ÜSLUB
ÜSLUBİYYAT
OBASTAN VİKİ
Üslubiyyat (Azərbaycan Dili)
Üslub — dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat (stilistika) adlanır.Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan üzünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhətə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s. Fərdi üslub bədii üsiubda daha qabarıq şəkildə özünü göstərir. Fərdi üslub ayrı-ayrı sənətkarların ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır. Ədəbi dilimizin tarixində Nəsimi üslubu, Füzuli üslubu, Sabir üslubu səciyyəvi xüsusiyyətləri ilə daha çox məşhur olan fərdi üslublardır.

Digər lüğətlərdə

вро́вень гу́сеница жа́бы поо́хать приболо́тный трахе́и взять грех на́ душу Всеве́дущий казнокра́д насма́ливать неотрази́мо низи́нка передова́я прокрахма́ливать укача́ть шко́дить погач чапьки master-mason suspiciousness личной намыть обмирать отплёвывать прокорм