yaralatmaq
yaralı-xoralı
OBASTAN VİKİ
Yaralı mələk
Yaralı mələk (fin Haavoittunut enkeli) – Fin simvolist ressam Hüqo Simberqin 1903-cü ildə çəkdiyi tablo. Simberqin ən məşhur əsərlərindən biri olan Yaralı mələk Ateneum sənət muzeyi tərəfindan 2006-cı ildə keçirilən bir səsvermə ile Finlandiyanın "millî tablosu" seçilmiştir. Simberqin digər tabloları kimi Yaralı mələk də ciddi bir atmosfer yaradır. Tabloda əsas fiqur olan mələyin gözlərinin ətrafı bir sarıqlıdır ve qanadında qan ləkələri var. Mələyi daşıyan iki gənc, yas tuturmuş kimi, tünd rəngli paltarlar geyiniblər. Bu gənclərdən sağ tərəfdə duran tablonu seyr edən şəxsə ciddi bir ifadə ilə baxır. Tablo Helsinkidəki Ateneum muzeyində sərgilənməkdədir.
Yaralı şəfaçı
Yaralı şəfaçı — psixoloq Karl Yunq tərəfindən irəli sürülən termin. Terminin mahiyyəti odur ki, psixoanalist özü "yaralı" olduğu üçün özünü pasiyentləri sağaltmağa məcbur hiss edir. Bu ideyanın kökünün yunan mifologiyasından gəldiyi ehtimal olunur. Araşdırmalar göstərir ki, konsulerlərin ve psixoterapevtlərin 73,9%-i onların məhz bu peşəni seçmələrinə səbəb olan bir və ya daha çox yaralanma təcrübəsi yaşayıb. Psixoanalistlə pasiyent arasındakı münasibət fərqli ola bilər: Psixoanalist öz yaralarından xəbərdardır. Bu yaralar müəyyən vəziyyətlərdə, xüsusilə də pasiyentin yaraları özününkünə bənzəyirsə, aktivləşə bilər. Analiz olunan yaralar psixoanalistin öz yaralarına təsir edir. O, şüurlu və ya şüursuz şəkildə bunu pasiyentə ötürür, bu da öz növbəsində psixoanalist ilə pasiyent arasında şüursuz bir əlaqənin yaranmasına səbəb olur.
Yaralı təxliyəsi
İtki təxliyəsi, həmçinin itki evakuasiyası, tələfat təxliyəsi, tələfat evakuasiyası, yaralı təxliyəsi və ya yaralı evakuasiyası — döyüş bölgəsindən ölü və yaralıların təcili formada təxliyə edilməsini nəzərdə tutan hərbi termin. İtki təxliyəsi və tibbi evakuasiya (MEDEVAC) arasındakı əsas fərq ikincidə yolda qayğı göstərən standartlaşdırılmış və ixtisaslaşmış avtomobildən istifadə edilməsidir. İtki təxliyəsində standartlaşdırılmamış və qeyri-spesifik avtomobillərdən istifadə edilir. Bu zaman yolda texniki xidmət göstərilməyə bilər.
Yaralı Sultan ocağı
Yaralı Sultan ocağı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində ziyarətgah. Bina dördkünc formalı kərpic tikintidən ibarətdir. Girişi cənub tərəfdəndir. Damı günbəzşəkilli örtüklə tamamlanmışdır. İçəri üzündə künclər bir-biri ilə tağbəndlərlə birləşdirilərək günbəzə keçid yaradılmışdır. Bu memarlıq üslubu orta əsr Azərbaycan arxitekturası üçün xarakterikdir. Pirin binası şərq divarda və günbəzdə olan pəncərələr vasitəsilə işıqlandırılmışdır. Vaxtilə pirin kitabəsi olmuş, lakin indiyədək saxlanmamışdır. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər vardır. Onun ətrafından Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçaları tapılmışdır.
Yaralı diz qətliamı
Yaralı diz qətliamı (ing. Wounded Knee Massacre) - Siu qəbiləsinin üzvlərinin ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi. 29 dekabr 1890-cı ildə 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülmüşdür. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda, olay qətliam olaraq adlandırılmışdır. 1890-cı ildə ABŞ dövləti, Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başladı. Bir çoxları bu rəqsin döyüşdən əvvəl, tanrıları köməyə çağıran rəqs olduğunu iddia etməyə başladılar. Əslində ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər. Ordu naziri Siuların döyüşə hazırlaşdığından şübhələnib, VII süvari alayı Payn Ric və Rosbud yaxınlığında Lakota hidnularının yaşadığı düşərgəyə göndərdi. ABŞ ordusunun zabitləri, rəqsin dərhal dayandırılmasını tələb etdilər.
Ay aşiqləri: Yaralı ürək Qoryo
Ay aşiqləri: Yaralı ürək Qoryo (teleserial, 2016)
Ay aşiqləri: Yaralı ürək Qoryo(eng.Moon Lovers: Scarlet Heart Ryeo, Hangul: 달의 연인 — 보보경심 려; Hanja: 달의戀人-步步驚心 麗; RR: Dar-ui yeon-in — Bobogyeongsim ryeo; MR: Tar-ŭi yŏnin — -cPopokyŏngsim ryŏ)- Çin yazıçısı Tong Huanın Bu Bu Jing Xin əsəri əsasında ekranlaşdırılan Cənubi Koreya teleserialıdır. 2016-cı ilin avqustun 29-dan noyabrın 1-nə qədər SBS telekanalında 20 seriyadan ibarət olmaqla hər həftənin bazar ertəsi və çərşənbə axşamı saat 22:00-da yayımlanmışdır. == Məzmun == Günəş tutulması nəticəsində 21-ci əsrdə yaşayan 25 yaşlı Go Ha-jin(Lee Ji-eun), Qoryo sülaləsinin dövrünə qayıdır. O, 941-ci ildə Hae Soo-nun bədənində oyanaraq hakimiyyətdə olan Vanq ailəsinin şahzadələri ilə qarşılaşır. O, əvvəlcə alicənab 8-ci şahzadə Vanq Vuka (Kang Ha-neul) aşiq olur, daha sonra isə öz üzünü maskanın arxasında gizlədən və aşağılayıcı şəkildə "canavar-it" adlandırılan 4-cü şahzadə Vanq So-nu (Lee Joon-gi) sevir. Beləliklə Hae Soo fərqinə belə varmadan özünü şahzadələr arasında rəqabət və siyasət, taxt-tac uğrunda gedən mübarizələr arasında tapır.
Yaralıca (Kəleybər)
Yaralıca (fars. يارالوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Yaralıyal
Yaralıyal — Goranboy rayonu ərazisində dağ. Qazanbulaq kəndinden cənub-qərbdədir. Hündürlüyü 594 m. Kiçik Qafqaz sıra dağlarının Gəncə-Qazax düzənliyi hüdudunda səpələnmiş təpə-dağlardan biridir. Keçmişdə yaylağa gedən köç yolu bu yaldan (aşirimdan) keçirdi. Dağın bir tərəfi sel hadisələri və aşinmlar nəticəsində çapıldığı (yaralandığı) üçün belə adlandirılmişdir.

Digər lüğətlərdə