ƏSA

сущ. трость, клюка, посох (палка с загнутым концом для опоры при ходьбе). Əsaya söykənmək опираться на посох
ƏRZİNDƏ
ƏSALI
OBASTAN VİKİ
ƏSA Teatrı
ƏSA Teatrı — Bakıda yerləşən peşəkar inklüziv teatr. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı. Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılmışdır. Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA Teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu və yaxud son illər Azərbaycanda baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurumdan və şəxsdən maliyyələşmədən ilk addımlarını atmışdır. Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri Nicat Qulam təmin etmişdir. ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olmuşdur. Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilmişdir.
Kral Ottokarın əsası
Kral Ottokarın əsası — Belçikalı Hergénin komiksi Tintinin macəralarının 8-ci hissəsidir.
Kraliça Annanın Əsasnaməsi
Kraliça Annanın Əsasnaməsi — 1709-cu ildə imzalanmış, 10 aprel 1710-cu ildə İngiltərədə elan edilmiş müəlliflik hüququ haqqında ilk qanun. "Kraliça Annanın Əsasnaməsi" (Statute of Anne) adlanan bu qanun dünyada nəşr edilən əsərin qorunmasına şəxsi hüquq verən intellektual mülkiyyət haqqında ilk akt olmuşdur.
Kəllə əsası
Kəllə əsası (lat. basis cranii) tam kəllənin aşağı hissəsi hesab olunur, və iki səthi vardır: xarici və daxili, buna görə də kəllənin xarici əsası — lat. basis cranii externa və kəllənin daxili əsası — lat. basis cranii interna ayırd edilir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. Kəllənin xarici əsası üç şöbəyə bölünür: ın orta və arxa şöbə. Ön şöbə üz skleti sümükləri ilə örtülmüşdür; bu şöbəyə damaq və əng sümükləri müvafiqdir. === Kəllənin daxili əsası === Kəllənin daxili əsası — lat.
Leninizmin əsasları
Leninizmin əsasları - İosif Stalin tərəfindən 1926-cı ildə Sverdlov Universitetində verilən 9 məruzədən ibarət bir topludur. Sovet qəzeti Pravda tərəfindən yayımlanıb. == İstinadlar == == Ədəbiyyat == Service, Robert. Stalin: A Biography (2004) Trotsky, Leon. Stalin: An Appraisal of the Man and his Influence. The Universal Library. (1941) Deutscher, Isaac (1949). Stalin: A political biography,. Oxford University Press.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, Konstantinopol – 1883, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. == Həyatı == Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Mehmed Əsad Əfəndi
Mehmed Əsad Əfəndi (1847, Konstantinopol – 1931, İstanbul) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşihat Arşivi, Ulema Sicil Dosyaları, nr. 521. BA, Sadrazamlar Dosyası, nr. 60, 62. İlmiyye Salnâmesi, s. 633–635. Danişmend, Kronoloji2, V, 161. Sadık Albayrak, Son Devir Osmanlı Uleması, İstanbul 1980, III, 205–206. Takvîm-i Vekāyi‘, nr.
Moskva Dövlət Universitetinin əsas binası
Moskva Dövlət Universitetinin əsas binası (rus. Гла́вное зда́ние МГУ)) — dünyanın ən hündür təhsil binası, Sərçə dağlarında yerləşən Moskva Dövlət Universitetinin mərkəzi binası. Tikilmiş yeddi "Stalinin göydələnləri"ndən ən hündürü. Hündürlüyü - 183,2 m (şipil ilə - 240 m), mərkəzi binanın mərtəbələrinin sayı - 32 (36). Dəniz səviyyəsindən hündürlüyü - 194 metrdir. 1949-1953-cü illərdə memarlar Boris İofan (baş memar vəzifəsindən uzaqlaşdırıldı), Lev Rudnev, Serqey Çernışev, Pavla Abrosimov, Aleksandr Xrakov və mühəndis Vsevolod Nasonovun layihəsinə görə inşa edilmişdir. Vera Muxina isə fasadların heykəl dizaynı üzərində işləyirdi. 13 yanvar 1947-ci ildə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibiİosif Stalinin təklifi ilə SSRİ Nazirlər Soveti "Moskvada çoxmərtəbəli binaların inşası haqqında" qərar qəbul etdi. Stalin dövlət xadimi Georgi Popova çoxmərtəbəli binaların inşasına nəzarət etməyi tapşırdı. Sənədin bəndlərindən birində Lenin (indiki Sərçə) dağlarında 32 mərtəbəli bir binanın inşası nəzərdə tutulmuşdu.
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası
Müqaviləyə əsaslanan İnvestor-Dövlət Arbitrajında şəffaflıq haqqında Birləşmiş Millətlər Konvensiyası — 10 dekabr 2014-cü ildə qəbul edilmiş və 18 oktyabr 2017-ci ildə qüvvəyə minmiş, tərəflər arasında beynəlxalq müqavilələr əsasında İnvestor-Dövlət Arbitrajı Kontekstində Şəffaflığa dair Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası qaydalarını, cavabdehin bildirişinin dərc olunmasını təmin edir. Eyni zamanda, konvensiya ticarət sirrini təşkil edən və ya nəşri qanunların icrasına müdaxilə edəcək və ya beynəlxalq müqaviləyə əsasən yayımlanmaqdan qorunan və ya cavabdeh tərəfindən təqdim edildiyi gizli məlumatların dərc edilməsini nəzərdə tutmur. Milli qanuna uyğun olaraq, ya da qanuna və ya arbitrajın bu məlumatların açıqlanması baxımından uyğun hesab etdiyi qaydalara uyğun olaraq. Konvensiya UNCITRAL veb saytında.
Natural fəlsəfənin riyazi əsasları
Natural fəlsəfənin riyazi əsasları - 1687-ci ildə 3 cildlik halında çıxan kitabdır. Kitabı İsaak Nyuton və Edmund Halley hazırlamışlar. Sələflərinin və özünün mexanika sahəsində tədqiqatlarının nəticələrini ümumiləşdirərək İsaak Nyuton “Natural fəlsəfənin riyazi əsasları” adlı möhtəşəm əsərini ərsəyə gətirib. 1687-ci ildə nəşr olunmuş bu əsərdə mexanikanın əsas məfhumları və prinsipləri üç məşhur qanun—ətalət qanunu, hərəkətin kəmiyyətinin sərf edilmiş qüvvəyə mütənasibliyi qanunu , təsir və əks—təsir qanunu şəklində formalaşdırılmışdır. Philosophiae naturalis principia mathematica, auctore Is. Newton, Londini, iussu Societatis Regiae ac typis Josephi Streater, anno MDCLXXXVII (editio princeps). Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio secunda auctior et emendatior, Cantabrigiae, MDCCXIII. Philosophiae naturalis principia mathematica, auctore Isaaco Newtono, Editio tertia aucta & emendata, Londini, apud Guil. & Ioh. Innys, MDCCXXVI (tertia et ultima editio ab ipso auctore curata). Антропова В. И. О геометрическом методе «Математических начал натуральной философии» И. Ньютона // Историко-математические исследования.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
Neft xammalının əsas tərkibi və emal üsullarının xarakteristikası
Payız tumu yüksək məhsulun əsasıdır (film, 1952)
Elmi-kütləvi filmdir. Kinolent əmək məhsuldarlığının artırılmasında şum dövründə aqrotexnika qaydalarına düzgün riayət olunmasından danışır.
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936)
Qalisiya Muxtariyyət Əsasnaməsi (1936) — 1936-cı ildə Qalisiyanın İspaniya tərkibində muxtariyyət qazanması üçün yaradılan əsasnamə. Referendum yolu ilə İspaniya parlamentinə təqdim edilmişdir. İspaniya vətəndaş müharibəsinə (1936-1939) və Fransisko diktatorluğuna görə (1939-1977) bu əsasnamə hələ də həyata keçirilməmişdir. Bu əsasnamə Qalisiya Partiyası tərəfindən tərtib edilmişdir. 1981-ci ildə yeni Qalisiya Muxtariyyət Əsasnaməsi hazırlanmışdır və beləliklə, Qalisiya İspaniya tərkibində muxtariyyət qazanmışdır. XX əsrin əvvəllərində Qalisiya siyasətçiləri İspaniya ilə Qalisiya arasındakı münasibətlərə əhəmiyyət verirdilər. Onlar hesab edirdilər ki, İspaniyadan muxtariyyət qazandıqlarında müstəqillik uğrunda yol açılacaqdır. İkinci İspaniya Respublikası dövründə (1931-1939) bəzi intellektual insanlar təklif etmişdilər ki, İspaniya federal dövlətə çevrilsin, burada yaşayan müxtəlif xaqlar (qalisiyalılar, basklar, katalonlar, araqonlar və s.) muxtariyyətdən yararlana bilsinlər. Bu ideadan ilham alınaraq 1931-ci ilin dekabrında Qalisiya Partiyası qurulmuşdur. Onlar qədim Qalisiya və müasir Qalisiya millətçiliyi idealarının yer aldığı əsasnamə hazırlamışdırlar.
Qrafit əsaslı materiallar
Qrafleks (ing."flexible graphite ") — çevik qrafit — və ya penoqrafitdir. Bu maddəni almaq üçün qrafit tozuna nitrat turşusu hopduraraq, onu reduksiyaedici mühitdə sürətlə qizdirirlar. Bu zaman nitrat turşusu parçalanır və alınan qazların təzyiqi altında layları bir-birindən ayrılaraq köpüklənir. Alınmış yüksək məsaməli, əyilə bilən materialı yaxıb, ştamplayırlar. Qrafleks korroziyaya uğramır və yüksək temperatur zonalarında rezin və metal istifadə etmək mümkün olmadıqda, doldurucu kimi istifadə olunur. Fenolformaldehid qatranını hava daxil olmadan 800oC-də pirolizə uğratdıqda şüşəkarbon alınır. Bu material turşu və əsaslara qarşı davamlıdır. Ondan hazırlanmış qablar bir çox xassələrinə görə platindən üstündür. Mühüm konstruksiya materiallarından biri də piriqrafitdir. Piroqrafit təbii qrafitin sıxılmasından alınan yüksəkdavamlı materialdır.
Real hadisələrə əsaslanıb (film, 1970)
Real hadisələrə əsaslanıb — rejissor Zahir Rayhanın 1970-ci ildə çəkdiyi Pakistan və Banqladeş filmi. Avtokratik bir pis xasiyyətli qadın ailə üzvlərini — həyat yoldaşını, iki qardaşını və o dövrdə Şərqi Pakistandakı Ayub Xanın siyasi diktatorluğunu simvolizə edən qulluqçuları idarə edir. Hər iki hekayə paraleldir. Şərqi Pakistan xalqı (indiki Banqladeş) siyasi etirazlara qalxır və içəridə ailə üzvləri zalım qadına qarşı səslərini artırır. İki qardaş evlənir və evin açarlarına sahib olaraq baldızlar arasında ailənin idarə olunması üçün sui-qəsdlər olduqda vəziyyət daha da çətinləşir. Abdur Rəzzaq — Faruq Kuhinur Axtar — Şuçonda Ənvər Hüseyn Şövkət Əkbər — Anis Əmcəd Hüseyn Rozi Səməd — Sati Xan Ətaur Rəhman Rövşən Cəmil Baby Zaman — Qotok Bangladesh National Cinema . Star Weekend Magazine. The Daily Star. Retrieved 2007–12-10.
Rostov Dənizçilik Uçilişinin əsas korpusu
Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir. 1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır.
Salehzadə Əhməd Əsad Əfəndi
Salehzadə Əhməd Əsad Əfəndi (6 sentyabr 1740, Konstantinopol – 23 dekabr 1814, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Saleh Əfəndi və qardaşı Mehmed Əmin Əfəndi də özü kimi şeyxülislam olmuşdur. 6 sentyabr 1740-cı ildə İstanbulda dünyaya gələn Əhməd Əsad Əfəndi III Mustafanın şeyxülislamlarından Mehmed Saleh Əfəndinin oğlu, I Əbdülhəmidin şeyxülislamlarından Mehmed Əmin Əfəndinin qardaşıdır. Dağıstanlı İbrahim Əfəndi, Seyid Əbdülhəlim Əfəndi və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1755-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1770-ci ildə İzmir qazılığına, 1778-ci ildə isə Bursa qazılığına təyin edildi. 1782-ci ildə payə olaraq Məkkə qazılığını aldı. 1787-ci ildə İstanbul qazısı olmuş, bir il sonra Anadolu başqazılığına gətirilsə də, bu vəzifəsini 1790-cı ildə icra etməyə başlamışdır. 1791-ci ildə vəzifə müddətini tamamladı və bir müddət dövlət vəzifələrindən uzaq qaldı. Bu müddət ərzində Sultan Səlimin hazırlıq gördüyü islahat və reformasiya siyasətini dəstəkləyən proqramlar hazırladı. İslahat hərəkatının ən güclü dəstəkçilərindən olan Əsad Əfəndinin hazırladığı proqram daha çox hərbi sahədəki yeniliklərə əsaslanırdı.
Sumqayıt: milli əsarət, ya milli səxavət? (kitab)
Sumqayıt: milli əsarət, ya milli səxavət? Həsən Sadıqov və Ramazan Məmmədovun müəllifi olduğu bu kitab Sumqayıt şəhəri haqqında böhtan xarakterli yalan məlumatlar yayan erməni və ermənipərəst yazarlara cavab məqsədilə Sumqayıt Dövlət Universitetinin əməkdaşları tərəfindən hazırlanmışdır.
Fəaliyyətə əsaslanan büdcələşdirmə
İctimai maliyyədə fəaliyyətə (performansa) əsaslanan büdcələşdirmə (FƏB; ing. Performance-based budgeting) — dövlətin məqsəd, vəzifə və funksiyalarına uyğun və dövlət siyasətinin dəyişən prioritetləri nəzərə alınmaqla büdcə vəsaitlərinin bölüşdürülməsi üsullarından istifadə edən dövlət və yerli büdcələrin planlaşdırılması və icrasına metodoloji yanaşma. Bundan əlavə, yanaşma kəmiyyət və keyfiyyət göstəricilərinə nail olmağın qiymətləndirilməsi yolu ilə büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyinə nəzarəti nəzərdə tutur. Bununla belə, “FƏB” və “proqram-məqsədli yanaşma” anlayışlarını ayırd etmək lazımdır – onlar məzmunca üst-üstə düşmür. == Haqqında == Karter tərəfindən izah edildiyi kimi “Performans büdcələri pulun niyə xərcləndiyini izah etmək üçün missiya, məqsəd və obyektiv ifadələrdən istifadə edir. Bu, proqram məqsədləri və ölçülə bilən nəticələr əsasında konkret məqsədlərə nail olmaq üçün resursların bölüşdürülməsi üsuludur”. Performansa əsaslanan büdcəni başa düşməyin açarı “performans” sözünün altındadır. Bu üsulda bütün planlaşdırma və büdcə strukturu nəticəyönümlüdür. Bu aspektlərə nail olmaq üçün məqsədlər və fəaliyyətlər mövcuddur və onlar ümumi qiymətləndirmənin əsasını təşkil edir. Siqal və Sammers tərəfindən daha əhatəli tərifə görə, performansa əsaslanan büdcənin üç elementi var: nəticə (yekun nəticə) strategiya (son nəticəyə nail olmaq üçün müxtəlif yollar) fəaliyyətlər/nəticələr (son nəticəyə nail olmaq üçün əslində nə edilir) Siqal və Sammers qeyd edir ki, bu çərçivədə konkret hərəkətlərin əsaslandırılması ilə son nəticələr arasında əlaqə mövcuddur və nəticə istisna edilmir, fərdi hərəkətlər və ya nəticələr isə istisna olunur.
Sosial psixoloji tədqiqatların əsas metodları
Sosial psixologiyanın tədqiqat metodları və metodologiyası— Sosial psixologiyanın tədqiqat metodları dedikdə, bu elmin öz predmetini, mövzusunu tədqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Metod - elmin öz predmetinə yanaşma tərzi öyrənilməsi üsulları başa düşülür. Metod olan yerdə elm var, elm olan yerdə də metod var. Bütün elmlər öz predmetini müəyyən üsullarla öyrənirlər. Bu metod adlanır. Metodologiya - metodlar haqqında təlim deməkdir. Metod və loqos sözlərinin birləşməsindən yaranmışdır. Metodologiya dedikdə elmin öz predmetinə hansı fəlsəfə aspektən (baxımdan) yanaşması başa düşülür. Başqa sözlə desək şüurun gerçəklikdə baş verən hadisələrin necə dərk etməsi başa düşülür. Bu termin 3 mənada işlənilir: Tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur.
Sıfır əsaslı büdcələşdirmə
Sıfır əsaslı büdcələşdirmə (ing. zero-based budgeting, ZBB) — əvvəlki dövrlərin büdcələrinin faktiki dəyərlərinin nəzərə alınmadığı büdcə planlaşdırma metodu. Bu zaman büdcələrin əsasını satış proqnozları, texnoloji məsrəf standartları və iqtisadi hesablamalar təşkil edir. Ümumiyyətlə, metod ənənəvi yanaşma ilə müqayisədə daha dəqiq nəticə verir. İngilis professoru Kolin Druri sıfır əsaslı büdcələşdirməni planlaşdırılan xərclərin sıfırdan müəyyən edildiyi, yəni hər bir dövrün (ilin) ​​büdcəsinin cari xərclər proqramı yeni başlamış kimi tərtib edildiyi büdcə üsulu kimi müəyyən edir. Amerikalı iqtisadçı Je Şimin fikrincə, sıfır əsaslı büdcələşdirmə müəssisədə resursların bölüşdürülməsini təkmilləşdirmək üçün layihələrin və funksiyaların xərc-fayda təhlilindən istifadə edən planlaşdırma və büdcələşdirmə vasitəsidir. Ənənəvi büdcələşdirmə, əvvəlki ilin fəaliyyətlərinin əhəmiyyətli olduğunu və eyni tendensiya ilə davam etməli olduğunu nəzərə alaraq, əvvəlki ildən artan dəyişikliklərə diqqət yetirir. Sıfır əsaslı büdcələşdirmədə xərc və fayda smetaları sıfırdan, sıfırdan qurulur və əsaslandırılmalıdır. Hər bir menecer sıfır balansdan başlayaraq öz büdcə tələbini ətraflı əsaslandırmalıdır. Sıfır əsaslı büdcələşdirmə aşağıdakı üç addımı əhatə edir: qəbul edilmiş qərarların ümumi paketi çərçivəsində qərarların qəbul edildiyi hər bir fəaliyyət növünün təsviri; həllərin prioritetliyinə görə qiymətləndirilməsi və sıralanması; ayrılmış vəsaitlərin ümumi həcmi nəzərə alınmaqla prioritet əsasında resursların ayrılması.
Əsas paylayıcı çərçivə
Əsas paylayıcı çərçivə (ing. main distribution frame; MDF) — avadanlığın kabellərə və abonent daşıyıcı avadanlığa qoşulması üçün istifadə olunan siqnal paylayıcı çərçivə. MDF, mübadilə avadanlığının və lokal kommutasiyaların sonlarının MDF-də keçid naqilləri ilə birləşdirildiyi lokal telefon stansiyası daxilində yerləşən son nöqtədir. Telefon xətləri vasitəsilə xidmət göstərən bütün kabel-mis cütləri MDF-də dayandırılır və MDF vasitəsilə lokal mübadilə daxilində avadanlıqlara paylanır. Aralıq paylayıcı çərçivələrə (IDF) gedən kabellər MDF-də dayanır. Magistral kabellər eyni MDF-də və ya ayrıca magistral əsas paylayıcı çərçivədə (TMDF) dayana bilər. Digər paylama çərçivələri kimi, MDF də yamaq panelindən (ing. patch panel) daha ucuza və daha yüksək tutumla obyektlərin təyin edilməsində çeviklik təmin edir. Ən geniş yayılmış MDF növü hər iki tərəfdən əlçatan olan uzun polad rəfdir. Bir tərəfdən dayandırma blokları rəflərin ön hissəsində üfüqi şəkildə yerləşdirilir.
Hesablama nəzəriyyəsinin əsasları üzrə beynəlxalq simpozium
Hesablama nəzəriyyəsinin əsasları üzrə beynəlxalq simpozium — nəzəri kompüter elmləri sahəsində iki ildən bir keçirilən konfranslar seriyası. 1977-ci ildə nəzəri kompüter elminin bütün aspektləri, xüsusən alqoritmlər, hesablama mürəkkəbliyi, formal və məntiqi üsullarla maraqlanan tədqiqatçılar üçün yaradılmışdır. Simpozium əvvəllər aşağıdakı qurumlarda keçirilmişdir: == İstinadlar == == Xarici keçidlər == FCT İdarəetmə Komitəsi. FCT icraat məlumatları DBLP biblioqrafiya vebsaytında. FCT 2015 vebsaytı. FCT 2013 vebsaytı. FCT 2011 vebsaytı. FCT 2009 vebsaytı. FCT 2007 vebsaytı. FCT 2005 vebsaytı.
Qayğının əsasları
Qayğının əsasları (ing. The Fundamentals of Caring) — 2016-ci il ABŞ istehsalı komediya-dram, yol səyahəti janrındakı film. Rob Barnetin rejissorluğu ilə ərsəyə gəlib. Film yazıçı Conatan Evisonun müəllifi olduğu "The Revised Fundamentals of Caregiving" adlı romanın motivləri əsasında çəkilib. Filmin baş rollarında Pol Radd, Kreyq Roberts və Selena Qomez iştirak edir. Premyerası 26 yanvar 2016-cı ildə Sandens Film Festivalında baş tutub. Film 24 iyun 2016-cı ildə Netflix-də yayımlanıb. Yazıçı bir adam kədərli hadisədən sonra karyerasına son qoymaq qərarına gəlir. Yeni işə düzələrək əlil bir oğlanın qayğısına qalmağa başlayır. O, əlil oğlan ilə yaxın dost olur və birlikdə əyləncəli yol səyahətinə çıxırlar.

Digər lüğətlərdə