xəttatlıq
xətti-hərəkət
OBASTAN VİKİ
Dürand xətti
Dürand xətti (ing. Durand Line, puşt. د ډیورنډ کرښه) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir. XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi.
Dəmiryol xətti
Dəmiryol xətti — xüsusi ayrılmış yerdə dəmir relslər və mürəkkəb kompleks mühəndis qurğularının kompleksi.
Hava xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Kredit xətti
Kufi xətti
Kufi xətti — Ərəb xətt növü. Kvadrat formada ərəb hərfləri. == Tarixi == Kufi xətti – İslam dünyasının tanıdığı, qədim tarixə malik, ilk xətt növü kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlmiş, sonralar ərəblərlə yanaşı iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanmışdır. Ərəb qrafikası ən qədim kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılmışdır. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılmışdır. Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər qazanmış, nəhayət, müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş, sonrakı dövrlərdə onun yalnız nöqtəli şəklindən istifadə olunmuşdur. VII–VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi "çiçəkli kufi" diqqəti cəlb edir ki, həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb nəbatat motivləri ilə müşayiət olunurdu. Bəzi tədqiqatçılar IX–X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını göstərdikləri halda, Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir: 1) Tümar — məscid və binaların kitabələrində istifadə edilmişdir; 2) Sicillat — sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə edilmişdir; 3) Ühud — əmr və sərəncamların yazılışında istifadə edilmişdir; 4–5) Müamərat və əmanat — order və sənədlərdə işlədilirdi; 6–9) Dibac, mədih, mürəssə, riyaş — bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə edilirdi; 10–12) Qübar, həsən və bəyaz — dini əsərlərin yazılışında istifadə edilmişdir. VIII əsrin sonlarında isə artıq 37 kufi xətti növü mövcud idi: cəlil, tümar, kufi, müamərat, qübar cilyə, müsəlsəl, civanihi, nəsəf, sülseyn, riyaşi, məcmu, müsahif, lölöyi, əşar, həvaşi, müqtərin, mənsur, müdmic, mühəddis, məmzuc, müqəvvid, məbsut, mürsəl, müxəffəf, müəlləq, ühud, qübar, müəlləf, fəssah, nimat, qirmə, divani, müxəllə, müəccəz, tuəman, siyaqət, müfəttə.
Majino xətti
Majino xətti — 1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi. Majino xətti 1929-1936-cı illərdə tikilib 1940-cı ilə qədər təkmilləşdirilib. Lonqüyondan(Lonqvi yaxınlığında) Belfora qədər keçən əsas müdafiə zolağına, uzunmüddətli qurğular daxil idi və cəbhə boyu 400 km yaxın, dərinliyə isə 6–8 km idi. Onun qarşısında 4–14 km dərinlikdə təchizat zolağı yerləşirdi. Qoşunların idarəsinin asanlığı və müdafiənin yüksək dayanıqlığı üçün Majino xətti istehkam rayonlara və sektorlara bölünmüşdü. Ən güclü müdafiə istehkamları Şyer və Reyn çayları arasında yerləşirdi. Burada Mets (Lotarinq) və Lauters(Elzas) istehkam rayonları, onların arasında uzunmüddətli atəş qurğularından(UAQ) ibarət Saar istehkam sektoru və ərazidə sünyi sel sistemi yerləşirdi. Strasburqdan Belfora qədər olan müdafiə zolağı təbii əngəllərə -Reyn çayı və Rona-Reyn kanalına dayanırdı və xüsusi ilə güclü istehkamlara malik deyildi. Xəttin sol cinahında (qərbi Arlon) istehkam sektoru vardı. Belçika ilə sərhədində Majino xəttindən şimal-qərbə sarı müdafiə istehkamlarının tikintisi ancaq 1936-cı ildə və ikinci dünya müharibəsinin əvvəlinə yaxın başlandı.
Mannerheym xətti
Mannerheym xətti - Kareliya bərzəxində - Finlandiyanın keçmiş SSRİ ilə sərhədində istehkamlar sistemi. Finlandiya marşalı Karl Qustav Emil Mannerheymin adı ilə adlandırılmışdır. 1927-1939-cu illərdə inşa edilmişdir. 30 km içəriyə çəkilmiş operativ maneə zonasından ibarət idi; əsası 8-10 km, ikinci dayağı - 5 km və təbii maneələrə (göllər, çaylar, bataqlıqlar, meşələr və s.) söykənən arxa mühafizə xəttindən ibarət idi. "Mannerheym xətti"nin içərilərə doğru ümumi dərinliyi 80 – 90 km, istehkamların ümumi uzunluğu isə 400 km-ə yaxın idi. Mannerheym xəttində səngərlər və çöl istehkamları vasitəsilə birləşdirilmiş 1000-ə yaxın yaxşı gizlədilmiş ağac-torpaq atəş nöqtəsi var idi. İstehkamların önündə 12 cərgəyədək qranit dirəklər basdırılmış, 15 - 45 cərgəlik məftilli çəpərlər çəkilmiş, tank əleyhinə xəndəklər qazılmış və minalanmış çöllər var idi. 1939-1940-cı illər SSRİ-Finlandiya müharibəsi zamanı sovet qoşunlarının hücumunun qarşısı "Mannerheym xətti" ilə xeyli müddətə alınmışdı, onun yarılması zamanı sovet qoşunları canlı qüvvədə minlərlə itki verdilər. 1944-cü ildə sovet qoşunları yenidən böyük itkilərlə "Marmerheym xətti"ni yardılar və bundan sonra istehkamlar məhv edildi.
Metropoliten xətti
Metropoliten xətti — London metropoliteninin xətti. Sxemlərdə bənövşəyi rənglə göstərilir. Dünyanın ilk metropoliteni ünvanını daşımaqdadır. 10 yanvar 1863-cü ildə açılmışdır. lakin Farrinqdon və Paddinqton stansiyaları arasındakı hissə artıq bu xəttə aid deyildir. Həmin sahə hal-hazırda Hammersmit and Siti, Distrikt və Dairəvi xətlərə xidmət edir. Əsas sahə London Sitisindəki Oldgeyt stansiyası ilə Amerşem stansiyası arasındadır. bu sahədə xətt həmçinin Aksbric, Vetford və Çeşemə qədər haçalanır. 34 stansiyadan yalnız 9-u yeraltında yerləşmişdir. Bu xətt Böyük Londonun xaricinə çıxan iki xəttdən biridir.
Naska xətti
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Nəstəliq xətti
Nəstəliq xətti — Ərəb xəttatlıq növü. Nəstəliq xətti XIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaradılmış və ərəb əlifbası ilə yazılan bədii xətt növlərindən birinə çevrilmişdir. Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan nəstəliq 15–16-cı əsrlərdə Yaxın Şərqdə, xüsusilə də İran və Azərbaycanda geniş yayılmış və əsasən kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların və s. bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunmuşdur.
Nəsx xətti
Nəsx xətti—Ərəb xətt növü. Nəsx xətti (lüğəvi mənası "üzünü köçürmək", "ləğv etmək", "şəklini dəyişmək"dir) – XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra İbn Muğlə Şirazi bu xətt növünü ixtira etmiş və bu ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər qədim xətlərlə müqayisədə nəsx özünün sadəliyi, rahat oxunuşu və rəvan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx meydana gəldiyi ilk gündən "Quran", dua, bədii kitabların yazılışı və üzünün köçürülməsində, habelə dəftərxana işlərində geniş istifadə olunmuşdur. Hazırda İslam ölkələrində nəsx xəttinin iki növündən – yaquti nəsx və İrani nəsxdən istifadə olunur. Yaquti nəsx hicri tarixlə 698-ci ildə ildə vəfat etmiş ustad Yaqut Mustəsəmi tərəfindən ixtira olunaraq təkmilləşdirilmişdir. İrani nəsx isə Səfəvilərin hakimiyyəti dövründə yaşayıb-yaratmış xəttat Əhməd Neyrizi tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, xüsusilə də İran ərazisində geniş istifadə olunmuşdur.
Ohanyan xətti
Ohanyan xətti və ya Ohanyan səddi — 1994–2020-ci illərdə, Ermənistanın keçmiş hərb naziri olmuş Seyran Ohanyannın bir başa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə güçləndirilən müdafiə qurğuları sistemi. Azərbaycan ilə Ermənistan arasındakı Qarabağdakı təmas xətti eyni ilə Ohanyan xətti ilə üst-üstə düşürdü. Onun uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədər idi. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsasən seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi. Ohanyan xətti bir neçə məqsədi yerinə yetirmək üçün inşa edilmişdir: Ola biləcək hücumun qarşısını almaq və müdafiə tədbirlərinə başlamaq üçün. Əks hücum üçün strateji bir dayaq olaraq istifadə olunması. Xəttin əsasən strateji yüksəkliklərdən keçməsi Azərbaycanın müdafiəsinin daxili hissələrinin belə rahatlıqla nəzarətdə saxlanılması. Yeraltı bunkerlərlə təchiz olunan və alınması üçün azı 10 minlərə itki verdirmə imkanına sahib olası.
Qar xətti
Qar xətti — il ərzində düşən atmosfer yağıntısının hətta yayda belə əriməyə imkan tapmadığı xətt. Qar xətti ərazinin iqlim xüsusiyyətlərinin təsiri altında formalaşır. Həmçinin relyef xüsusiyyətlərindən də asılıdır. Qar xətti soyuq və rütubətli rayonlarda enir. Orta temperaturlu və quraq olan ərazilərdə yüksəlir. Antarktikada qar xətti dəniz səviyyəsinə qədər enir. Arktikada dəniz səviyyəsinin bir neçə yüz metrliyində yerləşmişdir. Ən hündür qarxətti tropik və subtropik rayonlarda (6500 m-ə qədər Tibet yaylasında və Cənubi Amerikadakı And dağlarında), ekvatorda (4400 m-ə çatır) müşahidə olunur. Dağ yamacının istiqaməti də qar xəttinə təsir göstərir. Belə ki, dağın gün tutan yamacında qar xətti daha hündürdən keçir.
Reyhani xətti
Reyhani xətti—Ərəb xətt növü. Reyhani xətti XI əsrdə məşhur ərəb xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, daha çox İbn Əl-Bəvvab təxəllüsü ilə tanınmış görkəmli xətt ustası Əli ibn Hilal tərəfindən yaradılmışdır. Zahiri görünüşü bir qədər süls xəttinə bənzəsə də, bəzi özünəməxsus elementləri ilə fərqlənir. Belə ki, sülsdən fərqli olaraq burada "əlif" və "ləm" kimi hərflərin başları yazı istiqamətində çevrilir. Bu xətdən əsasən yazılı ədəbiyyatda istifadə olunur.
Ruqə xətti
Rüqə xətti və ya ruqə xətti — ərəb xətt növü. Ruqə xətti (hərfi tərcüməsi "məktub", "dəri parçası" deməkdir) – Sürətli yazı xətti olan ruqə də tuqi kimi XIII əsr şairi və xəttatı Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır. Bu bədii xətt növü ərəb əlifbasındakı klassik altı xətt növünə daxildir. Ruqə orta əsrlərdə əvvəllər adi əlyazmalarda, sonralar isə kitab başlıqlarında, ünvanların yazılışında tətbiq olunmuşdur. Ruqə xətti sadə və estetik, təsiri zəif olduğu üçün həmin xətdən kitab üzü köçürülməsində çox nadir hallarda istifadə edilmişdir. Bu xətt Azərbaycanda daha az məlum olan xətt növü kimi tanınsa da, AMEA Əlyazmalar İnstitutunda rüqə xətti ilə yazılmış 6 ərəbdilli əsərin saxlandığı müəyyən edilmişdir. Hazırda, əsasən ərəb ölkələrində adi yazıda geniş istifadə olunur.
Sahil xətti
Sahil xətti (rus. береговая линия, ing. shoreline, shore-line, coastal line) — dəniz və ya gölün üfqi su səthinin quru ilə kəsişdiyi xətt. Böyük su hövzələrinin səviyyəsi daimi olmadığı üçün S.x. anlayışı müəyyən dərəcədə şərti səciyyə daşıyır və su hövzəsi səviyyəsinin orta çoxillik vəziyyətini əks etdirir. Sahil xəttinin yerdəyişməsi — (rus. перемещение береговой линии, ing. dislocation of coastal line) yer qabığının ehtizazı hərəkətləri və ya Dünya okeanında suyun həcminin dəyişməsi ilə əlaqədar dənizin geri çəkilməsi (reqressiya) və ya qurunu basması (transqressiya) nəticəsində dənizin sahil xəttinin vəziyyətinin dəyişilməsi. Sahil xəttinin dənizə doğru geriyə çəkilməsi mənfi, quruya doğru irəliləməsi isə müsbət yerdəyişmə adlanır. Ssahil xəttinin yerdəyişməsi hövzədə suyun həcminin dəyişməsi /məs: materik buzlarının əriməsi/ ilə əlaqədar olduğu halda hidrokratik və ya evstatik, yer qabığının ehtizazı hərəkətləri ilə əlaqədar olduğu halda isə geokratik və ya epeyrogenik adlanır.
Siyaqət xətti
Siyaqət xətti—Ərəb xətt növü. Siyaqət xətti (hərfi tərcüməsi “hesablamaq” deməkdir) XIV əsrdən sonra yaranmış və daha çox dəftərxana və hesabdarlıq işlərində tətbiq olunmuşdur.
Süls xətti
Süls xətti (hərfi mənası "üçdə bir" deməkdir) – Ərəb əlifbasında yazılan klassik xətt növlərindən biri sayılan süls X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən yaradılmışdır. Bu xətt növündə hərflərin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu "ummul-xutut", yəni "xətlərin anası" adlandırmışlar. Qədim xəttatlar belə hesab etmişlər ki, süls ilə yaza bilən bir şəxs çox asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər. Çünki xətlərə mükəmməl yiyələnməyi, möhkəm əli və böyük məharəti daha çox süls xətti tələb edir. İslam memarlığında məscid və ziyarətgahların bəzədilməsinə xüsusi diqqət yetirildikdən sonra süls xəttindən də günbəzlərin tavanlarının, minarələrin, ziyarətgahların, habelə qəbir daşlarının yazılmasında geniş istifadə edilmişdir.
Tuqi xətti
Tuqi xətti — Ərəb xətt növü. Tuqi xətti ("hökmdar fərmanı, möhürü, yazısı") XIII əsrdə ərəb (Bağdad) şairi və xəttatı Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır. Meydana gəldiyi ilk gündən, əsasən hökmdar fərmanları və məhkəmə sənədlərinin yazılmasında istifadə olunmuşdur.
Veter xətti
Veter xətti, veter cizgisi və ya kord xətti, aerofoilin hücum kənarı və stabilizatorun arxa tərəfindən keçən xəttdir. Hücum kənarı və stabilizatorun arxa tərəfi arasındakı məsafəyə veter uzunluğu deyilir. Aerofoildən asılı olaraq veter xəttinin bir hissəsi qanadda olmaya bilər. Aerodinamik mərkəzin yerləşdiyi nöqtəni özündə cəmləşdirən veterə orta veter deyilir. Orta veter uzunluğu bir çox hesablamada bir komponent olduğundan, təyyarələrin dizaynında və/və ya uçuş mexanikasının təhlilində böyük əhəmiyyət daşıyır.
Volles xətti
Volles xətti—Volles xətti 1859-cu ildə İngilis təbiətşünası Alfred Russel Volles tərəfindən çəkilmiş və ingilis bioloqu Tomas Henry Huxley tərəfindən adlandırılmış və Asiya ilə Avstraliya arasında keçid zonası olan Asiya və Volles biocoğrafi aləmlərini ayıran fauna sərhəd xəttidir. Xəttin qərbində Asiya növlərinə aid orqanizmlərə rast gəlinir; şərqdə Asiya və Avstraliya mənşəli növlərin qarışığı mövcuddur. Volles XIX əsrdə Şərqi Hindistana səyahətləri zamanı bu aydın bölünməni fərq etdi. Xətt İndoneziyadan, Borneo və Sulavesi (Celebes) arasında və Bali ilə Lombok arasındakı Lombok boğazından keçir. Bali və Lombok arasındakı məsafə kiçikdir, təxminən 35 kilometr (22 mil). Bir çox quş növlərinin paylanması xətti müşahidə edir, çünki bir çox quş açıq okean suyunun ən qısa hissələrini belə keçmir. Bəzi yarasaların xətti keçən paylamaları var, lakin daha böyük yerüstü məməlilər ümumiyyətlə bu və ya digər tərəflə məhdudlaşır; istisnalara Sulavesidəki makakalar, donuzlar və tarsierlər daxildir. Digər bitki və heyvan qrupları fərqli naxışlar nümayiş etdirir, lakin ümumi nümunə diqqəti cəlb edir və kifayət qədər ardıcıldır. Flora fauna ilə eyni dərəcədə Wallace xəttini izləmir. Xətti keçməyən bitkilərin bir cinsi, təbii olaraq Filippinin Mindanao adasında baş verən bir növ, Eucalyptus deglupta istisna olmaqla, Avstraliya cinsi Evkaliptdir.
Ziqfrid xətti
Ziqfrid xətti (Almanca: Siegfriedstellung) birinci dünya müharibəsi zamanı-1916–17-ci illərdə Almanlar tərəfindən şimali Fransada tikilmiş istehkam xəttidir. İngiliscə bu termin dedikdə 1930-cu illərdə Fransanın Maginot xəttinin daha da şərqində inşa edilən ikinci dünya müharibəsi dövründəki "Qərb divarı" nəzərdə tutulur. Ziqfrid xəttini 630 km-dən çox uzanır və 1800 sığınacaq, tunellər və tank tələlələri ilə təchiz edilmişdir. Xətt Niderland sərhəddindəki Klevedən başlayaraq Alman imperiyasının qərb sərhədləri boyu, oradan da İsveçrə ilə sərhəd olan Weil am Rhein şəhərinə qədər davam edirdi. 1936-da tikilməsinin planlaştırılmasına baxmayaraq 1938–1940-cı illərdə inşa edilmişdir. 1944–1945-ci illərdə Ziqfrid xətti əsasən Amerikanlar olmaqla (100000-dən çox əsgər) müttəfiqlərin güclü hücumlarına məruz qaldı. Yekunda Amerikanlar 140 minə yaxın əsgər itirmişdi, Almanlar isə dəqiq məlum deyildir. Almanca "Qərb divarı" , ingiliscə "Ziqfrid xətti" adlandırılan bu istinad divarı 1930-cu illərin sonlarına qədər müxtəlif adlarla hissə hissə inşa edilmişdir. Ən qabaqcıl hallar üçün sərhədd nəzarət proqramı (qabaqcıl proqram) (1838) "limes" proqramı Aaxen-Saarland proqramı (1939) "Geldern Emplacement" Brüggen və Kleve arasında (1939–1940) "Qərbi hava hücum müdafiə zonası" (1938) Bu proqramların hamısı bütün mövcud resurslardan istifadə edilərək yüksək texnologiya ilə inşaa edilmişdir. "Qərb divarı" adının kökəni bilnmir, amma 1929-cu ilin ortalarından etibarən çox içlənməyə başlanmışdır.
Qan xətti
İrsiyyət – orqanizmlərin ayrılmaz bir xassəsi kimi çoxalma zamanı öz xüsusiyyət və əlamətlərinin nəslə ötürülməsidir. Nəsildən-nəslə ötürülən əlamətlər xromosomlarda yerləşən genlərlə idarə olunur. Bəzən bir əlamətin özünəməxsus bir geni olmur. Bu əlamət iki genin qarsiliqli təsiri sayəsində meydana gəlir. Bəzən da daha çox qeyri-allel genlərin birgə təsirindən yeni bir əlamət və ya xüsusiyyət meydana çıxır ki, bu hadisə genlərin qarşılıqlı təsiri adlanır və aşağıdakı tipləri var: komplementar epistatik polimer modifikasiyalaşdırıcı pleyotrop Məlumdur ki, irsiyyət xromosomlarda yerləşən genlərle nəslə ötürülür. Xromosom nukleoprateid strukturuna malik olan bir cisimdir, onun tərkibinə dezoksiribonuklein turşusu (DNT), əsas zülallar – histonlar, qeyri-histon zülallar və az miqdarda ribonuklein turşusu daxildir. Beləliklə, irsi informasiya dezoksiribonuklein (DNT) turşusunun iştirakı ilə həyata keçir. DNT molekulunun quruluşunda dəyişkənlik, orqanizmin əlamət və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olur. DNT -108 və hətta daha çox nukleotidlərdən ibarət olan mürəkkəb biopolimerdir. Hər bir nukleotid üç komponenti özündə birləşdirir: fosfor turşusu qalığı (fosfat) şəkər pentoza (dezoksiriboza) dörd azot əsaslarından biri: purinlərdən adenin (A) və quanin (Q), pirimidinlərdən timin (T) və ya sitozin (S) Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan melumdur: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır.
Dünya xətti
Dünya xətti – bir cismin həm fəzada, həm də zamanda, adətən fəza-zaman adlandırılan səyahətdə malik olduğu misilsiz yoldur. Xüsusi nisbilikdə öyrəndiyimiz kimi, bir cisim necə sürətlə getsə, o cisim üçün zaman da bir o qədər yavaşıyar. Aşağıdakı şəkildə də görə bildiyimiz kimi, daha yavaş olan cisim vaxtın daha çox yavaş keçdiyi çox sürətli olan cismə nisbətən daha tez vaxt keçirir. Bir cisim işıq sürətinə çatanda "t" oxunda sıfır olacaq, yəni ki, vaxt istiqamətində heç bir irəliləmə əldə etməmiş olacaq. Əslinə qalsa, dünya xətləri işıq sürətinə çatdanda müşahidəçi üçün zamanın dayandığını nümayiş etdirməkdədirlər. Dünya xətlərindən nəzəri fizikada, xüsusi nisbilikdə, eləcə də ümumi nisbilikdə tez-tez istifadə olunur.
Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Elektrik veriliş xətti
Elektrik veriliş xətti — işlədiciləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən qurğulardır. == Elektrik verilişi xətlərinin gərginlik sinifləri == Şəbəkənin xarakteristikasından, xəttin uzunluğundan, işlədicilərin sayından və s. asılı olaraq EVX-ləri aşağıdakı gərginlik siniflərinə ayrılır: Alçaq gərginlikli — (1 kV – dan aşağı gərginlik) Orta gərginlik — (1 kV – dan 35 kV – dək olan diapazondakı gərginlik) Yüksək gərginlikli — (110 ÷ 220 kV – dək olan diapazondakı gərginlik) İfrat yüksək gərginlikli — (330 kV – dan 750 kV – dək olan diapazondakı gərginlik) Ultra yüksək gərginlikli — (750 kV – dan yüksək olan gərginlik) == Elektrik verilişi xəttinin konstruktiv quruluşu == EVX konstruktiv quruluşuna görə aşağıdakılara bölünür: Hava EVX — cərəyanın ötürülməsi xüsusi dayaqlar üzərində çəkilmiş məftillər vasitəsilə həyata keçirilir. Kabel EVX — cərəyanın ötürülməsi xüsusi kabel kanallarında, torpaqda və s. quraşdırılmış güc kabelləri vasitəsilə həyata keçirilir. == Hava elektrik veriliş xətti == Hava elektrik veriliş xətti elektrik enerjisinin dayaqlardakı izolyatorlardan asılmış məftillər vasitəsilə ötürülməsinə və paylanılmasına xidmət edən qurğudur. === Hava elektrik verilişi xətti konstruktiv elementləri === Elektrik enerjisini ötürən məftillər Məftilləri atmosfer (ildırım) ifrat gərginliklərindən mühafizə edən troslar Məftilləri yer və su səthindən müəyyən məsafədə saxlayan dayaqlar Məftilləri dayaqlardan izolə edən izolyatorlar Məftilləri, izolyatorları və dayaqları bir-biri ilə əlaqələndirən armaturlar Dayaqların, trosların, izolyatorların ağırlığını öz üzərinə götürən özüllər Dayaqların torpaqlama sistemləri Hava elektrik veriliş xətlərinin məftil və trosları müəyyən yerlərdə (xəttin çəkilmə şəraitindən asılı olaraq) aknker dayaqlara sərt bərkidilməli və lazımi qədər çəkilməlidir. Anker dayaqları arasında məftil və trosları müəyyən hündürlükdə saxlamaq üçün aralıq dayaqları qurulur. Dayaqlarda iki qonşu bərkidilmə nöqtəsi arasındakı ən kiçik məsafəyə aşırımın uzunluğu və ya aşırım (l) deyilir. Məftilin ən çox sallanma şəraitində onunla yer arasındakı ən kiçik məsafəyə qabarit məsafəsi (h) deyilir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Kirovsko-Vıborqskaya xətti
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.
Koordinat düz xətti
Koordinat düz xətti — üzərində hesablama başlanğıcı, vahid parça və istiqamət seçilmiş düz xəttə deyilir.
M1 xətti (İstanbul metropoliteni)
M1 xətti (türk. M1 Yenikapı - Atatürk Airport, Kirazlı) – İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 1989-cu ildə istifadəyə verilmişdir. Bu gündə ortalama 220.000 sərnişin daşıyaraq, M2 xəttindən sonra İstanbul metropolitenində ən çox istifadə edilən üçüncü dəmiryol sistemidir. Xəttin uzunluğu 26,10 kilometrdir və 23 stansiya yer alır. Xətt Yeniqapı ilə Avtovağzal stansiyaları arasında 3 dəqiqə olmaqla, Avtovağzal və Atatürk Hava Limanları arasında həftə boyu 6:00-dan 00: 00-dək davam edir. Avtovağzal və Kirazlı arasındakı 24.000 sərnişinin ilə metro xəttinin rəsmi açılışı 14 iyun 2013 tarixində baş tutdu. Yeniqapı metrostansiyasından başlayan xətt Avtovağzal metrostansiyasına çatdıqda iki istiqamətə bölünür: ana xətt Atatürk hava limanına gedir, digər xətt Kirazlıya gedir. 2014-cü ildə xəttin sürücüsüz metro xəttinə çevriləcəyi və hətta doqquz yeni stansiyanın əlavə ediləcəyi açıqlandı. == Tarixçə == İstanbulun əhalisinin artması ilə şəhərin sərnişin nəqliyyatına ehtiyacı yarandı.
M2 xətti (İstanbul metropoliteni)
M2 xətti — İstanbul metropolitenində yer alan dəmiryol xətlərindən biri. 2000-ci ildə istifadəyə verilmişdir. Xəttin yalnız Haliç stansiyası yerüstüdür, digər 15 stansiya yeraltıdır. Planlaşdırılan və davam edən stansiyalar istifadəyə verildikdə, İncirlidən Çayırbaşıya qədər uzanacaq və cənub-şimal istiqamətində İstanbulu kəsərək 22 stansiyaya sahib olacaqdır. M2 xətti ilk dəfə 2000-ci ildə Taksim və Levent arasında 5 stansiya ilə istifadəyə verildi və son olaraq Yeniqapı stansiyası istifadəyə verildi. Xətt tez-tez, təxminən 3 dəqiqədən bir işləyir. == Tarixçə == Xəttin tikintisi 19 avqust 1992-ci ildə başlamışdır. Birinci hissə tamamilə yeraltı idi. Tunellərin inşası 1995-ci ildə, bütün xətt isə 1999-cu ildə başa çatdırılmışdır. 2000-ci ilin oktyabrında xətt sərnişinlər üçün açıldı.
Milyardın dəyəri, Timsah xətti (roman)
Montqomeri avtobus xətti insidenti
Montgomery avtobus xətti insidenti, Amerika Birləşmiş Ştatlarının Alabama əyalətinin Montgomery şəhərində ictimai nəqliyyatdakı irqi ayrı-seçkilik tədbirlərinin ləğv edilməsini müdafiə edən qaradərili sakinlərin təşkil etmiş olduğu dinc etirazdır. Qarşıdurma 1 dekabr 1955-ci ildən 20 dekabr 1956-cı ilədək davam etmiş və ABŞ Ali Məhkəməsinin nəqliyyatda irqi ayrı-seçkiliyi qanunsuz elan etdiyi qərarı ilə sona çatmışdır. Montgomery qanunlarına görə, zəncilərin ilk dörd sırada oturması qadağan idi, səbəbi isə bu yerlərin “yalnız ağlar” üçün ayrılmış yerlər olması idi. “Yalnız ağlar” üçün nəzərdə tutulan bütün yerlər tutulmuşdusa, arxa cərgələrdə qaralar üçün nəzərdə tutulan yerlərdə oturan qaralar durmalı və bu yeri avtobusdakı ağ rəngli sərnişinlərə vermək məcburiyyətində idilər. Martin Lüter Kinq 1955-ci ildə cənub əyalətlərində ictimai nəqliyyatda ayrı-seçkiliyin təzahürünü belə təsvir etmişdir: Avtobus sürücüləri arasında zəncilər yoxdur və bəzi ağdərili sürücülər nəzakətli olsalar da, ağ dərili sürücülərin həddindən artıq çoxu qaradərililərə qarşı təhqir və söyüşlər həyata keçirdirlər. Avtobusda qara dərililər də bağırdıqca, təbii olaraq səsləri eşidilir: “Qara İnək”, “Zəncilər”, “Qara meymun”. Tez-tez zəncilər girişdə gediş haqqını ödəyirdilər və daha sonra arxa platformadan yenidən avtobusa minmək üçün enməyə məcbur olurdular və çox vaxt zəncilər gediş haqqını götürərək arxa qapıya gəlmədən avtobus tərk edirdilər... Avtobusda “yalnız ağlar üçün” boş yerlər var idi. Avtobusda ağ dərili sərnişinlər olmasa da, yaxud da qaralar çox olsa da, ilk dörd oturacaqda oturmağa icazələri yox idi. Ancaq bu hamısı deyildi.
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.
Nabran ensiz dəmiryolu xətti
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir. Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı. Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır. Yollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir.
Nabukko təbii qaz boru xətti
Nabukko Vest qaz kəməri — Xəzər bölgəsi və Orta Şərq təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsi. Kəmərin Türkiyə-Bolqarıstan sərhəddindən Avstriyanın Baumqarten un der Març qəsəbəsinə kimi çəkilməsi nəzərdə tutulub. Boru kəmərinin çəkilməsinin məqsədi Avropanın Rusiyadan qaz alışında asılılığını azaltmaqdır. Layihə Avropa Birliyi ölkələri və ABŞ tərəfindən dəstəklənir və Rusiyanın Qazprom şirkətinin həyata keçirmək istədiyi Cənub axını layihəsinə rəqib qismində görülür. Lakin bəzi ekspertlər boru kəməri üçün lazım olan miqdarda təbii qaz ehtiyatlarının olmadığından ehtiyat edirlər. Layihənin əsas xammal tədarükçüsünün Azərbaycan, Türkmənistan və Misirin də həmçinin layihənin təchizatçısı olması ehtimal edilir. Bolqarıstandan başlayıb Rumıniya, Macarıstandan keçərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin ümumi uzunluğu 1 329 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 10, maksimum 23 milyard barrel illik daşıma həcminə sahib olması və 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. 1 329 kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan), FGSZ (Macarıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Həmçinin, Fransa şirkəti olan Engie (GSZ) SA də 28 may 2013-cü ildə bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Oroqrafik qar xətti

Digər lüğətlərdə