ZƏR

I. i. 1. (qızıl) gold; Zər ilə olan zor ilə olmaz at. söz. ≅ What can be done by (means of) gold can’t be done by (means of) force; 2. (qızıl suyu) gilt, gilding; ~ kimi parlamaq to shine* golden; ~ çəkmək to gield (d.); to cover (d.) with gield

II. i. die (pl. dice); ~ atmaq to throw* dice; ◊ ~ tutmaq to cheat in throwing dice

ZƏNN
ZƏR-VƏRƏQ
OBASTAN VİKİ
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi. Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur. Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
400 zərbə (film, 1959)
"400 zərbə" (fr. Les Quatre Cent Coups) — Fransa kinorejissoru Fransua Trüffonun 1959-cu ildə çəkdiyi film. Fransız yeni dalğasının ən əsas filmlərindən biri sayılır. Film Beynəlxalq Kann Kinofestivalının "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olmuşdur. == Məzmunu == Gənc Antuan yaşadığı cəmiyyəti qəbul edə bilmədiyindən qaçmaq qərarına gəlir. O sındırır, dağıdır, çəkir, aldadır, yalan danışır, oğurlayır… O sadəcə öz cəmiyyətini qəbul etmir. Bəlkə də onun elə belə böyüməsinə cəmiyyət özü təsir edir. Axı təsadüfi deyil ki, filmin adı 400 zərbədir. Anasını başqa bir kişi ilə görən Antuanın psixologiyası daha da pozulur və Trüffo göstərir ki, uşağın sağlam böyüməsi üçün sağlam mühit, sağlam cəmiyyət və sağlam ailə nə qədər zəruri bir şeydir. Filmdə baş verənlər bəlkə də yetkin bir insana adi görünə bilər.
67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsi
67 saylı Zərdab-İmişli seçki dairəsi
92 saylı Zərdab-Ucar seçki dairəsi
AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır. == Məzmun == Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar)., == Muzey ekspozisiyası == 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Abbas Zəryab
Abbas Zəryab (13 avqust 1919, Xoy, Qərbi Azərbaycan ostanı – 3 fevral 1995, Tehran) — Azərbaycan əsilli tarixçi, tərcüməçi, ədəbiyyat professoru və İranoloq. O, bir neçə kitabın müəllifidir. Onun həmçinin Məhəmmədin həyatı və digər mövzular barədə İran ensiklopediyasında məqalələri nəşr edilmişdir. Bu ensiklopediyaya bəzən İranika da deyilir. == Həyatı == Abbas Zəryab 1919-cu ilin 13 avqustunda Xoy şəhərində anadan olmuşdur. === Təhsili === Orta məktəbə doğulduğu yerdə getmişdir. Orta məktəbdə istedadına görə seçilən Abbas Zəryab məktəbi bitirdikdən sonra Almaniyada ali təhsil almaq üçün təqaüd qazanmışdır. O, doktorantura təhsilini Mayns Universitetinin Tarix kafedrasında almışdır. Onun elmi işinin mövzusu Əmir Teymurun xələflərinin hakimiyyəti dövrü olmuşdur. O, bu dövrü Rarix-i-Kəbir Cəfəri əsəri əsasında tədqiq etmişdir.
Abbasabad-Zərqami (Savə)
Abbasabad-Zərqami — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Mərkəzi bölgəsinin Fərqan kəndistanında, Savə şəhərindən 15 km cənubdadır.
Abdulla Zərbəliyev
Kərbəlayı Abdulla Zərbəliyev (1849, İçəri şəhər, Bakı qəzası – 1934, Bakı) — məşhur azərbaycanlı milyonçu, mesenat, Bakı Şəhər Dumasının üzvü. == Həyatı == Kərbəlayı Abdulla Hacı Zərbəli oğlu Zərbəliyev 1849-cu ildə rəncbər ailəsində dünyaya göz açıb. Atası Hacı Zərbəli Mirzəli oğlu İçəri Şəhərin Mirzəli tayfasındandır. Hacı Zərbəlinin şəhər kənarında – Dərnağında (indiki Dərnəgül) torpaq sahələri var idi. O, əsasən taxıl əkib becərməklə məşğul olurdu. Günlərin birində təsadüfən icarəyə verdiyi torpaqlardan neft fəvvarəsi vurur. O, ağ neft istehsal edən zavod açaraq xeyli sərvət toplayır. Məkkəyə ziyarətə gedib, Hacı titulunu alır. Hacı Zərbəlinin iki arvaddan 5 uşağı olub, onlardan biri də Kərbəlayı Abdulla idi. Kərbəlayı Abdulla Bakıda və onun ətraf kəndlərində qoçuların qoçusu (baş qoçu) adlandırırdılar.
Akademik Zərifə Əliyeva (film)
Akademik Zərifə Əliyeva sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film oftalmoloq alim, akademik Zərifə Əliyeva haqqndadır. == Məzmun == Film oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.
Aktuar mənfəət və zərər
Alfa-zərrəcik
Alfa zərrəcik (α — zərrəcik) — 2 proton və 2 neytrondan ibarət olan 42He nüvəsidir. α zərrəciyin kütləsi mα=4,0027 а.е.м.= 6,644 q, spini və maqnit momenti sıfra bərabərdir. Əlaqə enerjisi 28,11 МеВ (1 nuklona 7,03 МеВ). Maddədən keçərkən α — zərrəcik ionlaşma, atom və molekulaların həyəcanlanması hesabına, həmçinin molekulların dissosiasiyası nəticəsində tormozlanır. Havada α — zərrəciyin uçuş yolunun uzunluğu l=aυ -dur, burada υ -başlanğıc sürət, α=9,7.10−28 s3 sm−2(l~3–7 sm üçün)-dir. Bərk maddə üçün l ~10−3 сsм (şüşədə sм) olur. Nüvə fizikasında çox fundamental kəşflər, gəlməsinə görə, alfa zərrəciyin öyrənilməsinə borcludurlar. Belə ki, Alfa zərrəciyin səpilməsinin tədqiqi -atom nüvəsinin, yüngül elementlərin α -zərrəcikləri ilə şüalandırılması nüvə reaksiyalarının və süni radioaktivliyin kəşfinə gətirib çıxartdı. Alfa hissəciyi nüvə reaksiyaların həyata keçirilməsinə səbəb olur. Alfa hissəciyi axımına Alfa şüalanması deyilir.
Ani zərbə (film, 1983)
Ani zərbə (ing. Sudden Impact) filmi rejissor Klint İstvud tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Məşhur "Çirkin Harri"nin yeni macəralarıdır. Detektiv Harri Kallahan bu dəfə müəmmalı qətl işini araşdırır. Filmdə əsas rolları Klint İstvud, Sondra Lok, Pet Hinql, Bredford Dillman, Pol Dreyk və Odri Ninen ifa edirlər. == Məzmun == Detektiv Harri Kallahan müəmmalı qətl işini araşdırır. Onun bu araşdırması San-Fransisko merinin ürəyincə deyil. Harri qətlin qurbanlarından birinin izilə San-Paulo şəhərinə gəlir. O, burada seriyalı qatil Cennifer Spenserin izinə düşür. Bu qadın onu və kiçik bacısını vaxtilə zorlayan kişiləri öldürür.
Araz Zərgər
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Araz Zərgər Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi vahidində kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arif Zərbailov
Aron Zarbailov Raşbiloviç həmçinin Arif Zərbailov adı ilədə tanınır (21 aprel 1961, Şabran, Azərbaycan SSR) — Yəhudi əsilli azərbaycanlı futbolçu. Hücumçu mövqeyində oynayıb. Hal hazırda ABŞ-də məşqçilik fəaliyyəti ilə məşğuldur. == Həyatı == Aron 1961-ci ildə Şabran rayonunda anadan olub. Əslən Dağ Yəhudisi olan atası Raşbil (sənədlərdə Rəşid) Zarbailov fizika-riyaziyyat müəllimi, Bakıda doğulan anası Roza Zarbailova isə evdar qadın olub. Ailədə 3 qardaş olublar – Azik (Azər), Arif və Yaşar. 1964-cü ildə Zarbailovlar ailəsi Bakıya köçüblər. Arifgil şəhərin mərkəzində, Neftçinin keçmiş futbolçusu Nağı Babayevin qonşuluğunda yaşayırlar. Nağı Babayev bir vaxtlar Raşbil İşayeviçin şagirdi olmuşdu və Zarbailovlarla yaxşı tanış idi. Həm də həmin vaxt "Neftçi"nin hazırlıq qrupunda məşqçi işləyirdi.
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Asif Əli Zərdari
Asif Əli Zərdari (urdu آصف علی زرداری; sindhi آصف علی زرداری; 26 iyul 1955, Nəvabşah[d], Sind əyaləti) — 10 mart 2024-cü il tarixindən Pakistan İslam Respublikasının 14-cü prezidenti, bundan əvvəl 2008–2013-cü illərdə ölkənin 11-ci prezidenti olmuşdur. Asif Əli Zərdari sui-qəsd nəticəsində həyatını itirən ölkənin keçmiş baş naziri Bənazir Bhuttonun həyat yoldaşıdır. == Həyatı == Asif Əli Zərdari 1955-ci il iyul ayının 22-də Pakistanın Sindx əyalətinin Nəvabşah şəhərində sahibkar Hakim Əli Zərdarinin ailəsində anadan olub. Kəraçidə böyüyüb boya-başa çatan Asif orta məktəbi Kəraçidə bitirdikdən sonra Petaro kollecində təhsil alıb. Maraqlıdır ki, Zərdarinin Londonun hansı ali təhsil ocağında təhsil aldığı dəqiq bilinmir. Britaniya rəsmiləri bu suala cavab tapmaqda çətinlik çəkirlər. Zərdarinin həmsədri olduğu Pakistan Xalq Partiyasının sənədlərində qeyd olunduğuna görə, o, Londonun İqtisadiyyat və Biznes kollecində təhsil alıb. Ancaq bu məlumat London təhsil dairələri tərəfindən təsdiqənməyib. Belə ki, sözügedən şəhərin təhsildən cavabdeh rəsmi şəxsləri belə bir institutun mövcudluğunu aydınlaşdıra bilmədiklərini qeyd edirlər. Londonda təhsilini başa vuran Asif Pakistana geri qayıtdıqdan sonra əmlakın idarə olunması və tikinti biznesində atasına kömək etməyə başlayır.
Avstriya zərbxanası
Avstriya zərbxanası (alm. Münze Österreich‎) — yalnız sikkələr deyil, həm də xatirə medalları istehsal edən Avstriya müəssisəsi. 2002-ci ilə qədər zərbxananın əsas məhsulları Avstriya şillinqi sikkələri idi. 2002-ci ildən bəri hər növ Avstriya avro sikkələrini istehsal edir. Zərbxananın mövcud olduğu illər ərzində Avstriyanın valyutası bir neçə dəfə dəyişmişdir. Məsələn, Mariya Tereza taleri Avstriya zərbxanasında zərb olunmuşdur. == Tarixi == Zərbxana haqqında ilk qeyd 1397-ci ilə aiddir. 1484-cü ildə Avstriya ershersoqu Sigizmundun əmri ilə ən qədim Avstriya sikkəsi olan quldiner buraxıldı. Avstriya ershersoqu I Ferdinandın Müqəddəs Roma İmperiyasının imperatoru olması səbəbindən Avstriyada taler pul vahidi tətbiq olundu, hansı ki 1524-cü ildən Müqəddəs Roma İmperiyasının pul vahidi idi. 1566-cı ildə Leypsiqdə 29.23 q kütləsi olan 889-cu əyarlı gümüş taler əsas gümüş sikkə kimi tanındı.
Azərbaycanda zərdüştilik
Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştlük üçün bir növ, papa vilayəti rolunu oynayıb. Ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda yerləşirdi. Zərdüştlük ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli xalqı idilər. Maq sözü öz əsl mənasından başqa həm də sehrbaz, cadugər anlamında bütün dünya dillərinə keçib. Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanıblar.
Aşıq Zərnişan
Aşıq Zərnişan- Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Cəfər Cabbarlı, Aşıq Zərnişan, Xızı aşıqları, aşıq sənəti, şahmat. Dahi dramaturq Cəfər Cabbarlı bir sıra yaddaqalan musiqilər bəstələyib: Azad bir quşdum, Gərək günəş dağları aşıb sönməyəydi…, Mən bir solmaz yarpağam ki, Hicrindən oldu, ey gözəl, Sənə nə olub, zalım yar, Sənin dərdindən, Saranın mahnısı, Marş irəli, əsgərim!, Yaşasın Azərbaycan, On dördü (yaxud Nuru Paşa) rəqsi və s. == Həyatı == Aşıq Zərnişan Cabbarqızı (1852–1906) – Xızıda doğulmuş və gənc yaşlarından Bakıda – İçərişəhərdə yaşamış aşıq-şairədir. Aşıq Zərnişan Xızıda tanınmış Cəlilli nəslinin bir nümayəndəsi olub. Bu nəslin nümayəndələrinin demək olar ki, hər birinin bədahətən şeir demək, söz qoşmaq, yaxud gözəl rəqs etmək bacarığı var. Uşaq yaşlarında Zərnişan Xızı mədrəsəsində təhsil alıb, şeirə, musiqiyə böyük həvəs göstərib, bədahətən şeirlər söyləməklə ətrafdakıları heyrətləndirərdi. Zərnişan 16 yaşında ikən öz doğmaca əmisi oğlu Hacı Əliəkbərlə ailə həyatı qurmuşdur. Gənc ailə Bakıda, İçərişəhərdə yaşayıb. Hacı Əliəkbər şəhərin çox zəngin, varlı tacirlərindən biri idi.
Basma (zərgərlik)
Basma — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda metaldan hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri əsas etibarı ilə basma üsulu ilə hazırlanırdı. Basma üsulunda istənilən ölçüdə qızıl, gümüş və qiymətli metal parçasını hündür naxışlı və yaxud rəsmli qəlib üstə qoyurlar. Sonra bu qiymətli metal parçasının üstündən də elə bu ölçüdə qurğuşun parçası qoyaraq, taxta çəkiclə döyməyə başlayırlar və beləliklə, qiymətli metal istənilən rəsmin formasını alır. Basma üsul daha çox kəmər, düymə, qolbaq və s. şeylərin düzəltməsində işlədilirdi.
Birinci gün zərfi
Birinci gün zərfi - buraxılış günündə poçt təqvim ştampı vurulmaqla markası ləğv edilmiş zərf. Xüsusi kolleksiya obyektidir.
Bıçaqçı (Zərdab)
Bıçaqçı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Kənd rayon mərkəzindən 31 kilometr qərbdə, Kür çayının sahilində yerləşir. == Tarixi == Zərdabın zəngin tarixi olan kəndlərindən biri də Bıçaqçıdır. Bu kəndin adına Həsən bəy Zərdabinin 1880–1890-cı illərdə "Zərdabdan məktublar" başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə tez-tez rast gəlinir. Tarixdən Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu məlumdur və ehtimal olunur ki, bu kənd də həmin tayfanın törəməsidir. Lakin belə bir fikir də var ki, Kür sahilində yerləşdiyinə və bir zamanlar balıqla zəngin olduğuna balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan ilk sakinlərin məşğuliyyəti ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Deyilənə görə, bu kənd 1800-cü illərin əvvəllərində balıq vətəgəsi yerində yaradılmış və buraya ilk sakinlər Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də Əlvənd kəndlərindən gəlmişlər. Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov Bıçaqçı kəndində doğulmuşdur. == Mədəniyyəti == Kənddə bələdiyyə, orta məktəb, kitabxana, tibb məntəqəsi, klub, poçt, ATS, modul tipli içməli sutəmizləyici qurğu, uşaq bağçası, iaşə və məişət xidməti obyektləri və s. fəaliyyət göstərir.

Digər lüğətlərdə