yura

yura
yupyumşaq
yurd
OBASTAN VİKİ
Yura
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Yura, Yura sistemi (Dövr)
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Yura (departament)
Yura (fr. Jura) — Fransa şərqində yerləşən, Burqundiya - Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 39. İnzibati mərkəzi — Lon-le-Sonye, ən böyük şəhəri Dole. Əhalisi - 271 973 nəfər (departamentlər arasında 79-cu yer, 2010-cu ilin məlumatları). Sahəsi — 4999 km². Departamentə 3 rayon, 34 kanton və 545 kommun daxildir. Yuranın iqlimi çoxdan ərazi hündürlüyünə asılıdır. Beləliklə, düzlüklər Qərbi Avropanın bu hissəsinin mülayim hava şəraitinə malikdir, lakin dağlarda sərt soyuq qış (xüsusilə Yura departamentində Fransa ölkəsinin temperaturunda rekord mənfi 47 °C) müəyyən edilir. Yura — 1790-ci ilin martında Böyük Fransa İnqilabı zamanı yaradılan 83 departamentdən biri..
Yura Movsisyan
Yura Movsisyan (erm. Յուրա Սարգիսի Մովսիսյան; doğum 2 avqust 1987) — Ermənistanlı peşəkar futbolçu. ABŞ-nin əsas futbol liqasında mübarizə aparan "Real Salt Leyk" klubunun heyətində icarə əsasında çıxış edir. Müqavilə ilə "Spartak Moskva" klubuna məxsusdur. Yura həmçinin Ermənistan millisinin heyətində də çıxış edir. Hücumçu mövqeyində oynayan futbolçu millisinin heyətində 35 oyun keçirib və 10 qol vurub. Yura Movsisyan 2 avqust 1987-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində erməni ailəsində anadan olmuşdu. Ermənistan və Azərbaycan arasında münasibətlərin gərginləşməsindən sonra Yuranın ailəsi ABŞ-yə köçüb və ermənilərin kütləvi yaşadığı Los Ancelesdə məskunlaşıb. Movsisyan orada Pasadena Ali Məktəbində futbolla məşğul olur. Onun kumiri Tyeri Anridir.
Yura dövrü
Yura dövrü (ing. Jurassic, Jurassic system(Period), rus. Юра, Юрская система (Период))— Mezozoy erasının Triasdan sonra gələn dövrüdür. 1822-ci ildə alman alimi Aleksandr fon Humboldt tərəfinfən ayrılmış və öz adını Qərbi Avropadakı Yura dağlarından almışdır. 3 şöbə və 11 mərtəbəsi vardır. Yura dövrü 201.3 (±0.2) milyon il əvvəl başlayıb və təqribən145 milyon il əvvəl başa çatmışdır. Yura dövründə Yerdə mülayim iqlim olmuşdur. Bu dövrdə qütb ərazilərində buzlaqlar yox idi. Yura dövrünün sonunda kiçik məhv olma baş vermişdir. Yura dövrü Erkən Yura, Orta Yura və Gec Yura epoxalarına bölünür.
Yura Poqosyan
Yura Poqosyan (erm. Մհեր Ջուլհաճյան; 8 aprel 1961, Kotovo[d], Volqoqrad vilayəti – 12 iyun 1992, Xankəndi, Əsgəran rayonu[d], Dağlıq Qarabağ Respublikası) — Birinci Qarabağ müharibəsində iştirak etmiş erməni səhra komandiri və terrorçu. 1996-cı ildə Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüşür. 1992-ci ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Xocalı rayonu ərazisinə daxil olan Naxçıvanlı kəndi ərazisində Azərbaycan ordusuna qarşı aparılan döyüş zamanı öldürülmüşdür. Yura Poqosyan 1961-ci ilin 8 aprel tarixində Rusiya Sovet Federativ Sosialist Respublikasının Volqoqrad vilayətinin Kotovo şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illərini Dağlıq Qarabağ Muxtar Vilayətinin müxtəlif şəhər və qəsəbələrində keçirib. Məktəbi bitirdikdən sonra avtomobil təmiri sexində işləməyə başlayıb. 1983-cü ildə öz şəxsi avtomobil emalatxanasını açır və həmin emalatxana sonradan Birinci Qarabağ müharibəsi zamanı silah anbarı kimi istifadə olunur. Poqosyan ilk dəfə 1990-cı ildə Hadrut şəhərində yaşayan erməniləri müdafiə etmək bəhanəsi ilə Azərbaycan polisinə qarşı silahdan istifadə edir və həmin tarixdən etibarən əhalinin silahlandırılmasında və döyüş əməliyyatlarına cəlb edilməsində fəallıq göstərir. Qısa zamanda səhra komandiri kimi tanınır.
Pavel Yuraşek
Pavel Yuraşek (8 oktyabr 1994) — Polşalı üzgüçü. Pavel Yuraşek Polşanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pavel Yuraşek birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.50 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Yurakare dili
Yurakare dili (və ya Yurakar, Yurukare, Yuruyure, Yuruyare) — ölü dilə çevrilmək üzrə olan Boliviya dili. Yurakare dili mərkəzi Boliviyanın Koçabamba və Beni departamentlərində yayılmış, Yurakare xalqı tərəfindən danışılan, təcrid olunmuş dildir. 2004-cü ilin məlumatına görə bu dildə təxminən 2700 nəfər danışır. Gənc nəsil bu dili öyrənmədiyindən danışanlarının sayı getdikdə azalır (bax: Ölü dillər). Yurakare dili de İa Sueva (Adam 1893) adlı missioner əlyazmasına əsaslanan qrammatika ilə sənədləşdirilmişdir. Bu dil hazırda Rik van Qiyn tərəfindən öyrənilir. Təhlükə Altında Olan Dillər Fondu 2005-ci ildəki Yurakare-İspan / İspan-Yurakare lüğəti layihəsinə görə mükafatlandırılmışdır. Suarezin (1977) fikrincə Yurakare dili ilə Çimane dili, Pano-Takona dilləri, Aravaka dilləri, Çona dilləri ilə əlaqəsi vardır. Onun ilkin təklifi Makro-Panoa idi. Xəbərin mübtədadan və tamamlıqdan əvvəl gəlməsi.
Yuran Məmmədov
Yuran Məmmədov (tam adı:Məmmədov Yuran Əli oğlu;bilinmir – 18 iyul 1984) — rəssam Məmmədov Yuran Əli oğlu 1934-cü il 15 apreldə Naxçıvan şəhərində anadan olmuşdur. Qızı Günel Yuran rəssamdır. Moskvada yaşayır. 18 iyun 1984-cü ildə Riqada vəfat etmişdir. Naxçıvanda dəfn edilib. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını,1960-cı ildə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir. Protret, natürmort, tematika kompozisiyalı tablolar ( "Haçadağ", "Batabat", "Əlincə qalası", "Vayxır kəndi", "Araz", "Şahbuz mənzərələri", "Naxçıvanda bahar", "Bizim ailə", "Vətən uğrunda" və s.) yaratmışdır. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləmiş, onlarla tamaşaya ["Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə), "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Yağışdan çıxdıq, yağmura düşdük" (Nəcəf bəy Vəzirov), "Sənsiz" Şıxəli Qurbanov, "Günəş" (Hüseyn Razi), "Alınmaz qala" (Həsən Elsəvər), "Toros canavarları" (Əziz Nesin), "Ağır cəza" R.Kauqver) və s.] tərtibat vermişdir. Naxçıvanda,Bakıda Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilmişdir. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s.
Yuraskaya körfəzi
Yuraskaya körfəzi — Kara dənizinin, Qdansk yarımadasının şimal-şərqində yerləşir. Qdansk yarımadasının şimal-şərq sahillərini yuyur. 1825-ci il Yenisey vilayətinin xəritəsində Varensovski körfəzi olaraq yazılır. Körfəzin uzunluğu 45 km, eni isə 33 km təşkil edir. Sahilləri hamardır. Üzəri mamırla örtülüdür. Bəzi hissələr bataqlıqlaşmışdır. Körfəzə çoxlu çay tökülür. Bunlar arasında ən iriləri. İlin böyük qismi buzla örtülüdür.
Yuray Duçon
Yuray Kuçka
Yuray Kuçka (26 fevral 1987, Boynitse[d]) — Türkiyə Super Liqası təmsilçilərindən olan Trabzonspor klubunda çıxış edən slovakiyalı peşəkar futbolçu. Kuçka əsasən yarımmüdafiəçi mövqeyində çıxış edir. 33 yaşlı futbolçu peşəkar karyerasına Slovakiyanın "Podbrezova" klubunda başlayıb, daha sonra "Rujomberok", Çexiyanın "Sparta Praqa", İtaliyanın "Cenoa" və "Milan" kimi klublarında çıxış edib. 2017-ci ilin yayında isə futbolçu Türkiyənin "Trabzonspor" klubuna transfer olunub. Slovakiya milli komandasıyla 54 oyuna çıxan Kuçka, 6 qolla yadda qalıb.
Yuray Şijqoriç
Yuray Şijqoriç (Yuriy Şijqoriç, Georq Sisqorey, xorv. Juraj Šižgorić, lаt. Georgius Sisgoreus, Georgius Sisgoritus; d. təx. 1420 və ya 1445 — ö. təx. 1509) — latınca şeirlər yazan xorvat şair. Yuray Şijqoriç Dalmatiyalı idi. Şibenikdə doğulmuşdu. Həmin vaxtı Şibenik Venesiya Respublikası tərkibinə daxil idi.
Şerəli Yurayev
Şerəli Yurayev (özb. Sherali Jo‘rayev; 13 dekabr 1986) — Özbəkistan cüdoçusu. Şerəli Yurayev Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Şerəli Yurayev birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Əlcəzairin nümayəndəsi Abderahmane Benamadi ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 0:0 hesabı ilə bərabərə qalsa da, şido xalları ilə qalib gəldi. Daha sonra Şerəli Yurayev 1/16 final mərhələsində İsveç təmsilçisi Markus Numan ilə üz-üzə gəldi. Həmin görüşdə Şerəli Yurayev rəqibinə 1:101 hesabı ilə uduzdu.

Digər lüğətlərdə