Susayqışlaq (Quba)

SusayqışlaqAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Yelenovka kənd Sovetindən Susayqışlaq kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Susayqışlaq
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı

Yaşayış məntəqələrini Susay kəndindən köçüb gələnlər salmışdır. Oykonim Susay (kəndin adı) və qışlaq coğrafi terminindən ibarət olub, "Susay kəndinin qışlağı, susaylılara məxsus qışlaq" mənasındadır. Eyni adlı kənd Xaçmaz rayonunda da mövcuddur.[2] Susay sözünün etimoloji mənası:Su qədim Oğuz türkçəsində çay deməkdir,say isə dayaz yer deməkdir,yəni Susay çayın dayaz yeri deməkdir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qusar maili düzənliyində, rayon mərkəzində 15 km məsafədə, Quba-Xudat magistralı yaxınlığında, Qusarçayın orta axarında yerləşir. Çay kənarı seyrək palıd və qovaq ağaclarından ibarət meşəlikdən (Qusar Dövlət Təbiət Yasaqlığının qurtaracağı) və kolluqlardan ibarətdir. Kənd ərazisinin əsas hissəsini meyvə bağları (alma, gilas və s.) və əkin sahələri tutur.

Kənd əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edir. 2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti bağçılıqheyvandarlıqdır.

Kənddə 1 əsas məktəb fəaliyyət göstərir.

Kənddə tibb məntəqəsi mövcuddur..

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-08.
  2. Susayqışlaq (Quba) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629