YADIRĞAMAQ
YADİGARLIQ
OBASTAN VİKİ
Yadigar Hüseynov
Hüseynov Yadigar Yusif oğlu (3 may 1955, Saraçlı, Bolnisi rayonu – 2 dekabr 2016) — fizika-riyaziyyat elmləri doktoru. Yadigar Hüseynov 1955-ci il mayın 3-də Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi, 1977-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1977-1981-ci illərdə Qəbələ rayonunda müəllim işləmiş, 1981-2000-ci illərdə isə Bakı Dövlət Universitetinin "Yarımkeçiricilər" laboratoriyasında çalışmışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1990-1991-ci illərdə İtaliyada I Roma Universitetində elmi ezamiyyətdə olmuşdur. 1993-cü ildə elmi işlərinin nəticələrinə görə Beynəlxalq Soros Fondunun mükafatına layiq görülmüşdür. 2003-cü ildə "Avtonom qidalanan funksional qurğu və heteroelektron quruluşların yaradılmasının fiziki-texnoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə Bərk cisim elektronikası kafedrasını yaratmışdır. Hazırda həmin kafedranın professoru və kafedra müdiridir.
Yadigar Muradov
Yadigar Muradov (d. 18 dekabr 1958, Ağdam rayonu) — Aktyor, əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru. Muradov Yadigar Məmməd oğlu 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla bir müddət Ağdam Dövlət Teatrında işlədikdən sonra, Şuşa Mədəni-Maarif Texnikumunda öz ixtisası üzrə dərs deməyə dəvət olunan Yadigar Muradov 1990-cı ilə qədər bu texnikumda aktyorluq ixtisasından və səhnə danışığından dərs verib. 1990-cı ildə Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılandan bu günə qədər teatrın direktorudur. 21 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir. 2024-cü ilin yanvar ayında oqranizmində xərçəng xəstəliyi aşkarlanıb. Ailəlidir, 3 oğlu var.
Yadigar Məmmədli
Yadigar Məmmədli (Yadigar Tarix oğlu Məmmədli) — Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri, jurnalist. Yadigar Tarix oğlu Məmmədli 29 avqust 1961-ci ildə anadan olub. O, 1978 – 1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Azərbaycan, rus, türk və ingilis dillərini bilir. Evlidir, 2 övladı, 2 nəvəsi var. 1996-cı il Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı namizədliyi qeydə alınıb. 1996–2018-ci illər ərzində media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarlarda iştirakcı və təşkilatçı, Ukrayna və Qırğızıstanda keçirilən prezident və parlament seçkilərində isə beynəlxalq müşahidəçi qismində iştirak edib. Yadigar Məmmədli "KİV-in iqtisadi əsasları və menecment problemi" (2002), "Seçki: jurnalistlərin yaddaş kitabı"(2005) kitablarının, media sahəsində yüzlərlə məqalə və yazıların müəllifidir. Slavyan Universitetin, Azərbaycan Dillər Universitetinin və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2006–2018-ci illərdə müəllim işləyib. ATƏT-in Bakı bürosunun, Avropa Şurasının Bakı ofisinin 2006-cı ildən hazırkı dövrədək media sahəsində bir sıra layihələrində media üzrə ekspertdir.
Yadigar Vahabov
Yadigar xan
Yadigar xan — Özbək xanlığının ikinci hökmdarı. Şeyban xanın nəslindən gəlirdi. Əbülxeyr xanın ölümündən sonra ahıl yaşında özbək əyanları tərəfindən hakimiyyətə gətirilmişdi. Manqıtlardan Musa bəy tərəfindən dəstəklənən Yadigar xan hakimiyyətdə təkcə 1 il qalandan sonra vəfat etdi və Əbülxeyr xanın oğlu Şeyx Heydər tərəfindən əvəz edildi. Bureke sultan, Abulek xan, Amenek xan adlı oğulları vardı.
Yadigar İmamverdiyev
Yadigar İmamverdiyev — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetində kafedra müdiri. Azərbaycanda ilk dəfə E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olmuşdur. Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 1989–1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 2011–2012-ci illərdə Cənubi Koreyanın Yonsei Universitetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur. Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. 2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.
Yadigar Əliyev
Yadigar Əliyev (rektor)
Yadigar Sadıqlı
Yadigar Sadıqlı (29 sentyabr 1968, Lənkəran) — Müsavat Partiyasının sabiq başqan müavini, başqanlığa sabiq namizədi, azərbaycanlı ictimai-siyasi xadim. Yadigar Sadıqlı 1968-ci il sentyabrın 29-da Lənkəran şəhərində anadan olub. 1994-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini tarix ixtisası üzrə bitirən Yadigar Sadıqlı, 2000–2010-cu illərdə Lənkəran Dövlət Universitetində çalışıb. 2000-ci ildən Müsavat Partiyasının üzvü olan Yadigar Sadıqlı, 2004–2011-ci illərdə "Müsavat"ın Lənkəran şəhər təşkilatının sədri olub. 2011–2014-cü illərdə "Müsavat"da başqan müşaviri, 2014–2018-ci illərdə isə başqan müavini vəzifələrini tutub. 2014–2019-cu illərdə həmçinin Divan üzvü olub. Partiyanın 13 oktyabr 2019-cu ildə keçirilən IX qurultayında başqanlığa namizədliyini irəli sürüb, amma seçkilərdə Arif Hacılı qalib gəlib. 7 dekabr 2023-cü il tarixində bir qrup siyasətçi və siyasi fəal ilə birlikdə "Üçüncü Respublika Platforması" Hərəkatının təsis olunduğunu elan edən videoçarx yayımlamışdır. 13 dekabr 2023-cü il tarixində Müsavat Partiyası üzvlüyündən istefa vermişdir. Yüzdən artıq elmi və publisitik məqalələrin müəllifi olan Y. Sadıqlının 2019-cu ilin dekabrında "Tarixdən səhifələr (məqalələr toplusu)", 2022-ci ildə isə "Yaxın Şərq tarixi (məqalələr toplusu)" adli ikinci kitabı nəşr olunub.
Pir Yadigar (Çaypara)
Pir Yadigar (fars. پيريادگار‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (46 ailə).
Yadigar Əliyev (rektor)
Yadigar Əliyev (çavuş)
Alman yadigarları... (film, 2012)
Harri Potter və Ölüm Yadigarları (roman)
Harri Potter və Ölüm Yadigarları (ing. Harry Potter and the Deathly Hallows) — Coan Roulinqin Harri Potter kitab seriyasından sayca yeddinci əsər. Kitabın ingiliscə nəşri 21 iyul 2007-ci il tarixində yayımlandı. Kitabın ingiliscə yayımlanmasından sonrakı ilk 24 saatda 11 milyonu satılmışdır. Kitabın başlığında Bill Uizli və Flyor Delakourun toyu olur. Ancaq Ölüm Yeyənlər toya basqın edir. Harri, Ron, Hermiona və digərləri Nazirliyin Voldemort tərəfindən ələ keçirildiyini və Sehr Naziri Rufus Skrimcerin öldürüldüyünü Kinqsli Şeklbotun toya göndərdiyi patronus vasitəsilə öyrənirlər. Əvvəla Harri, Ron və Hermiona Tottenham Məhkəməsi Yoluna gedib bir kafedə oturub olub keçənləri müzakirə edərkən iki Ölüm Yeyənin basqınına məruz qalırlar. Daha sonra xilas olurlar. Beləliklə, horkruksların axtarışlarına başlanması vaxtının gəlib çatdığını anlayırlar və bu yolda addımlamağa başlayırlar.
Həsən bəy Yadigarov
Kərim bəy Yadigarov
Kərim bəy Yadigarov — Qafqaz süvari diviziyasının 17-ci Nijni Novqorod draqun alayının korneti. == Həyatı == Kərim bəy Yadigarov Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində anadan olmuşdur. Kərim bəy Yadigarov isə ön cəbhədə apardığı uğurlu döyüşlərə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılıncla birgə) və dördüncü dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə görə" yazısı ilə) ordenlərilə təltif olunmuşdur. == Mənbə == Şəmistan Nəzərli. General Yadigarov Qardaşları. Bakı. Şirvannəşr. 2004.
Vəli bəy Yadigarov
Vəli bəy Yadigarov (31 oktyabr 1897 və ya 31 oktyabr 1898, Təkəli, Borçalı qəzası – 13 dekabr 1971, Buenos-Ayres) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik. Vəli bəy Sadıq bəy oğlu Yadigarov 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində anadan olmuşdur. Bu nəsildən 1918–1920-ci illərdə Milli Orduda səkkiz zabit şərəflə xidmət etmişdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, praporşik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik İsrafil bəy Həsən bəy oğlu və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Vəli bəy Yadigarov ilk hərbi təhsilini 1909–1916-cı illərdə Tiflis hərbi gimnaziyasında almışdır. 1916-cı ildən Vəli bəy Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlamışdır. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilmiş və məşhur Brusilov hücumunda iştirak etmişdir. 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur.
Xanım Yadigarlı
Yadigarlı (Sulduz)
Yadigarlı (fars. يادگارلو‎) — (azərb. Yeddiyarlı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 607 nəfər yaşayır (137 ailə). Kənddə yaşayanların 100 % azərbaycanlılardır, ancaq bu kənddə azərbaycan türklərinin iki boyu yaşamaqdadır: — Avşarlar (Əfşarlar): Avşarlar bu kəndi səfəvilər çağında düzəldiblər və bu kənd keçmişdə Sulduz düzənliyinin başqa yerləri kimin onların məskəni imiş. — Qarapapaqlar (Tərəkəmələr): Ancaq sonradan azərbaycan hökmdarı olan Abbasmirzə Qacar, borçalıdan qarapapaqları Sulduza gətirərək burada məskunlaşdırdı. İndilikdə bu kənddə avşarlar və qarapapaqlar yaşamaqdadırlar. Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, quşçuluq, ovçuluq, balıqçılıq və mal-qara saxlamaqdır. Habelə bu kəndin yaxınlığında Yeddiyarlı gölü yerləşir ki, minlərcə quş və balığın yaşayış yeridir və buraya çox gözəl görünüş verir. Kənddə İmamzadə Əhməd, İmamzadə Seyyid Bəyim və İmamzadə Mir Heydər türbələri var.
Yadigarovlar
Yadigarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt "Ağalıq" da deyirlər. Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (хəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. … Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi.
İsrafil bəy Yadigarov
İsrafil bəy Mustafa bəy oğlu Yadigarov (15 dekabr 1815, Tiflis quberniyası – 1885) — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycanlı əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası. İsrafil bəy Mustafa bəy oğlu Yadigarov 1815-ci il dekabrın 15-də, Borçalı qəzasının Təkəli kəndində Qarapapaq sülaləsi olan Yadigarlı ailəsində dünyaya gəlib. 1825-ci ildən 1830-cu ilədək Qaçağan kəndindəki Kərbəlayi Hüseyin Mikayılın dini məktəbində ilk təhsili alıb 1831-ci Tiflisdə rus gimnaziyasında təhsil alan İsrafil bəy Yadigarov 1834-cü il sentyabrın 1-də Zaqafqaziya bəylərindən təşkil olunmuş Müsəlman Süvari alayına könüllü qəbul olunub. Bir il sonra praporşik olan İsrafil bəyə 1839-cu il dekabrın 23-də dağlılara qarşı döyüşlərdə fərqləndiyinə görə podporuçik rütbəsi verilib. Əlahiddə Qafqaz korpusunun qərargahında xidmətini davam etdirib. 1841-ci il yanvarın 2-də Əlahəzrət İmperatorun şəxsi təşəbbüsü ilə təşkil olunmuş Müsəlman Süvari alayına təyin olunub. Üç il sonra (1846-cı il) ştabs-rotmistri, 1849-cu il aprelin 3-də rotmistr rütbəsi alan İsrafil bəy üsyan etmiş macarlara qarşı döyüşlərdə iştirak edir. 1851-ci il yanvarın 29-da podpolkovnik İsrafil bəy Peterburqdan Tiflisə qayıdır, Əlahiddə Qafqaz süvari korpusunda xidmətini davam etdirir. 1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov azərbaycanlılardan ibarət min nəfərlik süvari Müsəlman briqadası komandirinin müavini olub.
İsrafil bəy Yadigarzadə

İsrafil bəy Yadigarov (general-leytenant)

İsrafil bəy Yadigarov (nəvə)
İsrafil bəy Həsən bəy oğlu Yadigarov (rus. Исрафил-бек Едигаров, Исрафил Бек-Иедигаров; gürc. ისრაფილ-ბეგ იედიგარივი; pol. Izrafił bek Jedygarow, Israfił bek Jedigar; 7 avqust 1888, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 1939) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərb xadimi. General-leytenant İsrafil bəy Yadigarovun nəvəsi, general-mayor Həsən bəy Yadigarovun oğlu. İsrafil bəy Yadigarov 7 avqust 1888-ci ildə Tiflisdə Çar Rusiyası ordusunun general-mayoru Həsən bəy Yadigarovun ailəsində anadan olmuşdur. İsrafil bəyin adını daşıdığı babası İsrafil bəy Yadigarov rus ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi. Babası İsrafil bəyin kiçik qardaşı 1844–1848-ci illərdə isə Peterburq universitetində ərəb-fars-türk filologiyası üzrə təhsil almış və Rusiyada universitet təhsilinin tam kursunu başa vuran ilk azərbaycanlı Ağa bəy Yadigarovdur. Yadigarovlar əslən Borçalı qəzasının Təkəli kəndindəndirlər. O, 1898–1905-ci illərdə Tiflisdəki Kadetlər korpusunda oxuyur.
İsrafil bəy Yadigarov (podpolkovnik)

İsrafil Yadigarov
İsrafil bəy Yadigarov (general-leytenant) — Rusiya Çar Ordusunda xidmət etmiş azərbaycanəsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. İsrafil bəy Yadigarov (podpolkovnik) — Rusiya imperiyası, Gürcüstan və Polşanın Azərbaycan əsilli hərbi xadimi; general-leytenant İsrafil bəy Yadigarovun nəvəsi.

Значение слова в других словарях