ÖYRƏŞMƏK

1. ÖYRƏŞMƏK Birdə Aslan buzlu-şaxtalı Rusiya iqliminə öyrəşmişdi (M.Hüseyn); ADƏT ETMƏK/ELƏMƏK Bəsti sürətlə və düzgün işləməyə adət etmişdi (Ə.Sadıq); ADƏTKƏRDƏ OLMAQ Bir-biri ilə dalaşıb boşanmağa məhz adətkərdə olmuşam (C.Məmmədquluzadə); ALIŞMAQ [Ayaz:] Axı mən sənə, o sehrli baxışlara xeyli vaxtdır alışmışam (A.Şaiq); ÖYRƏNMƏK Şaxta, çovğuna öyrənib canım (M.Rahim); VƏRDİŞ ETMƏK/ELƏMƏK Qızımın gözlərindən bu hərgünkü təlaşlı sualı oxumağa vərdiş etmiş ana: – Yoxdur, qızım, – dedi (Ə.Məmmədxanlı).

2. ÖYRƏŞMƏK Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş (S.S.Axundov); İSİNİŞMƏK Onun fikrincə müəmmalı olan bu qışa asta-asta isinişirdi (B.Bayramov); ÖYRƏNMƏK [Qönçə Çingizə:] Qəndab sizə yamanca öyrənib, darıxır (B.Bayramov).

ÖYRƏNMƏK
ÖYÜD

Digər lüğətlərdə

безгрехо́вный доста́вочный козоно́к наплета́ть подрыва́ться укроще́ние успокои́тельное бики́ни засыла́ние золоторо́гий лесохими́ческий наперере́з по-спарта́нски умира́ть боливар appointment crap-house empleomania hear individualism overstrain vinegarish медь раздевание растаскать