XOR

eXclusive OR Istina edən VƏ YA – bitlər cütü üzərində aparılan riyazi əməl: 0+1=1, 1+0=1, 0+0=0, 1+1=0. Bitlər eyni olduqda nəticə 0, müxtəlif olduqda 1 olur.
XKMS
XSS
OBASTAN VİKİ
Xor
Xor (yun. χορός yığıncaq, camaat) — Vokal musiqinin kollektiv ifası. Yəhudilik, xristianlıq və islam oxumalarının əsasını birsəsli oxuma tərzi tutur. Bu həm şərq xalqlarının musiqi təfəkkürü ilə, həm də monoteizmin ideologiyası ilə əlaqədardır: Allah tərəfindən verilən səs ən mükəmməldir əqidəsi vokal ifanı. "Allah tərəfindən bəxş olunan səs, insan əməlinin nəticəsi olan alətlərdən mükəmməldir" əqidəsi instrumental müşayətsiz ifanı. Təksəsli oxuma, hətta xor (kollektiv) oxumaların unison ifası allahın vahidlik rəmzi ilə bağlı olub islam dini oxumalarının ifa qanunlarının əsasını qoyur. Təksəsli oxuma tərzi barəsində ədəbiyyatda belə yanlış fikirlərə rast gəlmək olur ki, təksəslilik musiqini çoxsəslinin o biri səslərlə birləşib çətinlik yaratmasından azad edib. Beləliklə, çoxsəslilik təksəslinin mürəkkəb forması kimi tarixin inkişaf mərhələsində meydana gəlməsi fikri ortaya atılır. M. Xarlap qeyd edir ki, musiqişünasları düşündürən "çoxsəslinin nə vaxt yaranması" problemini, təksəslinin nə vaxt yaranması ilə əvəz etsələr, daha düzgün olar. Belə ki, musiqi əvvəlcə çoxsəsli yaranmışdır".
XOR elementi
XOR elementi (bəzən EOR elementi və ya EXOR elementi adlanır) — xüsusi ayrılmanı (yəni, hər iki giriş fərqli olanda çıxışda 1 (true) alınan məntiqi əməliyyatdır) yerinə yetirən rəqəmli məntiq elementidir. Əgər girişlərdən yalnız hər hansı biri 1 olarsa, nəticədə çıxış maxsimum, yəni 1 (true) alınar. Əgər hər iki giriş minimum 0 (false) və ya hər ikisi 1 (true) olarsa, nəticə minimum 0 (false) alınar. A ⋅ B ¯ + A ¯ ⋅ B {\displaystyle A\cdot {\overline {B}}+{\overline {A}}\cdot B} və ( A + B ) ⋅ A ⋅ B ¯ {\displaystyle (A+B)\cdot {\overline {A\cdot B}}} hər iki cəbri ifadə A və B girişləri olan XOR elementini təsvir edir. XOR elementi üçün iki simvol var: Ənənəvi simvol və IEEE simvolu.
Avroviziya Xor Müsabiqəsi
Avroviziya Xoru Müsabiqəsi (ing. Eurovision Choir) — Avropa Yayım Birliyinə (EBU) üzv olan ölkələr arasında, xor ifaçıları üçün təşkil olunan beynəlxalq yarışma. Dünya Xor Oyunları və Latviyanın təşkil etdiyi daxili xor konserti sözügedən müsabiqənin ilham qaynağı olmuşdur. Avroviziya Xoru Müsabiqəsi, Avropa Yayım Birliyinin (EBU) ən yeni Avroviziya tədbiridir. 2014-cü ildə, Latviyanın milli yayım şirkəti Latvijas Televīzija(LTV) və "Arte" şəbəkəsinin birgə yayımladığı xüsusi müsabiqə xarakterli konsertin müsbət rəylər almasından sonra, LTV daha geniş izləyici kütləsinə xitab edən yeni tədbirin yaradılması ilə bağlı, EBU və İnterkultur da daxil olmaqla bir çox yayımçıya müraciət ünvanlamışdır. Beynəlxalq tədbirin yaradıcısı Latviyalı musiqi prodüseri Yeva Rozentaledir. O, yarışmanın ideyası və bütün təşkili məsələləri AYİ-yə təqdim etmiş və nəticə olaraq, 22 iyul 2017-ci il tarixində, müsabiqə elə təklif sahibi Latviyada ilk buraxılışını yayımlamışdır. Avroviziya Xoru Müsabiqəsinin qurucusu Yeva Rozentale, sözügedən yarışma haqqında: "Avroviziya Xoru geniş kütləyə xitab edən Avroviziya ilə, daha kiçik auditoriyaya yönəlmiş Avroviziya Gənc Musiqiçilər layihələri arasında körpü yaratmaqdadır" ifadələrini söyləmişdir. Yarışmada təmsil olunan və Avropa Yayım Birliyinə (EBU) üzv olan hər bir ölkə, müsabiqədə iştirak üçün peşəkar xor və ya kapella ansamblı təyin etməlidir. Hər bir xor təqribən altı dəqiqə davam edən, tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət olan musiqi əsərlərini, xüsusi dirijor müşayiəti ilə canlı olaraq ifa edir.
Dünya Xor Oyunları
Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur. Dünya Xor Oyunları(Keçmiş adla-Xor Olimpiadaları) anlayışı, xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd, millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır. Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur. Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib. Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar.
Xarkov xor sinaqoqu
Xor sinaqoqu (ukr. Харківська хоральна синагога, ivrit adı — Beyt Menaxem) 1912—1913) — Xarkovdakı mərkəzi sinaqoq və memarlıq abidəsi. Binanın memarları Y. Q. Qevirts, V. A. Feldman, M. F. Piskunovdur. XVIII əsrin sonlarından klassik malikanədə sinaqoqun yerində. 1867-1910-cu illərdə ibadət evi var idi. Yeni sinaqoq üçün müsabiqə İmperator Sankt-Peterburq Memarlar Cəmiyyəti tərəfindən təşkil olunub. Birinci mükafat Sankt-Peterburq memarı Ya.Q.Gevirtsin layihəsinə layiq görülüb, 1909-cu ildə “Zodçiy” jurnalında dərc edilib. pravoslav Müqəddəs Nikolay kilsəsindən 100 kulaç (213 m) məsafədə (Puşkinskaya küçəsinin qarşısında Nikolayevskaya meydanının küncündə yerləşir). Tikintiyə Xarkov memarı M. F. Piskunov rəhbərlik etmişdir. Sinaqoq 1923-cü ildə “yəhudi işçilərin tələbi ilə” bağlandı.
Avroviziya Xor müsabiqəsi 2017
Avroviziya Xor müsabiqəsi 2017 — Avropa Yayım Birliyi (EBU) və İnterkultur tərəfindən təşkil edilən xor ifaçıları üçün ilk Avroviziya xoru müsabiqəsi.Tədbir Latviyanın aparıcı yayımçısı Latviyas Televizija (LTV) və Riqa Turizmin İnkişafı Bürosu tərəfindən hazırlanmışdır. Avropa Yayım Birliyi (EBU) ilkin olaraq müsabiqədə 7 ölkənin mübarizə aparacağını açıqlasada, 3 Aprel 2017-ci il tarixində, Uelsin iştirakı təsdiqləndikdən sonra bu say 9-a yüksəlmişdir. Avropa Yayım Birliyinə (EBU) üzv olan bütün ölkələr müsabiqədə təmsil olunmaq hüququna malikdirlər. İlk müsabiqənin qaydalarına əsasən, iştirakçı ölkələr davam etmə müddəti altı dəqiqədən çox olmayan xor əsərini canlı ifa etməlidir. Hər bir əsər tək və ya bir neçə parçadan yaxud da sərbəst janrdan ibarət ola bilər. 2017-ci il müsabiqəsinin qalibi, üç nəfərdən ibarət hakim münsiflər heyəti tərəfindən təyin edilmiş və qələbə qazanan xora, xüsusi kubok təqdim olunmuşdur. Aşağıdakı siyahıda, müsabiqənin qalib xorunu müəyyənləşdirmiş, peşəkar münsiflər heyətinin adları göstərilmişdir: Latviya – Elina Qarança (mezzo-soprano) Birləşmiş Krallıq – Con Radır (Bəstəkar) İsveçrə – Nikolas Fink (Dirijor) İlk Avroviziya Xor Müsabiqəsinin biletləri 15 mart 2017-ci il tarixində satışa çıxarılmışdır.
Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Dünya Xor Oyunları 2000
Xor Olimpiadaları 2000 — İnterkultur fondu tərəfindən xor ifaçıları üçün təşkil edilən, ilk ümumdünya musiqi hadisəsi. Müsabiqə Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur. Yeni eranın başlanğıcında, dünyanın müxtəlif qitələrindən təqribən 15 000-dən çox xor ifaçısı Birinci Xor Olimpiadalarının premyerasını başlatmaq üçün, Avstriyanın Linz şəhərində bir araya gəlmişdir. İnterkultur fondunun rəhbəri Qüntər Teçşin başçılığı və Avstriya federal prezidenti Tomas Klestilin himayədarlığı altında, 7 – 16 iyul 2000-ci il tarixlərində baş tutan tədbirdə, ümumilikdə 28 kateqoriya üzrə 342 xor musiqi qrupu, 403 yarışmada qələbə uğrunda mübarizəyə qoşulub. Beynəlxalq münsiflər heyətinə daxil olan və 51 nəfərlik qrupdan ibarət xüsusi xor mütəxəssisi yarışmanın yekununda, 69 qızıl, 124 gümüş və 34 bürünc medalı öz sahibinə təqdim etmişdir. Olimpiada günlərində qlobal xor ictimaiyyətinin nümayəndələri, xor musiqisinin hazırkı vəziyyəti haqqında məlumatların, YUNESKO-nun Beynəlxalq Musiqi Şurasına(BMM) təhvil verilməsi üçün qətnamə qəbul edib.
Böyük xor sinaqoqu (Bakı)
Böyük xor sinaqoqu – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşmiş keçmiş sinaqoq. Tikili hazırda Azərbaycan Dövlət Mahnı Teatrı kimi fəaliyyət göstərir. 1902–1910-cu illərdə İosif Qoslavskinin layihəsi əsasında yunan üslubunda tikilmiş Böyük xor sinaqoqu Bakıda litvalı zəngin yəhudilərin pulu ilə tikilmiş ilk aşkenazi sinaqoqu olmuşdur. Bakının yəhudi icmasının maliyyə dəstəyi və Azərbaycanlı xeyriyyəçilərin maddi ianələri hesabına tikilmişdir. Onlar arasında neft maqnatı Zeynalabdin Tağıyev də var idi. Sinaqoqun tikintisi 100 min rubla başa gəlmişdir. Sinaqoq 1932-ci ilə qədər fəaliyyət göstərmişdir. Burada müxtəlif dini tədbirlər və ayinlər keçirilir, nikah mərasimləri baş tuturdu. 1930-cu illərdə SSRİ-də ateizm ideologiyası əsas tutularaq sinaqoqlar ləğv olunmağa başlanmışdır. 1934-cü ildə binada Bakı Yəhudi İşçi Teatrı, 1936-cı ildə isə Azərbaycan Dövlət Yəhudi Teatrına çevrilmişdir.
Cənubi Xorasan ostanı
Cənubi Xorasan ostanı (fars. استان خراسان جنوبی‎ – Ostane Xorasane conubi) — İranın şərqində ostan. Mərkəzi Bircand şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 69.555 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 636 420 nəfər əhali yaşayır.
Diz (Xoreşrüstəm)
Diz (fars. ديز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (54 ailə).
Dövlətabad (Rəzəvi Xorasan)
Dövlətabad — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Zavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,740 nəfər və 2,334 ailədən ibarət idi.
Erməni tarixi (Moisey Xorenli)
Ermənistan tarixi – "erməni tarixinin atası" adlandırılan Moisey Xorenli tərəfindən yazılan üç hissəli əsər. Əsərin ön sözündən məlum olur ki, Xorenli bu əsəri erməni xalqının, erməni dövlətinin, müxtəlif naharar nəsillərinin və ən əvvəl Baqratuni soyunun kökünü öyrənmək istəyən knyaz Saak Baqratuninin xahişi ilə yazmışdır. Beləliklə, Xorenli lap qədimdən 428-ci ilə kimi — yəni Şərqi Ermənistanda dövlət quruluşunun Sasanilər tərəfindən ləğvinə kimi erməni xalqının tarixini yaradır. Müəllif erməni etnosunu məçhur qədim xalqların — Aşşur, Babilistan, Midiya, Parfiya, Sasanilər və Rumların tarixi ilə paralel inkişaf etdirir. Xorenlinin siyasi tendensiyası, məramı keçmişdə Ön Asiyanın iri dövlətlərindən heç də geri qalmayan müstəqil, güclü erməni çarlığının olduğunu sübut etmək, ermənilərin böyük keçmişini göstərmək olmuşdur. N. Y. Marr təsdiq edir ki,"Xorenli yunan mədəniyyəti zəminində yetişmiş parlaq erməni millətçisi, eləcə də yunan qayda-qanunlarının həvəskarı olmuşdur. Onun əsərini nə Suriya missioner məktəbinə, nə də yunan-sxolastik məktəbinə aid etmək olar. Erməni tarixşünaslığı, ümumiyyətlə erməni ədəbiyyatı öz inkişafının birinci mərhələsini Xorenli ilə tamamlayır. Xorenlinin əsəri Qafqaz Albaniyası tarixi üzrə də mühüm mənbələrdən biri sayılır. Burada onun tarixi, coğrafiyası, xüsusən birinci əsrdə Araz şayından keçən Cənub sərhəddi haqqında ətraflı məlumat və təsvir var.
Ermənistan tarixi-Moisey Xorenli

Ermənistan tarixi (Moisey Xorenli)

Ermənistan–Xorvatiya münasibətləri
Xorvatiya—Ermənistan münasibətləri — Xorvatiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 8 iyul 1996-cı ildə qurulmuşdur. Ermənistan Xorvatiyada İtaliyanın Romadakı səfirliyi ilə, Xorvatiya isə Ermənistanda Yunanıstanın Afinadakı səfirliyi ilə təmsil olunur. 2011-ci ildə hər iki ölkə fəxri konsulluqlar açır: Ermənistan Zaqrebdə, Xorvatiya isə İrəvanda. Ermənistan Avrasiya İqtisadi Birliyinin, Xorvatiya isə Avropa İttifaqının (Aİ) üzvüdür. Ermənistan Avropa İttifaqı ilə Birlik Sazişi imzalamışdır. Dubrovnik Respublikasının mərkəzi Dubrovnik, Xorvatiya-Ermənistan tarixi əlaqələrinin mərkəzi olmuşdur. Dubrovnikdə yaşayan çox sayda xaricinin arasında bir neçə erməni var idi. Dubrovnikin iki himayəçisi müqəddəs Zenobius və Zenobia Kilikiyadan olan erməni müqəddəslər idi. Raqusan Yepiskopu Raimondo Gallani 18-ci əsrin əvvəllərində Ankara və İstanbulun baş yepiskopu idi.
Eşqabad (Rəzəvi Xorasan)
Eşqabad — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Miyan Colgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,325 nəfər və 348 ailədən ibarət idi.
Feyzabad (Rəzəvi Xorasan)
Feyzabad — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Məhvilat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,721 nəfər və 3,827 ailədən ibarət idi.
Fil xortumçiçək
Fil xortumçiçәyi (lat. Rhynchocorys elephas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin xortumçiçəyi cinsinə aid bitki növü. Hündürlüyü 20-50 (70) sm, gövdəsi düz, adətən budaqlanan, vəzili-tükcüklü və ya çılpaq olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, demək olar ki, oturaqdır, qaidə hissəsində dəyirmi və yaxud uzunsov-ürəkşəkillidir, kütdür, kənarları dairəvi-dişlidir. Çiçəkləri təkdir, yarpaqların küncündə, yarpaqlardan qısa olan çiçək saplağı üzərindədir. Tac sarı rənglidir, üst dodağı xətvari, ortasından aşağıda uzunluğu 10 mm olan, düz dar buruncuğa birdən daralmışdır, alt dodaq iri, dəyirmidir, küt üç-bölümlüdür, üst dodağa bərabər və ya ondan azacıq uzundur. Qutucuq 4 mm uzunluqdadır, enliovaldır, kənarlardan sıxılmışdır. Toxumları 1 mm uzunluqda olub, tilli-şaraoxşardır, az çökükqabarıqdır. Aprel-avqust aylarında çiçəkləyir, may-avqust aylarında meyvə verir. Meşələrdə, kolluqlarda, çəmənlərdə, bağlarda, çınqıllı çaylarda, dənizkənarı qumluqlarda, zibilli yerlərdə, əkin sahələrində bəzən alaq kimi rast gəlinir.
Fil xortumçiçәyi

Güllücə (Xoreşrüstəm)
Güllücə (fars. گلوجه‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. Kənd Xoreşrüstəm bəxşində, Xoreşrüstəm-cənubi dehistanında yerləşir. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (12 ailə).
Hacıabad (Cənubi Xorasan)
Hacıabad — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zirkuh bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,333 nəfər və 1,026 ailədən ibarət idi.
Haleluya xoru
Məsih (HWV 56) – Georq Fridrix Hendel tərəfindən 1741-ci ildə yazılmış, üç hissəli ingilis dilli oratoriyadır. Bu məqalə oratoriyanın ikinci hissəsi və onun musiqisinin Çarlz Cennens tərəfindən yazılmış mətnlə uyğunlaşdırılması haqqındadır. Birinci hissədə Məsih haqqında peyğəmbərlik, çobanların müjdələnməsi və Məsihin yer üzərində əməlləri göstərilir. İkinci hissədə yeddi səhnədə İsanın əziyyətləri təsvir olunur. Oratoriyanın ən uzun səhnəsi olan “O, xor görüldü” səhnəsindən sonra İsanın ölümü, dirilməsi, yerə enməsi, İncillərin bu haqqda məlumatları səsləndirilir. Bu hissəyə həmçinin “Haleluya” xoru ilə başa çatan “Tanrının triumfu” hissəsi daxildir. Üçüncü hissədə isə Pavelin İsanın dirilməsini öyrənməsi və İsanın Cənnətdəki mövqeyindən bəhs olunur. Oratoriyanın librettosu Çarlz Cennens tərəfindən yazılmış, əsasən Kral Ceymsin Bibliyasının Əhdi-Ətiq hissəsinə, bəzi psalmlarda isə Ümumi İbadət Kitabına istinad edilmişdir. Mətni şərh edərkən Cennes qeyd edir: “...Mətnin subyekti digər bütün subyektlərdən üstündür. Mətnin subyekti Məsihdir...” Digər mənbələrlə əhatə olunması baxımından Məsih, Hendelin digər oratoriyalarından fərqlənir, bunun yerinə oratoriyada xristian Məsih təsvir olunur: Oratoriyanın strukturu liturgik il əsasında təşkil olunub; Birinci hissədə Advent, Milad və İsanın həyatı, ikinci hissədə Lent, Pasxa, Yüksəliş və Pentekost, üçüncü hissəədə kilsə ilinin tamamlanması, Məsihin dirilməsi və Cənnətdəki mövqeyi təsvir olunur.
Hind xoruzu
Kartin Xorni
Kartin Xorni (1885-1952) - amerika psixoloqu. Onun fikrincə uşaq narahatlıq hissi ilə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir. Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Komiklər xoru
Komiklər xoru — qədim dövrlərdə xüsusi mənsəb sahibləri tərəfindən təşkil edilən və geniş nüfuz qazanan xor. Komiklər xoru dramatik tamaşada o qədər müstəqil əhəmiyyətə malik olmuşdur ki, onun təşkili və maddi cəhətdən təminatı, mühüm ictimai bir vəzifə olmaq etibarilə, yüksək səlahiyyətli şəxs olan dioqquz arxontdan birinə tapşırılırdı. İbtidai xoru təşkil etmək ictimai vəzifəsi "Liturgiya" adlanırdı ki, buraya da təşkilatçı və varlı haminin öz eli və əhalisinin qonaqlıq xərclərini ödəmək və s. daxil idi. Xoreqik liturgiyanın təşkili tapşırılan müəyyən yüksək şəxsiyyətlərlə yanaşı, ikinci bir şəxs də diqqəti cəlb edir ki, bu da dramatik yarışın keçirilməsinə cavabdeh olan Arxont — Arxont şahdır. Yarışda antaqonist müəllif və xoreqləri də müəyyən edən və seçən odur. Xorun hamisinə - onu seçən, ona pul verən, "xoreqə" gəlincə - o lirik aqona (difiramb), ya dramatik aqona (faciə, komediya, satira, dram) rəhbərlik etməli idi. Birinci halda, yarış üçün xoreq də, xorun bütün üzvləri də filalar (əyalət, nəsil, qəbilə, tayfalar) üzrə seçilir və onların qələbəsi filanın qələbəsi hesab olunurdu. Burada xorun qəbiləvi səciyyəsi hələ də özünü mühafizə edib saxlayırdı. "Xoreq" kəlməsinə gəlincə, sözün özü də göstərir ki, əvvələn, "xoreq" xorun idarəçisi - aparıcısı olmuş, yalnız müəyyən dövrdən sonra onun təminatçısına çevrilmişdir.
Kul Xorsan dərəsi
Kol Xorsan dərəsi (دره کول خرسان) və ya Ərvah dərəsi (دره ارواح) — İranda dərə. Bu vadi Dezfuldan 35 kilometr (22 mil) şimalda, Paqlə və Bişəbzan kəndlərinin yaxınlıqlarında yerləşir. Kul Xorsan dərəsindən çoxlu bulaqlar axır. Dərə qamış və söyüd ağacları ilə örtülmüşdür 2016-cı ilin iyul ayının sonunda bu ərazidə turistləri gəzdirən avtobus qəzaya uğramışdır. Hadisə zamanı 4 turist həlak olmuşdur.
Kələmin gövdə gizli xortumlusu
Kələmin gövdə gizli xortumlusu (lat. Ceutorhynchus pallidactylus) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ. Böcəklərdə xortum uzun və nazikdir. Böcək qara rənglidir. Üzərində sıx boz tükcüklər vardır. Pəncələri qırmızı rəngli iti caynaqlı olur. Dişilərin böyüklüyü 2,5-3,2 mm-dir. Yumurtası ovaldır və şüşə kimi şəffafdır. Orta hesablama uzunluğu 0,7 mm, eni 0,5 mm-dir. Pupu sarımtıldır.
Luis Xorxe Rivera Errera
Luis Xorxe Rivera Errera — Puerto-Riko ətraf mühit fəalı. 2016-cı ildə Şimal-Şərqi Ekoloji Dəhliz (CEN) təbiət qoruğunun mühafizəsindəki fəaliyyətinə görə Qoldman Ətraf Mühitin Mühafizəsi Mükafatına layiq görülüb. Luis Xorxe Rivera Errera Truxillo Altoda (San-Juan yaxınlığındakı ərazi) doğulub böyüyüb və bütün həyatı boyu Puerto-Rikoda yaşayıb. Səkkiz yaşında o, buldozerlərin dörd nəsildir ailəsinə məxsus olan fermanı məhv etdiyini gördükdən sonra ətraf mühiti qorumaq qərarına gəlir. Bu torpaq Puerto-Riko hökuməti tərəfindən kanalizasiya təmizləyici qurğusu tikmək üçün müsadirə edilir. Onun sözləri ilə desək: “Qərar verdim ki, böyüyəndə ətraf mühitin mühafizəsi ilə bağlı bir işdə oxuyub işləyəcəm”. O, Puerto-Riko Universitetində ətraf mühiti öyrənmiş və daha sonra ətraf mühitin planlaşdırılması üzrə magistr dərəcəsi almışdır. Erkən uşaqlıqdan Luis ekoloji mübarizədə iştirak edir. Universitetdə o, Las Kabesas de San Xuan təbiət qoruğuna səfər təşkil edir. Məzun olduqdan sonra o, San Xuanda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyində işləmiş və daha sonra “Dayanıqlı İnkişaf Təşəbbüsü” adlı təşkilatın həmtəsisçisi olmuşdur.
Malikabad (Rəzəvi Xorasan)
Məlikabad — İranın Rəzəvi Xorasan ostanının Məşhəd şəhristanının Əhmədabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,161 nəfər və 302 ailədən ibarət idi.
Mikloş Xorti
Mikloş Horti (mac. Miklós Horthy; 18 iyun 1868[…] – 9 fevral 1957[…]) — 1920–1944-cü illərdə Macarıstan krallığının hökmdarı (regenti), vitse-admiral. Mikloş Horti Kenderesdə Kalvinist əsilzadə ailəsində anadan olmuşdur. Atası Stefan Horti Maqnatlar palatasının üzvlərindən idi. Mikloş ailənin 8 uşağında 4-cüsü idi. 14 yaşında Avstriya-Macarıstan Hərbi donanma akademiyaslna daxil olmuşdur. Bu dövrdə akademiyanın əsas dili alman dili idi. Buna görə də Mikloşun nitqində alman-macar aksenti hər zaman duyulmuşdur. Bunda başqa o italyan, xorvat, ingilis və fransız dillərini öyrənmişdir. 1901-ci ildə Maqdolna Pörqli ilə ailə həyatı qurmuş, bu evlilikdən 4 övladı dünyaya gəlmişdir.
Moisey Xorenatsi anonim keşiş müəllifdir (kitab)
Moisey Xorenli
Moisey Xorenli və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi. Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
Movses Xorenatsi

Digər lüğətlərdə