Monteneqro türkləri (türk. Karadağ türkleri) — Monteneqroda yaşayan, Osmanlı imperiyası dövründə əraziyə yerləşən türk mənşəli insanları ifadə etmək üçün istifadə edilir. 2011 rəsmi siyahıyaalmada türk əhali, Bar qəsəbəsində, Podqoritsa və Biyelo Polye şəhərlərində yaşayır. Hal hazırda Monteneqroda 104 türk yaşayır. Monteneqro türkləri, ölkə əhalisinin 0,02%-ni təşkil edir.[2]
Monteneqro türkləri | |
---|---|
Cəmi say | 104[1][2] |
Əhəmiyyətli sayda yaşadığı bölgələr | Bar ; Biyelo Polye ; Podqoritsa ; Tivat |
Dil | Türk dili |
Din | İslam |
Yaxın etnik qruplar | Türk xalqları |
Monteneqro türkləri[3] | |
---|---|
İl | Say |
1961 | 2,392 |
1971 | 397 |
1981 | — |
1991 | — |
2011 | 104 |
1496-ci ildə Osmanlı İmperiyası ərazini işğal etdikdən sonra türklər Monteneqroya köçməyə başladılar. Monteneqro, balkan müharibələrinə qədər Osmanlı hakimiyyəti altında qalmışdır[1]. Monteneqro Osmanlı hakimiyətindən çıxdıqdan sonra regionda yaşayan türklər və müsəlmanlar anadoluya köçməyə başladılar[4]. Regiondakı türklərin az bir hissəsi isə Monteneqroda qaldılar.[4]
Dini olaraq assimilyasiya olmayan Monteneqro türkləri, dilləri haqqında isə eyni müvəffəqiyyəti göstərməmişdirlər. Əksəriyyətlə yaşlıların danışa bildiyi türk dilini, ölkədə inkişaf etdirmək üçün TƏKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) rəhbərliyində türk dili kursu açılmışdır. Maraqla qarşılanan bu dil kursu haqqında köhnə TƏKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) Monteneqro koordinatoru Gökçen Qalxan, 75 yaşındakı türk mənşəli bir şəxsintürk dilini gənclərə öyrətmə istəyini bu xatirəsi ilə izah edir:[1]
Yaşlı insanlar nəvələrinin əlindən tutaraq türk dili kursuna sanki qaçaraq gəlmişdi. Burada yaşayan 75 yaşında Abdullah adlı əmiyə özünün kursa gəlməyinin səbəbini soruşduqda, yerli ləhçəsi ilə Getirmişim baganları, unukları öğretesiniz onlara dilimizi, alışsınlar Türkçeye (azərb. Gətirmişəm uşaqları, nəvələri öyrədin onlara dilimizi, alışsınlar türk dilinə) cavabını heç unuda bilmirəm.