Valeri Zalujnı
Valeri Fedoroviç Zalujnı (ukr. Валерій Федорович Залужний;8 iyul 1973, Novoqrad-Volınsk[d], Jitomir vilayəti) — Ukrayna hərbi komandiri, 27 iyul 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general (2022). O, eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Zalujnı "Şimal" Əməliyyat Komandanlığının komandanı (2019-2021), Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini (2018), Qərargah rəisi - Qərb Əməliyyat Komandanının birinci müavini (2017) olub, 51-ci Qvardiya Mexanikləşdirilmiş Briqadasının komandiri (2009-2012) vəzifəsini yerinə yetirib.
"Time" jurnalı Valeri Zalujnını 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb.
== Həyatı ==
Valeri Zalujnı 8 iyul 1973-cü ildə Jitomir vilayətinin Novograd-Volınski şəhərində anadan olub.
1989-cu ildə şəhər 9 saylı məktəbi bitirib, Novoqrad-Volınsk Mühəndislik Texnikumunda təhsil alıb. 1993-cü ildə ordan fərqlənmə diplomu ilə məzun olub..
Daha sonra o, Odessa Ali Birləşmiş Komandanlıq Məktəbinin ümumi hərbi fakültəsinə daxil olub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib, bundan sonra hərbi xidmətin bütün mərhələlərini keçib: taqım komandiri, təlim taqım komandiri, döyüş taqımı komandiri, təlim rotası komandiri, kursant rota komandiri, batalyon komandiri.