Çinli Qarındeşən Cek
Qao Çenyun (çin. 高承勇; 10 noyabr 1964, Yuyçjun mahalı[d], Qansu – 3 yanvar 2019, Bayin[d], Qansu) — Çin seriyalı qatili və təcavüzçüsü. O, qurbanlarının bədənlərini təhrif etdiyinə görə Çin KİV-lərində "Çinli Qarındeşən Cek" adlandırılmışdır. Çenyunun 1988–2002-ci illərdə on bir qadını öldürdüyü ehtimal olunur.
On dörd il ərzində Çenyun on bir qadını zorlamış, onları qətlə yetirmiş və bədənlərini təhrif etmişdir. Bu hadisələrin doqquzu Qansu əyalətinin Bayin şəhərində, ikisi isə DMMR-nın Baotou şəhərində gerçəkləşmişdir. Qurbanların hamısı qırmızı geyimdə idilər. Qurbanların ən azyaşlısı sadəcə səkkiz yaşında idi. İlk qətlin Çenyunun həyat yoldaşının dəstəyi ilə Bayin şəhərindəki bir marketdə gerçəkləşdiyi ehtimal olunur. O, adətən gündüz vaxtı fəaliyyət göstərər, qurbanlarını evlərinə qədər təqib etdikdən sonra onlara hücum edərdi.