapa verilmişdir. Onun SSRİ DTK fəaliyyəti və 18 illik respublika idarəçiliyindən bəhs edən ikinci cild isə layihə mərhələsindədir. Hər iki cild onun 90 illik yubleyi ərəfəsində təqdim olunmalı idi.[12].
Azərbaycanın bütün şəhərlərinin mərkəzi prospekt, küçə, eləcə də müxtəlif yerlərində bir çox obyektlər Heydər Əliyevin adını daşıyır. Müxtəlif məlumatlara görə ölkədə 60-a yaxın Heydər Əliyev muzey və mərkəzləri vardır[9]. Bir çox məscidlərdə (məsələn Naxçıvan Muxtar Respublikasında) «Heydər Əliyev xatirə otaqları» təşkil olunmuşdur.
2003-cü ildə Əliyevin ölümündən sonra, Azərbaycandan xaricdə bir çox heykəllər qoyulmuşdur.
Əliyevin Azərbaycandan kənarda ilk heykəli Kiyevdə (2004) açılmışdır[79][80].Həmin ildə Əliyevin büstü Buxarestdə qoyulur, 2007-ci ildə onun adını daşıyan parkda açılır[81]. Daha sonra heykəllər Qaqauziyanın paytaxtı Komratda (Moldova (2007)[82][83], Tiflisdə (2007)[84], Qahirədə (2008)[85], Belqrad[86] və Mexikoda qoyulur. Lakin sonuncu 2013-cü ildə əhəmiyyətli mübahisələrdən sonra qaldırılır. 2008-ci il fevralın 7-də Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərində Azərbaycan-Misir dostluq parkının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu parkda ucaldılmış abidəsinin açılışı olmuşdur.Hündürlüyü 3 metr olan tunc abidənin müəllifləri Səlhab Məmmədov, Akif Əsgərov və Natiq Əliyevdir. Nazir Faizə Əbu əl-Nəqə, vali Ədli Hüseyn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Z.Fərəcov və səfir F.Bağırov mərasimdə çıxış etmişlər.[87]
Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yaradılmış Heydər Əliyevin heykəli 2006-cı il iyulun 12-də salınmışdır.[88]GürcüstanınTbilisi şəhərində ulu öndər Heydər Əliyevin adına büst ucaldılmışdır. 2004-cü ildə prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı büstün açılışı olmuşdur. Eyni zamanda büstün olduğu parka da ulu öndərin adı verilmişdir. Azərbaycanın xalq rəssamı, heykəltaraş Natiq Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd metrdir.[89]
2000-ci ildən başlayaraq Heydər Əliyevin xatirəsinə hər il Bakı da "Gül bayramı" adlı festival təşkil olunur. Bayram Heydər Əliyevin doğum günündə 10 may tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq, ölkəyə gətirilən nadir çiçəklərin rəngli kompozisiyaları gətirilir. Onlar əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında olan Heydər Əliyev Parkında nümayiş olunur. "Yeni Müsavat" qəzetinin verdiyi məlumata görə, 2013-cü ildə bu festivaa 76 milyon dollardan çox pul xərclənib[90].
9-13 may2012-ci ildən bu günə qədər beynəlxalq velosiped yarışları kateqoriyasından 22, 23 yaşa qədər olanlarla Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan veloturu keçirilir. Bu, Azərbaycan idman tarixində ilk peşəkar velosiped yarışları olur[91].
↑Muradova, Mina. "Islam Not an Issue in Azerbaijan's Presidential Campaign". eurasianet.org. Open Society Institute. 12 October 2008. 25 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 July 2019. ...Heydarism [a reference to the late President Heydar Aliyev, father of current President Ilham Aliyev] as a cult of the personality...
↑"Monument of Heydar Aliyev". The Ministry of Culture and Tourism of the Republic of Azerbaijan. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2012.
↑"Monument to Heydar Aliyev". The Ministry of Culture and Tourism of the Republic of Azerbaijan. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 September 2012.
↑Iashvili, Aleksandr. Саакашвили отдал должное ветерану КГБ [Saakashvili paid tribute to the veteran of KGB] (rus). Izvestia. May 14, 2007. December 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2012.
↑Farid Arifoglu; Anrey Shary. Памятник президенту как экспортный товар [President's statue an export product] (rus). Radio Free Europe/Radio Liberty. June 8, 2011. June 10, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 24, 2012.