is. İnsanın əqli və cismani gərginlik tələb edən məqsədəuyğun və ictimai cəhətdən faydalı fəaliyyəti; zəhmət. Zehni əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qalxması.
□ Əmək aləti – işləmək üçün lazım olan alət, karastı.
Əmək çəkmək – bax
əmək qoymaq.
[Altunbay:] [Solmaza] mən səni almaq üçün nə qədər əməklər çəkdim, altunlar tökdüm. C.Cabbarlı.
Vəfalıya əmək çəksən itirməz; Bədəsil nəsihət, öyüd götürməz. Xəstə Qasım.
Ata əmək çəkdi, bir bağ becərdi; Oğlu ordan şirin meyvələr dərdi. M.Dilbazi.
Əmək haqqı – zəhmət müqabilində alınan (verilən) pul, maaş və s.
Ayda nə qədər əmək haqqı alırsan? – Hər sahibkar öz istəyinə görə iş saatının müddətini və əmək haqqını təyin edir. M.İbrahimov.
Əmək intizamı – hər hansı bir kollektivin bütün üzvlərinin qoyulmuş olan qanun və qaydalara tabe olması zəruriyyəti. Əmək intizamını yüksəltmək.
– Bu zəngi Sübhanverdizadə əmək intizamını möhkəmləndirmək məqsədi ilə buraya vurmuşdu. S.Rəhimov.
Əmək qabiliyyəti – işləmək, iş görmək qabiliyyəti. Əmək qabiliyyətini itirmək.
Əmək qoymaq – zəhmət çəkmək, zəhmət sərf etmək. Bu işə çox əmək qoymuşam.
– Əsədin sözünə nəzər yetirin; Yaxşı əmək qoyun, məhsul götürün. Aşıq Əsəd.
Əmək məhsuldarlığı iqt. – vahid zaman ərzində fəhlənin istehsal etdiyi məhsulun miqdarı.
Əmək mükəlləfiyyəti – əhalinin görməli olduğu ictimai, ya dövləti vəzifə.
Əmək-islah düşərgəsi – məhbusların əməklə islah edildikləri cəza yeri.
Əməyi itmək (zay olmaq, əlində qalmaq, zaya getmək, bada getmək) – zəhməti boşa getmək, zəhmətinin nəticəsini görməmək.
[Koroğlu dedi:] Əməyim zaya getməyi; Yandırır məni, yandırır. “Koroğlu”.
O zaman anladım itib əməyim; Qaldı bir də qiyamətə diləyim. A.Səhhət.
Öz zəhmətimi demirəm, Gülqədəmin əməyi əlində qaldı. Ə.Vəliyev.
Əməyi(m) gözündən gəlsin! – qarğış ifadəsi.
// Ümumiyyətlə, zəhmət, səy, ciddcəhd.
Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zaye etmək fikrindəsiniz! M.F.Axundzadə.
Bu əmək hər yerdə torpağın üzünü eyni ehtirasla dəyişir. M.İbrahimov.
◊ Əmək kitabçası – fəhlə və xidmətçinin əmək stajını göstərən sənəd (kitabça).
Əmək ordusu məc. – əməkçilər, zəhmətkeşlər.
Əmək sazişi – hər hansı bir işi görmək haqqında tərəflər arasında bağlanan müqavilə.
Əmək tərbiyəsi – yetişən nəslin əmək əsasında tərbiyəsi sistemi. Məktəblərdə əmək tərbiyəsini yüksək səviyyəyə qaldırmaq.